Putorana Dövlət Təbiət Qoruğu — Putorana platosu daxilində, Orta Sibir yaylasında Taymır yarımadasının cənubunda yerləşir. Qoruğun ərazisi 1 887 251 ha-dır ki, bununda 1 773 300 ha ərazisi qorunandır.

Xüsusiyyətləri Qoruq 15 dekabr 1988-ci ildə təsis edilmişdir. Qoruğun cəmi 28 işçisi vardır. İnzibati cəhətdən qoruq Norilsk (Krasnoyarsk diyarı) ərazisində yerləşir. 30 mart 2013-cü ildə Böyük Arktika qoruğu ilə birlikdə "Taymır qoruğu" ilə birləşmişdir.

Qoruğun təyinatı Qoruğun yaradılmasında əsas hədəflər: Dağ-göl-meşə lanşaftının qorunması; Özünəməxsus bitki aləminin qorunması; Nadir heyvanların qorunması (Xüsusi ilə Qar qoyununun Putoran yarımnövünün qorunması. Yarımnöv SSRİ və Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.); Dünyada ən böyük Şimal maralı papulyasiyasının qorunub artırılması. Bu canlıların qışlağı qoruq ərazisində yerləşir.

Ümumdünya irsi Qoruğun ərazisi 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu qərarın verilməsinə səbəb bu ərazidə subantarktik və arktik qurşağın toqquşduğu yerdə Tayqa, Meşətundra və Arktik səhralar bir-biri ilə kəsişir. Üstəlik zəngin çay və göl şəbəkəsinə malikdir. Burada dünyada ən böyük Şimal maralı sürülərinin olması digər diqqəti cəlb edən xüsusiyyətdir.

İstinadlar

Ədəbiyyat Баранова,М, Борода,В. "В горах и тайге в обнимку не ходят" //газета "Вечерний Красноярск". — 2005. — № 42. Горшков, В. "Путоранский дневник" // Страна Сибирь. — 2008. — № 3. Зайцев, В. "Страна Путорана" // Вокруг света. — 2001. — № 4. "Затерянный рай" //газета "Вечерний Красноярск". — 2001. — 14 декабря. Пестряков, Б. "Заповедный мир Путорана" //газета "Наш край". Красноярск — 2000. — № 24. "Природное наследие России". — М.: Совет Гринпис, 2000. — 215 с. Чернобылец, А. "Выживание на голом асфальте" // Эксперт-Сибирь. — 2006. — №

Mənbə Rəsmi saytPutoran Dövlət Təbiət Qoruğu — əsas məlumat Qeyri rəsmi qoruğun təsviri Rusiya Federasiyası Təbii Ehtiyatlar Nazirliyi Putoran platosu Kateqoriya:Rusiyadakı ümumdünya irsi Kateqoriya:1987-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:1988-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Rusiya qoruqları Kateqoriya:1987-ci ildə Rusiyada yarananlar