Belarus Milli Texniki Universiteti () — Belarusun paytaxtı Minsk şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Universitet Belarus Respublikası Təhsil Nazirliyinin strukturuna daxildir.
Tarixi Universitetin əsası 1920-ci ildə qoyulmuşdur. Müxtəlif vaxtlarda adı bir neçə dəfə dəyişilmişdir. Mövcud adını 2002-ci ildən bəri daşıyır.
Mövcud vəziyyəti 40 min tələbəsi, 18 fakültəsi, texnoparkı, aqrar-sənaye kompleksi olan Belarus Milli Texniki Universiteti ölkəsinin nüfuzlu ali təhsil müəssisəsi hesab olunur.
Universitetin kafedralarının istehsalatda 71 filialı, kadrların yenidən hazırlanması və ixtisasartırma institutu, "Politexnik" təcrübə zavodu, elmi-texniki əməkdaşlıq mərkəzi vardır.
Kitabxanası Universitetin əsas kitabxanası Elmi Kitabxana adlanır. Bu kitabxana Belarus Respublikasının ən qədim universitet kitabxanalarından biridir. İki binası var. Biri Minskin Yakub Kolas küçəsində, digəri isə Nezavisimosti prospektində yerləşir.
İdman Universitin idman bölmələrinə 495 yüksək ixtisaslı idmançılar daxildir; İdman Onların arasında 11 nəfər dünya üzrə idman ustası, 110 nəfər idman ustası və 168 nəfər də idman ustalığına namizəddir. 200 nəfərdən çoxunun da idmançı dərəcəsi var. 47 nəfər Belarus Respublikasının Olimpiya komandalarının üzvləridir.BNTU SPORTS . bntu.by
Universitetin qadınlardan ibarət "BNTU-BelAZ" komandası 2012-ci ildə ölkə kubokunun sahibi olmuşdur.
Rəhbərlik Universitetin rektoru Boris Xrustalyevdir. Prorektorların sayı isə 7 nəfərdir ki, onlardan biri birinci prorektordur.
Reytinqi "QS World University Rankings"in 2013, 2014 və 2015-ciQS World University Rankings® 2015/16 . topuniversities.com illərdəki nəticələrinə görə ölkəsinin ali məktəbləri arasında Belarus Dövlət Universitetindən sonra 2-ci yerdə olmuşdur.
Tanınmış məzunları Vyaçeslav Kebiç — Belarusun baş naziri (1991—1994). Gennadi Novitski — Belarusun baş naziri (2001—2003). Tamara Borisova — SSRİ Ali Sovetinin deputatı (1962—1966), Sosialist Əməyi Qəhrəmanı.
Şəkilləri
Həmçinin bax
Belarus universitetlərinin siyahısı
Ədəbiyyat Кукса, А. Н. Н. К. Ярошевич ‒ первый ректор Белорусского государственного политехнического института / А. Н. Кукса. ‒ Минск : БГАТУ, 2011. ‒ 87 с. ‒ Библиогр.: с. 85‒86 (33 назв.). ‒ ISBN 978‒985‒519‒332‒7
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Belarus universitetləri Kateqoriya:1920-ci ildə yarananlar Kateqoriya:Minskdə təhsil Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar