Hərb və sülh () — Rusiya yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir.Moser, Charles. 1992. Encyclopedia of Russian Literature. Cambridge University Press. pp. 298–300.Thirlwell, Adam "A masterpiece in miniature." London: Guardian UK, October 8, 2005Briggs, Anthony. 2005. "Introduction" to War and Peace. Penguin Classics. "Hərb və sülh" L. Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873–1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur.

"Hərb və sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 1865–1867-ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir. Roman tam şəkildə ilk dəfə 1865-ci ildə nəşr edilmişdir.Knowles, A. V. Leo Tolstoy, Routledge 1997. 2009-cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və sülh" birinci olmuşdur.Newsweek's Top 100 Books: The Meta-List , yoxlanılıb 27 avqust 2012

Tolstoy özü, əsər haqqında bir qədər qarışıq fikir bildirərək qeyd etmişdir ki, "Hərb və sülh" "roman deyil, bir qədər poema, daha çox isə tarixi xronikadır". Romanın bəzi bölmələri isə təsvirilikdən tamam uzaq olmaqla, fəlsəfi diskussiya xarakteri daşıyır. O, göstərir ki, ən yaxşı Rusiya ədəbiyyatı nümunələri standart normalardan kənara çıxır. Tolstoy "Anna Karenina" əsərini roman yaradıcılığının ilk nümunəsi kimi dəyərləndirir.

Xüsusiyyətləri thumb|left|upright|Yazıçının 1908-ci ildə, Sergey Prokudin-Qorski tərəfindən Yasnaya Polyanada çəkilmiş yeganə rəngli fotosu Dünyanın uzun romanları arasında on yeddinci yerdə qərarlaşmış "Hərb və sülh", dünyada daha çox uzun roman kimi tanınmışdır. Ümumilikdə dörd kitabdan ibarət olan romanın hər bir kitabı da ayrıca fəsillərə bölünmüşdür.

Tolstoy özü Krım müharibəsində iştirak etmiş və "Hərb və sülh" romanından da əvvəl müharibə səhnələri ilə zəngin qısa hekayələr yazmışdır. Romanın yazmağa o, ailə həyatı qurduqan sonra başlamışdır. Yazıçı əsərin ilk yarısını "1805" adı altında yazmışdır. thumb|upright|Tolstoyun "Hərb və sülh" əsərinin əlyazması üzərində qeydləri (1864) İkinci yarının yazılması zamanı o, romanı yazarkən təsiri altında olduğu əsas şəxslərdən biri Şopenhauerin yaradıcılığına müraciət etmiş və onun əsərlərini oxumuşdur, lakin Tolstoy əsərdə tarixə dair şəxsi fikirlərini qələmə almışdır.

Roman daha çox tarixi janrda olan əsərlər sırasına aid edilir, lakin o, eyni zamanda XVII–XIX əsrlər ədəbiyyatında məşhur olan bir çox xarakterləri, xüsusilə sevgi romanlarının bəzi xüsusiyyətlərinə də malikdir. "Hərb və sülh" öz ədəbi statusuna daha çox, özünəməxsus tərzi ilə nail olmuşdur.

Tolstoy romanda yeni bilgi vermə, nəql etmə yolundan istifadə etmişdir. Onun nəql strukturu müqayisəyə əsaslanmaqla oxucuya, baş vermiş hadisəyə münasibətdə hər iki tərəfin mövqeyini açıb göstərir. Yazıçı cəld və nəzərə çarpmayan şəkildə hadisələr fonunda öz qəhrəmanlarının xüsusiyyətlərini oxucuya çatdırır. O, hadisələrin dərin və detallı təsvirinə diqqət yetirərək, xüsusilə döyüş səhnələrinin və ziyafət salonlarının oxucuda dramatik maraq oyatmasına nail olur. Bu, roman yaradıcılığında yeni bir addım olmaqla, XIX əsrin II yarısından etibarən bir çox yazıçılar tərəfindən təkrarlandı və bu addımı ilk dəfə atan şəxs kimi Tolstoy bir daha öz peşəkarlığını sübut etmiş oldu.

Realizm Tolstoy "Hərb və sülh" romanında mühüm tarixi hadisələrin baş verdiyi dövrü təsvir etmək üçün ciddi tarixi araşdırmalar aparmış və dövrün reallıqlarını öyrənməyə çalışmışdır. O, eyni zamanda, bir çox tarixi romanları tədqiq edərək yazılma üslubları haqqında informasiya toplamışdır. Krım müharibəsi veteranı olan Tolstoy "Hərb və sülh" romanında standart tarixə, xüsusilə standart hərb tarixinə çox tənqidi yanaşmışdır. Tolstoy Napoleon müharibələri haqqında həm fransız, həm də rus dilində yazılmış bütün tarixi tədqiqat əsərlərini oxumuş və əldə etdiyi məlumatlardan romanda istifadə etmişdir. O, əsərin üçüncü cildindən başlayaraq, tarixə dair şəxsi fikirlərini də qeyd etmişdir. Əsərin ikinci cildində qeyd etdiyi kimi, o əfsanə-mif xarakterli məlumatları və real tarixi faktları müqayisə edərək, qaranlıqlar arasından reallığı üzə çıxarmağa çalışmışdır.

