İradə Ələsgərova (tam adı: İradə Hacı qızı Ələsgərova; d. 12 noyabr 1956, Ağdam şəhəri, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (15.07.2015), Tarix üzrə fəlsəfə doktoru (2015), Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Naşirlər və Poliqrafistlər Birliyinin (2012) üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin bədii-texniki tərtibatı üzrə eksperti, "Azərbaycan" nəşriyyatında İstehsalat şöbəsinin müdiri, Azərbaycan Texniki Universitetində *Poliqrafiya mühəndisliyi* ixtisası üzrə diplom müdafiəsi üzrə Dövlət Komissiyasının sədri (2022, 20023), Bakı Dövlət Universitetinin "Kitabşünaslıq və informasiya" kafedrasının s/h (saat hesabı) müəllimi, Əmək veteranı, Respublika" qəzetinin ştatdankənar müxbiridir.
Həyatı İradə Ələsgərova 12 noyabr 1956-cı ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır: atası Hacı Salman oğlu Ələsgərov orta məktəbdə kimya-biologiya (APİ), anası, Tofiqə Hüseyn qızı Qurbanova dil-ədəbiyyat (BDU-nun məzunu) fənnlərini tədris edib. İradə şəhər 1 saylı orta məktəbi (1965–73) əla qiymətlərlə bitirib. 1972 və 1973-cü illərdə orta məktəb şagirdləri arasında keçirilən riyaziyyat üzrə respublika olimpiadalarının qalibi olub. Orta təhsillə yanaşı, 7 illik Ağdam şəhər 1 saylı musiqi məktəbini də ekstrerni imtahan verib (fortopiano sinfi) vaxtından əvvəl, yəni 6 ildə bitirib. İvan Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunda (1973–78) təhsil alan ilk azərbaycanlıdır (D № 259288 Q-11).Əntiqə Rəşidqızı. Ürəyimdə qalan arzum (İradə Ələsgərovanın 50 illik yubileyinə) // "Qarabağ" qəzeti ¹21 (374), 15–28 dekabr 2006, s.15.
01.08.1978-ci ildə ali təhsilli mütəxəssis kimi "Dövlətnəşrkom"un "Yeni kitab" mətbəəsinə təyinat alıb. Cild sexində usta kimi işə başlasa da, az bir vaxtda mühəndis (çap sexi), yeni texnika, kəşf, ixtira və səmərələşdirici təkliflər üzrə mühəndis, Baş mexanik vəzifələrinə irəli çəkilib, 22.06.1979-cu ildə müsabiqə yolu ilə "Dövlətnəşrkom"da Baş mühəndis vəzifəsinə təyin olunub.
İ.Ələsgərova 1975-ci ildən (1978-ci ilə qədər assistent, 1978-ci ildən mütəxəssis-ekspert qismində) bu günə kimi dövlət səviyyəli təftiş komissiyalarının işində (nəşriyyat-poliqrafiya, elm, təhsil, mədəniyyət üzrə) mütəxəssis-ekspert qismində iştirak edir. Qoyulmuş tələblərə cavab verib elmi əsaslara, sağlam məntiq və təkzibolunmaz arqumentlərə söykənən (fəaliyyəti yoxlanılan şəxslər tərəfindən də qeyd-şərtsiz qəbul edilən) rəylərilə tanınır. Elə, belə yoxlamaların birindən — 1979-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsində təşkil edilən komissiyanın tərkibində "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatının maliyyə-təsərrüfat fəaliyyətini yoxladıqdan sonra MK-nin xətti ilə bütün dövlət əhəmiyyətli sifarişlərin, qəzet və jurnalların hazırlandığı nəşriyyatda texniki nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub (23.02.1981-ci ildən). Konservatizmin hökm sürdüyü bir ölkədə KP-nın üzvlüyünə namizəd olmayan şəxsə birbaşa KP Mərkəzi Komitəsinin nomenklaturası daxilində məsul vəzifə verilməsi, o dövr üçün çox nadir hadisə sayılırdı. Bir sözlə,nəşriyyat işi və redaktəetmə, poliqrafiyanın texnika, texnologiya və iqtisadiyyatı, habelə ədəbi, bədii və texniki redaktə, kitab tərtibatı sahələrində mükəmməl nəzəri biliyə yiyələnib istehsalatda zəngin təcrübə məktəbi keçmiş geniş profilli mütəxəssis, analitik təfəkkür imkanlarına malik yetkin tədqiqatçı,istedadlı jurnalist-publisist kimi tanınır. Bu sahələrin hər biri üzrə diqqətəlayiq nailiyyətlər əldə edib,özünü yüksək ixtisasllı mütəxəssis, professional kimi təsdiqləmişdir.
