Asif Abbas oğlu Manafov — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, baş elmi işçi.
Həyatı Asif Abbas oğlu Manafov 1959-cu ildə Oğuz şəhərində anadan olub. Orta təhsilini 1976-cı ildə Oğuz şəhər 2 №-li orta məktəbində başa vuraraq, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 1982 təyinatla Zoologiya institutuna göndərilib. 1982–1985-ci illərdə Zoologiya institutunun "Su heyvanları parazitləri" laboratoriyasinda baş laborant vəzifəsində çalışıb. Daha sonra 1985-ci ildə həmin laboratoriyada müsabiqə yolu ilə kiçik elmi işçi, 1992-ci ildə böyük elmi işçi, 2013-cü ildə isə baş elmi işçi və laboratoriya müdiri vəzifələrinə seçilib. O, 2014-cü ildən institutun "Parazitologiya" şöbəsinə də rəhbərlik etmişdir. A. Manafov 1990-cı ildə "Şimali Azərbaycanda Melanopsis cinsindən olan mollyuskların partenit və serkariləri" mövzusunda namizədlik, 2012-ci ildə isə "Azərbaycanın su hövzələrində Melanopsis praemorsa (L.) mollyusklarının trematod faunası (morfologiya, biologiya, ekologiya)" adlı doktorluq dissertasiyalarını müdafiə edərək müvafiq elmi dərəcələri almışdır. O 70-dən artıq elmi əsərin, o cümlədən bir monoqrafiyanın müəllifidir. A. A. Manafov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər üzrə Ekspert şurasının üzvüdür. O həmçinin, Qafqaz Universitetinin Beynəlxalq "Qafqaz" jurnalının redaksiya heyətinin, "AMEA Zoologiya institutunun əsərləri"nin və "Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri"nin redaksiya heyətlərinin üzvüdür.
Elmi fəaliyyəti Elmi fəaliyyətə 1982-ci ildə AMEA Zoologiya İnstitutunda baş laborant vəzifəsilə başlayan Asif Abbas oğlu Manafov 2013-cü ildən institutun "Su heyvanları parazitləri" laboratoriyasının, 2014-cü ildən isə həm də "Parazitologiya" şöbəsinin müdiri işləmişdir. Zoologiya institutunda çalışdığı illərdə o, insan və kənd təsərrüfatı heyvanları, balıq və quşların parazitar xəstəliklərinin tədqiqi ilə əlaqədar olan elmi-tədqiqat mövzularının icraçılarından biri, daha sonra rəhbəri olmuş, respublika ərazisində yaşayan şirinsu mollyusklarının trematod faunasının kompleks zooparazitoloji tədqiqi, akvakultura şəraitində yetişdirilən balıq növlərinin, xüsusilə nərə balıqlarının parazitar xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi istiqamətində ixtisaslaşmışdır. A. Manafov respublikanın şirinsu hövzələrində məskunlaşan mollyuskların insan və heyvan trematodlarının yayılmasında rolunu müəyyən edərək, bu parazitlərin müxtəlif inkişaf mərhələlərinin (serkari, metaserkari, adoleskari, sporosista, redi) mikromorfoloji quruluşunun tədqiqi əsasında elm üçün yeni olan 30-dan artıq trematod növünün ilk təsvirini vermuişdir. A. Manafov tərəfindən Lesitodendridlər kompleksinə daxil olan trematodların filogenezində virqulanın əmələ gəlmə və formalaşma yolu müəyyən edilərək, təsnifatda aparıcı əhəmiyyətə malik olan bu orqanın trematodların taksonomik təyinatındakı yeri və roluna yenidən baxılmasının vacib olduğu göstərilmişdir. Hetotaksiyanın (sensillərin topoqrafiq tədqiqinin) trematodların təsnifatında mühüm əhəmiyyətə malik olduğu orijinal faktlarla sübut edilərək göstərilmişdir ki, bu strukturun tədqiqinin nəticələri ancaq differensasiyaedici əlamət kimi deyil, həm də etibarlı inteqrasiyaedici (morfoloji cəhətdən uzaq görünən növlərin filogenetik cəhətdən yaxın qohumluğunu göstərən)əlamət kimi istifadə edilə bilər. Hetotaksiyanın öyrənilməsində istifadə edilən ənənəvi gümüşləmə metodları əsasında praktik cəhətdən daha əlverişli (ücuz və çox qısa zamanda nəticə verən) gümüşləmə metodu təklif edilmişdir. Melanopsispraemorsa mollyusklarının trematod faunasının mövsümdən, mollyuskların növ, yaş və populyasiya strukturundan, su hövzələrinin tipindən asılı olaraq dəyişmə dinamikası ilk dəfə olaraq A. Manafov tərəfindən əsaslı şəkildə öyrənilmiş, bu proseslərin əsasında duran səbəblər kompleksi ətraflı tədqiq, təhlil və şərh edilmişdir. Azərbaycan ərazisində insan və heyvanlar üçün ciddi patogenliyi ilə seçilən trematodların törətdiyi yeni, çoxsaylı ocaqlar müəyyən edilmişdir. Trematodoz törədiciləri arasında Opisthorchida yarımdəstəsinin ən azı 7 nümayəndəsinin olduğu göstərilmişdir. Bunların 3 növü Metagonimus cinsinin (M. yokogawai Katsurada, 1912; M.takahashi Suzuki, 1929?; C. metagonimus sp. Manafov, 2010), 2 növü Heterophyes cinsinin (C. heterophyes 1; C. heterophyes 2) nümayəndələridir. Haplorchis və Opisthorchis cinsləri bir növlə təmsil olunmuşdur(C. haplorchis sp.; C. agstaphensis 35 = C. opisthorchis sp.).
Mükafatları AMEA-nın fəxri fərmanları "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı
Kitabları və monoqrafiyaları Манафов А. А. Партениты и церкарии трематод моллюска Melanopsis praemorsa (L., 1758) бассейна Средней Куры в пределах Азербайджана. Баку, Нурлар, 2010, 260 с.
Elmi əsərləri Манафов А. А. Экологический анализ зараженности моллюсков Melanopsispraemorsa (L.) трематодами в Северном Азербайджане // М., 1990, деп. в ВИНИТИ, 21.06.90, № 4359-В90, 68c. Манафов А. А. Фауна партенит и церкарий моллюсков Melanopsispraemorsa (L.) из Северного Азербайджана // М.: 1990, деп. в ВИНИТИ 21.06.90, № 4360-В90, 168 с. Манафов А. А. Фауна партенит и церкарий моллюсков Melanopsispraemorsa (L.) из Северного Азербайджана // М.: 1991, деп. в ВИНИТИ 23.07.91, № 3524-В91, 103 с. Манафов А. А. Трематоды — паразиты рыб, развивающейся в моллюсках Melanopsis praemorsa на территории Северного Азербайджана // 9 Всесоюзное совещание по паразитам и болезням рыб, Петрозаводск, 1991. Тезисы докладов. − Л., 1991, с. 79–80. Манафов А. А. Значение изучения трематодофауны моллюсков в разработке методов профилактики и борьбы с трематодозами человека и животных / Микаилов Т. К.// Материалы Всес. научн. конф. "Методы профилактики и борьбы с трематодами человека и животных": город Сумы, 1991. М: 1991, с. 74–75. Манафов А. А. Влияние светового фактора на суточный ритм выхода церкарий Diplostomum paracaudum (Iles,1959) (Trematoda, Diplostomatidae) / Мехралиев А. А. // Известия АН Азерб. ССР, Сер. биол. наук, 1987, № 5, с. 72–75. Манафов А. А. Фауна личинок трематод озерной чашечки (Acroloxus lacustris, сем. Acroloxidae) в Малом Кызылагачском заливе Каспийского моря / Мехралиев А. А.// Материалы Пятой Закав-казской конференции по паразитологии. Ереван, 1987, с. 113–114. Manafov A. A., Seyidli Y. M. Qanlıgöl balıqlarının parazit faunasının ekoloji təhlili /İbrahimov Ş. R. // Bakı şəhəri və şəhərətrafı ərazilərin ekoloji problemləri Elmi-praktik konfransın materialları. Bakı: 1992, s. 89–90. Manafov A. The significance grinning species in the forming trematode fauna of mollusks of Small Kizilagach Gulf /Mikailov T. // II Estuary Symposium on biology of Estuarine species, Gdansk, Poland, 1993. Манафов А. А. Экологическая характеристикатрематодофауны моллюскаMelanopsis praemorsa (L., 1758) в водоемах северной границы ареала / Материалы Международной научно-технической конференции "Современные проблемы экологии, методы и средства их решения". Баку, 1994, с. 203–204. Манафов А. А. Паразиты – равноправные члены водных экосистем / Микаилов Т. К. // Материалы Международной научно-технической конференции "Современные проблемы экологии, методы и средства их решения". Баку: 1994, с.193–194. Манафов А. А. Модифицированный метод импрегнации и его преимущества /Алекперов И. Х.// Зоол. журнал, М.: Изд-во Наука, 1995, т. 74, вып. 2, с. 139–143. Manafov A. A. Trematodozların yayılmasında şirinsu ilbizlərinin rolu // "Heyvanların xəstəlikləri ilə mübarizə sisteminin əsasları" Elmi-praktik konfransın materialları. Bakl: 1995, s. 43–44. Manafov A. A. Melanopsis praemorsa ilbizi balıq parazitləri olan trematodların aralıq sahibi kimi / Mikayılov T. K., Seyidli Y. M. // Heyvanların xəstəlikləri ilə mübarizə sisteminin əsasları Elmi-praktik konfransın materialları. Bakl: 1995, s. 44–46. Manafov A. A. Suyun şorluğundan asılı olaraq Kiçik Qızılağac körfəzində balıq parazitlərinin yayılması /Seyidli Y. M. // Heyvanların xəstəlikləri ilə mübarizə sisteminin əsasları Elmi-praktik konfransın materialları. Bakl: 1995, s. 46–47. A. A. Manafov. Modified Impregnation Technique and Its Advantages / I. Kh. Alekperov // Hydrobiological Journal (N-York, USA), 1996. V.32. N. 3. P.104 Манафов А. А. Фауна церкарий пресноводного моллюскаMelanopsis praemorsa (L., 1758) в Северном Азербайджане / Микаилов Т. К. // Материалы научной конференции паразитологов. Тбилиси, 10–12 июня, 1992. Тбилиси: Мецниреба, 1996, с. 159–164. Manafov A. Mollusks Melanopsispraemorsa (L., 1758) (Gastropoda, Prosobranchia) as an intermediate host of animals and man trematods / IX Ulusal suürünleri sempozyumu, bildirivə poster özetleri. Egidir-İsparta: 1997, s. 157. Manafov A. A. Azərbaycanda Metagonimoz probleminin hazırkı vəziyyəti haqqında / Mikayılov T. K. // V. Axundov adına METTPİ-nin 75 illiyinə həsr edilmiş elmi konfransın materialları. –Baki: 1997, s. 100–101. Манафов А. А. Основные итоги и перспективы паразитов водных животных Азербайджана / Микаилов Т. К., Ибрагимов Ш. Р., Насиров А. М.,Сейидли Я. М., Гусейнов М. А., Гулиев Ш. А.// Материалы конференции "Изучение и охрана животного мира" посвященной 75-летию академика М. А. Мусаева. Баку, Элм, 1997, с. 200–201. Манафов А. А. Современное состояние очаговости Метагонимоза в Азербайджане. / Микаилов Т. К., Казиева Н. Ш. // Bilgi dərgisi, Bakı: 2005, № 1(23), s.66–69. Manafov A. A. Yenikənd su anbarının serkariləri // Zoologiya institutunun Əsərləri, XXVIII cild. Bakı, Elm, 2006, s. 513–524. Манафов А. А., Казиева Н. Ш, Микаилов Т. К. О наличии стабильного природного очага Метагонимоза в бассейне Средней Куры в пределах Азербайджана // AMEA Zoologiya institutunun Əsərləri, XXVIII cild. Bakı: Elm, 2006, s.700–705. Манафов А. А. О видовом составе моллюсков рода Melanopsis // Azərbaycan zooloqlar cəmiqyyətinin əsərləri, I cild. Bakı: Elm, 2008, s. 147–152. Manafov A. A. Yenikənd su anbarında mollyuskların trematod faunasinin öyrənilməsinin əməli əhəmiyyəti / Mikayılov T. K., Mahmudova P. Ə. // "Azərbaycan Aqrar Elmi" jurnalı, 2008, № 4–5, s. 99–102. Манафов А. А. Сезонная динамика заражения моллюсков Melanopsis praemorsa партенитами и личинками трематод. // Известия НАНА, 2008, т. 63, № 5–6, с. 87–100. Манафов А. А. Две новые виргулидныецеркарии из пресноводного моллюска Melanopsispraemorza (L.) // Паразитология. Санкт-Петербург: Наука, 2008, т. 42, вып. 6, с. 467–475. Манафов А. А., Махмудова П. А. Хозяйственное значение партенит и личинок трематод моллюсков Еникендского водохранилища / Azərbaycan zooloqlar cəmiyyətinin əsərləri, I cild. Bakı: Elm, 2008, s. 153–157. Манафов А. А. Некоторые итоги изучения трематодофауны пресноводных моллюсков Melanopsispraemorsa на территории Азербайджана / Материалы IV Съезда Паразитологического общества при Российской АН "Паразитология в ХХI веке – Проблемы, методы, решения". Санкт-Петербург, 2008, с. 168–171. Манафов А. А. Значение и перспективы изучения личинок и партенит пресноводных моллюсков /Материалы международной научной конференции "Биоразнообразие и экология паразитов наземных и водных ценозов". М., 2008, с. 214–217. Манафов А. А. Возрастная динамика заражения моллюсков Melanopsispraemorsaпартенитами и личинками трематод // Известия НАНА, 2009, т. 64, № 3–4, с.. 74–85. Манафов А. А. Трематодофауна пресноводного моллюска Melanopsis praemorsa (L., 1758) в водоемах Азербайджана. Морфология новой виргулидной церкарии – Cercaria agstaphensis 32 (Trematoda: Lecithodendroidea) // Известия НАНА, 2009, т. 64, № 5–6, с. 33–38. Манафов А. А. Биоэкологическая и экологопаразитологическая характеристика малакофауны Еникендского водохранилища / Микаилов Т. К., Махмудова П. А. // Akademik H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ekologiya: Təbiət və cəmiyyət problemləri" Beynəlxalq elmi konfransının materialları. Bakı: Bakı Universitetinin nəşriyyatı, 2007, s. 257–259