Əsərdə Tolstoyun da "bizim babalarımız yaşadığı dövrlərdə" ifadəsiylə qeyd etdiyi kimi, romanın qələmə alındığı dövrdən altmış il əvvəlki hadisələr təsvir edilmişdir. Tolstoy romanı yazmamışdan əvvəl Rusiyanın Fransa tərəfindən istilası dövründə yaşamış bir çox şəxslərlə görüşərək qeydlər aparmış, tarixi araşdırmalardakı məlumatları həmin qeydlərlə müqayisə edərək əsl həqiqəti üzə çıxarmağa çalışmışdır. O, Napoleon başda olmaqla, romanda təsvir etdiyi tarixi şəxslərə aid məktubları, jurnalları, avtobioqrafik və bioqrafik əsərləri oxumuş və bu yazıçıya təsvir etdiyi fiqurların real obrazını yaratmağa imkan vermişdir. Ümumilikdə, "Hərb və sülh" romanında 160 tarixi şəxsdən bədii obraz kimi istifadə edilmişdir.Pearson and Volokhonsky op cit.

Təqdimat "Hərb və sülh"ün ilk nüsxəsi 1863-cü ildə tamamlanmışdır. 1865-ci ildə isə əsərin birinci hissəsi "1805-ci il" adı ilə dövrü mətbuatda – "Russkiy Vestnik" qəzetində nəşr edilmişdir. Növbəti ildə ilkin versiya yenidən çap olunmuşdur, lakin həmin ilkin versiya Tolstoyun ürəyincə olmamış, bununla belə o, 1867-ci ilə qədər əsərin müəyyən hissələrinin fərqli sonluqlarla nəşrinə icazə vermişdir. Yazıçı 1866–1869-cu illərdə yenidən roman üzərində ciddi çalışmışdır. Tolstoyun həyat yoldaşı Sofiya Tolstaya yazır ki, əldə olan yeddi müxtəlif nüsxə üzərində çalışan yazıçı, uzun zəhmətdən sonra romanı nəşrə hazır vəziyyətə gətirmişdir. "Russkiy Vestnik" qəzetində nəşr edilən versiya, 1869-cu ildə "Hərb və sülh" adı ilə nəşr edilmiş versiyadan fərqli sonluğa malik idi. Romanın tam versiyası "Hərb və sülh" adlandırılmışdır.

Əsərin 1805-ci il əlyazması (bəzən "orijinal "Hərb və sülh"" də adlandırılır) 1983-cü ildə ilk dəfə Rusiyada nəşr edilmiş, bundan sonra ingilis, alman, fransız, holland, isveç, fin, alban və koreya dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Romanın dövrümüzə qədər çatmış müxtəlif versiyalarının olması, əsərin həm də böyük yazıçının yaradıcılıq üslubunu necə inkişaf etdirdiyini öyrənmək baxımından qiymətli bir mənbə kimi nəzərdən keçirilməsinə imkan vermişdir.

Əsərin pərakəndə şəkildə nəşr edilmiş ilk versiyasını mütaliə etmiş ruslar, epiloqun da daxil olduğu yekun və tam versiyanın satışa çıxarılmasından sonra bu nəşrdə əsərin hansı dəyişikliklərlə təqdim edilməsini öyrənməkdə çox maraqlı idilər və bu səbəbdən də əsərin ilk nəşri çox böyük sürətlə satıldı. İlk nəşrindən sonra roman qısa zamanda bir çox dillərə tərcümə edilərək nəşr edildi.

Romanı oxuduqdan sonra İsaak Babel demişdir: "Əgər dünya özü haqqında yaza bilsəydi, məhz Tolstoy kimi yazardı"."Introduction to War and Peace" by Richard Peaver in Peaver, Richard and Larissa Volokhonsky, War and Peace, 2008, Vintage Classics. Tolstoy "təmiz gerçəklik, xarakterlərin maraqlı detalları və realizmin çox uğurlu və təkrarolunmaz kombinasiyasını yaratmağa nail olmuşdur."

Dil thumb|left|120px|"Hərb və sülh" italyan dilində (1899) Tolstoy romanı rus dilində yazsa da, dialoqların böyük bir hissəsi (açılış paraqrafı da daxil olmaqla) fransız dilindədir. Bu romanda təsvir edilən dövrün rus aristokratiyasının özünəməxsus xüsusiyyətindən irəli gəlir. Belə ki, həmi dövrdə Rusiya zadəgan mühitində fransız dilində danışmaq prestij sayılır və fransız dili rus dilindən üstün tutulurdu. Bu tamamilə tarixi həqiqətlərə əsaslanan bir hadisədir. Belə ki, hətta Fransa kralı XIV Lüdovikin Rusiya zadəganlarının nümayəndələrini qəbul etməsi zamanı, onların öz ana dillərində çox zəif danışdıqları məlum olmuşdu. "Hərb və sülh" romanında da, misal üçün, xanım qız Mariyanın rəfiqəsi Jüli Karagina öz ana dili olan rus dilini öyrənmək üçün xüsusi müəllimin yardımından istifadə edirdi.