01.10.1982–01.05.1983-cü illərdə Azərbaycan KP Bakı ŞK-nin keyfiyyəti idarəetmə universitetini (D № 367, 12.09.1983), 1993-cü ildə isə "Bilik" Maarifçilik cəmiyyəti nəzdində mühasibat üçotu (D № 1378, 28.11.1993) və kompüter kurslarını bitirmiş, 1993–1995-ci illərdə əsas işi ilə yanaşı "Arı" qəzetində baş mühasib və 1991–1993-cü illərdə "Xəzər" jurnalında texniki redaktor vəzifələrini icra etmişdir. Pizzle-English ingilis dili kurslarında A-1 Beginnery (D№ 1482619–1), "Azercell Telekom"MMC tərəfindən jurnalistlər üçün təşkil olunan ingilis dili -Language Solutions LTD kurslarında Elementry (16.06.2016, Certificate of of Achievement) və Pre-İntermediate (31.09.2020, Certificate of of Achievement) səviyyələrini başa vurmuş, göstərdiyi ən yüksək nəticəyə görə (18.09.2019) şirkət rəhbərliyi tərəfindən "Samsung A405 64 GB" markalı mobil telefonla mükafatlandırılmışdır.. Rus, ingilis dillərində danışır.
23.12.1995–01.03.2016-ci illərdə "Azərbaycan" nəşriyyatında üç şöbənin (texniki nəzarət, kimya laboratoriyası və istehsalat) birləşməsindən yaranan istehsalat şöbəsinin rəisi, 01.03.2016–01.06.2020-cı illərdə Baş texnoloq, 01.06.2020-cı ildən başlayaraq İstehsalat şöbəsinin müdiri vəzifələrini icra edir.Azərbaycan nəşriyyatının istehsalat şöbəsinin rəisi İradə Ələsgərovanın 50 illik yubileyi münasibəti ilə təbriknamə // "Zəfər qalası" ¹10 (042), 17 noyabr 2006.
2013-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının orta məktəb dərsliklərinin bədii və texniki tərtibatı üzrə ekspertidir.
"Azərbaycan kitabının bədii və texniki tərtibat məsələləri" mövzusunda dissertasiya müdafiə edib, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb (17.02. 2015). Milli kitabımızın (əlyazmalarımız da daxil olmaqla) minillik tərtibat tarixini əhatə edən "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" adlı monoqrafik nəşrin müəllifi, Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin ilk 10 ilinin addım-addım izlənildiyi "Prezident İlham Əliyev: dinamik inkişafın 10 ili" (2017) adlı çoxcildli nəşrin ədəbi, bədii və texniki redaktorudur. Partiya:bitərəf
Fəaliyyəti 1975-ci ildən (1978-ci ilə qədər assistent, 1978-ci ildən mütəxəssis-ekspert qismində) bu günə kimi dövlət səviyyəli təftiş komissiyalarının işində (nəşriyyat-poliqrafiya, elm, təhsil, mədəniyyət üzrə) mütəxəssis-ekspert qismində iştirak edir. Qoyulmuş tələblərə cavab verib elmi əsaslara, sağlam məntiq və təkzibolunmaz arqumentlərə söykənən (fəaliyyəti yoxlanılan şəxslər tərəfindən də qeyd-şərtsiz qəbul edilən) rəylərilə tanınır. Elə, belə yoxlamaların birindən — 1979-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsində təşkil edilən komissiyanın tərkibində "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatının maliyyə-təsərrüfat fəaliyyətini yoxladıqdan sonra MK-nin xətti ilə bütün dövlət əhəmiyyətli sifarişlərin, qəzet və juibrnalların hazırlandığı nəşriyyatda texniki nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub (23.02.1981-ci ildən). Konservatizmin hökm sürdüyü bir ölkədə KP-nın üzvlüyünə namizəd olmayan şəxsə birbaşa KP Mərkəzi Komitəsinin nomenklaturası daxilində məsul vəzifə etibar edilməsi, o dövr üçün çox nadir hadisə sayılırdı.
Nəşriyyat texnologiyası sahəsində bir çox yeniliklər , o cümlədən miniatür (kiçik ölçülü) kitabların maşında ipək capla tikilmə, kiçik həcmli ,sərt üzlü kitab bloklarının tikişsiz bərkidilmə üsulu ilə maşında hazırlanması texnologiyalarının işlənilib istehsalata tətbiq edilməsi, kompüter plyonkasında rəngayrımı ("Göyərçin" jurnalı), kitab kötüyünün (yumşaq, yaxud sərt cildli olmasından asılı olmayaraq) ölçüsünün və hazırlanmasına sərf olunacaq materialların miqdarının çapa hazırlıq prosesində dəqiqliklə müəyyənləşdirilməsi, habelə ikiqat klapanla çap texnologiyasının hazırlanıb istehsalata tətbiq edilməsi, tirajın hazırlanmasına sərf olunan materiallara maksimum qənaət və itkilərə nəzarət mexanizminin hazırlanması və s. onun adı ilə bağlıdır.
2005-ci ildən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dəvəti ilə əsas işindən ayrılmamaq şərtilə unuversitetdə "Nəşrin redaktor hazırlığı", "Texniki redaktə", "Redaktəetmənin əsasları", "Poliqrafiyanın texnika və texnologiyası", "Kitabın bədii və texniki tərtibatı", "Kitab tipologiyası", "Redaktəetmə", "Redaksiya-nəşriyyat işinin texnologiyası"və s. fənnləri tədris (saat /hesabı müəllim) edir.Elmira Həsənqızı. Yüksələn dövlətimiz. (kitab Azərbaycan dölətçiliyinin inkişafında rolu, əməyi, zəhməti olmuş İradə Ələsgərova kimi şəxsləri cəmiyyətə təqdim edib tanıdır) // Bakı: Adiloğlu, 2010. — 420 s.
Ölkəmizdə və ölkə xaricində (Rusiya, Gürcüstan, Almaniya, İran) nəşr olunmuş 100-dən artıq elmi və elmi-publisistik məqalənin, bir neçə bədii tərcümənin, "Kitabın bədii və texniki tərtibatı" adlı ali məktəb tələbələri üçün dərs proqramı (2008) və dərs vəsaitinin (2010 və 2015), "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" adlı, hal-hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitunun və AMEA-nın Mərkəzi Kitabxanasının saytına (PDF) yerləşdirilmiş monoqrafiyanın (2015) və ali məktəb tələbələri üçün eyni adlı dərs proqramının (2015) müəllifidir. Monoqrafiya ("Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi") Azərbaycan kitabşünaslıq elmi sahəsində yeganə elmi işdir ki, ardıcıl olaraq üc dəfə: 2016, 2018 və 2020-ci illərdə Dövlət mükafatına təqdim olunub ən dəyərli elmi nəşrlər sırasında yer almışdır (27.04.2016 və 28.04.2020 "Azərbaycan" qəz, AP Nazirlər Komitəsinin məlumatı).
Hər iki nəşr Bakı Dövlət Universiteti ilə yanaşı, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetlərində də dərslik kimi istifadə olunur.
Tədqiqat sahəsinə Dünya və Azərbaycan kitab tarixi; Azərbaycan kitabının poliqrafik icrası; Poliqrafiya, redaksiya və nəşriyyat işinin texnika və texnologiyası; Redaktor sənətinin aktual problemləri; Dünya və Azərbaycan kitab mədəniyyəti; Azərbaycan kitabının bədii və texniki tərtibatı, kitab nəşri sahəsində dövlət siyasəti və qanunçuluq bazasının təkmilləşdirilməsi, təhsil və maarifləndirmə, ideologiya sahəsində dövlət siyasətnin təşkili, beynəlxalq siyasət kimi məsələlərin həllinə istiqamətləndirilmiş mövzular daxildir.
Seminar, simpozium və konfranslarda iştirakı 2010 — "Müasir informasiya məkanı və kitabxanalar" mövzusunda elmi konfrans: "Azərbaycan əlyazma kitabının tərtibat xüsusiyyətləri" (Bakı, Bakı Dövlət Universiteti,10–11 oktyabr 2011, səh. 99–102). 2012 — "Kitabxanaçılıq-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri" mövzusunda elmi konfrans: "Müstəqillik dövründə Azərbaycan kitabının tərtibatı və inkişaf perspektivləri (1991–2010-cu illər)" (Bakı Dövlət Universiteti, səh.103–104). 2012 — "Современные проблемы гуманитарных и естественных наук" mövzusunda elmi konfrans: "Некоторые вопросы оформление книг в Азербайджане" (Moskva, изд-во "Спецкнига", стр.166–173). 2012 — "Kitabxanaşünaslıq-informasiya və nəşriyyat işinin müasir problemləri" mövzusunda elmi seminar: Əlyazma kitablarımızın tərtibat xüsusiyyətləri (İradə Ələsgərovanın seminarda dinlənilən mühazirəsi haqqında rəy) (Bakı, Bakı Dövlət Universiteti, "Bizim söz" ¹ 02, may 2012)."Kitabxanaşünaslıq-informasiya və nəşriyyat işinin müasir problemləri" mövzusunda elmi seminar: — Bakı-2012. Əlyazma kitablarımızın tərtibat xüsusiyyətləri (İradə Ələsgərovanın Bakıda keçirilən respublika səviyyəli seminarda dinlənilən mühazirəsi haqqında) (Bizim söz: Ədəbi-publisistik qəzet, ¹ 02, may 2012) 2012 — "Kitabxanaşünaslıq-informasiya və nəşriyyat işinin müasir problemləri" mövzusunda elmi seminar: Azərbaycan kitabının bədii-texniki tərtibat məsələləri və inkişaf perspektivləri (İradə Ələsgərovanın Bakıda keçirilən seminarda dinlənilən mühazirəsi haqqında rəy) ("Respublika"qəz. ¹256 17.11.2012 və "Zəfər qalası" ¹21–22, 26.12.2012) 2015 — " Azərbaycan kitabının bədii və texniki tərtibat məsələləri" mюvzusunda elmi seminar: (İradə Ələsgərovanın dissertasiyanın müdafiəsindən əvvəl Bakıda — BDU-da keçirilən seminarda mühazirəsi dinlənilmiş, seminar iştirakçıları məruzənin məziyyətlərini qeyd edib müsbət rəy bildirmişlər) ("Respublika"qəz.¹ 120 (5281), 06 iyun 2015, s.15.
Ailəsi Ailəlidir, iki övladı var..