Tolstoyun obrazların dili ilə fransızca cümlələrə yer verməkdə, ədəbi baxımdan daha canlı obrazlar yaratmaqdan başqa, eyni zamanda romanın yazıldığı dövrdə rus dilinin hələ də Rusiyada layiq olduğu mövqeni tuta bilməməsinə gizli işarə etmək istədiyi düşünülür. Bu, Pyer və digər obrazların Bonapartistlərlə mübahisəsi zamanı fransız ifadələrinə yer vermələri və öz fikirlərini fransız dilində ifadə etmələri ilə ironik şəkildə diqqətə çatdırılır. Bu bəzən Napoleona qarşı satira kimi də istifadə olunur. Romanda, Pyer Elenə evlənmək təklif edərkən fransızca danışır və "Je vous aime" (Mən səni sevirəm) deyir. Eyni zamanda evlilikdən sonra, Elenin xəyanəti ilə bağlı qalmaqal zamanı da, Pyer öz tənqidi və əsəbi fikirlərini fransız dilində bildirir.

Fransız dilində olan dialoqlar hadisələrin inkişafı zamanı, xüsusilə Fransa ilə münaqişənin şiddətlənməsindən sonra azalır və Moskvanın yandırılması ilə yox səviyyəsinə endirilir. Fransız dilinin romanda tədricən azaldılması Rusiyanın özünü fransız mədəniyyətinin təsirindən azad etməsi anlamına gəlir. Bundan eyni zamanda, romanda hadisələrin inkişafı ilə dost fransız xalqının necə düşmənə çevrilməsini hiss etdirmək üçün bir vasitə kimi istifadə olunur.

Tərcümələr "Hərb və sülh" romanı bir çox dillərə tərcümə edilmişdir. Roman Azərbaycan dilində tam versiyada (dörd cild) ilk dəfə 1950-ci ildə kiril qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilmişdir. Romanın Azərbaycan dilinə 1950-ci il tərcüməsi təkmilləşdirilərək, 2006-cı ildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuşdur.

İngilis dilinə roman, bir neçə tərcüməçinin birgə zəhməti nəticəsində tərcümə edilmiş və bu tərcümədə fransızcadan tərcüməni Klara Bell həyata keçirmişdir. Digər tərcüməçilər Konstans Qarnett və Luis, eyni zamanda Almer Mod Tolstoyu şəxsən tanımışlar. Tolstoyun mürəkkəb və alışılmamış söz və cümlə düzümü, eyni zamanda təkrar ifadələrin müxtəlif mənalarda işlədilməsi səbəbiylə, tərcümə prosesi çox ağır olmuşdur. "Hərb və sülh" romanının təxminən 2%-ı fransız dilindədir. Romanın 1873-cü il nəşri zamanı isə Tolstoy fransız dilində olan mətnləri tamamilə romandan çıxarmış, sonrakı nəşrlərdə həmin mətnlər yenidən bərpa olunmuşdur. Əsərin əksər tərcüməçiləri (o cümlədən əsəri Azərbaycan dilinə tərcümə edənlər) fransız dilində olan mətnləri olduğu kimi saxlayaraq, qeydlərdə həmin mətnlərin tərcüməsini vermiş və beləcə Tolstoyun istifadə etdiyi orijinal üslubu saxlamışlar.

Tarixi kontekst thumb|left|300px|1812-ci il, rus rəssamı İllarion Pryanişnikov Əsərdə hadisələr 1805-ci ildə Çar I Aleksandrın hakimiyyətə gəlməsi ilə başlayır və 1812-ci ildə Napoleonun Rusiyaya hücumu ilə kuliminasiya nöqtəsinə çatır. Parisin Qərbi Avropa sivilizasiyasının mərkəzi hesab edildiyi II Yekaterinanın hakimiyyəti dövründə (1762–1796) münasibətlər hələ ki, kifayət qədər mülayim idi. Yekaterina özü fransız dilinə və mədəniyyətinə meyilli idi. O, rusları da böyük Avropa ailəsinin bir nümayəndəsi kimi görməyi arzulayırdı və fransız dilini Rusiyada saray dili səviyyəsinə qaldırmışdı. Növbəti yüzillik ərzində fransız dilində danışmaq və fransız mədəniyyətinin daşıyıcısı olmaq Rusiya zadəganlarının əsas xüsusiyyəti kimi dəyərləndilirdi. Məhz bu tarixi və mədəni kontekst "Hərb və sülh" romanında öz əksini tapmışdır. II Yekaterinanın nəvəsi I Aleksandr hakimiyyətə 1801-ci ildə, 24 yaşında gəlmişdi. Romanda onun anası Mariya Fyodrovna Rusiyada hakimiyyətə təsir imkanı olan, güclü qadın kimi təsvir edilir.