Zaqreb tramvayı () — Zaqreb şəhərində mövcud olan nəqliyyat növlərindən biri. 1891 ildə şəhərdə ilk dəfə konka, 1910 ildə isə elektrikli tramvay istifadəyə verilmişdir.

Sərnişinlərin daşınması üçün 116 km uzunluğa və reylslər arasında məsafəsi 1 metr olan sistemdən ibarətdir. Əvvəllər günorta radələrinə qədər 1–17 maşrut xidmət göstərirdi. Gecə radələrində isə 31–34 maşrut işləyirdi. Maşrutlar arasında interval 5–10 dəqiqə təşkil edir. Gecə radələrində tramvaylar rəsmi göstərilən vaxtlarda dayancaqlada olurlar. Bu zaman interval 40 dəqiqə təşkil edir. Gündüz radələrində də rəsmi dayanacaqlar üzrə vaxtlar təyin edilsələrdə, pik radələrinə təsadüf etdiyindən buna tam riayyət edilmir.

Xətlər Hərəkətlər: № 1 Qərb voğzalı — Boronqoy № 2 Çrnomeres — Savişe № 3 Lyoblyanisa — Savişe № 4 Savs körpüsü — Dubes № 5 Preçko — Maksimir № 6 Çrnomeres — Sopot № 7 Savs körpüsü — Dubrava № 8 Mixalevas — Zapruce № 9 Lyoblyanisa — Boronqay № 11 Çrnomeres — Dubes № 12 Lyoblyanisa — Dubrava № 13 Jitnyak — Kvaternik meydanı № 14 Mixalevas — Zapruce № 15 Mixalevas — Dole № 17 Presko — Boronqay

Gecə maşrutları:

№ 31 Çrnomeres — Savs körpüsü № 32 Presko — Boronqay № 33 Dole — Savişe № 34 Lyoblyanisa — Dubes

Gecə radələrində işləyən maşrutlər bəzən avtonuslarla əvəzlənir. Səbəb isə reylslərin təmiridir.

Tramvay parkı thumb|right|250px|Т4YU thumb|right|250px|TMK 2100 thumb|right|250px|TMK 2200 Zaqrebdə müxtəlix tip vaqonlardan istifadə edilir. 2005-ci ilin sentyabr ayına olan məlumata görə 240 motorlu vaqon 8 tipdən ibarətdir.

Ən köhnə vaqon — TMK 101 tramvayları. İlk istehsal 1950-ci illərdə "ZET" zavodunda həyata keçirilmişdir. 68 ədəd tramvay "Đuro Đaković" zovodunda istehsal edilmişdir. 2007-ci ilə TMK 101 tramvaylarından cəmi 15 ədədi qalmışdır. 2007–2008 illər ərzində onların əvəzlənməsi düşünülür. TMK 201 vaqonu, xarici görünüş baxımından TMK 101 bənzəyir. Bu tip vaqonlar 1973–1974-cü illərdə "Đuro Đaković" zavodunda istehsal edilmişdir. 1977–1983-cü illərdə tramvay parkına 95 yeni Tatra T4 və 84 В4YU vaqonları istifadəyə verilmişdir. 1985-ci ildə 51 Tatra KT4 vaqonu parka daxil edilir. Zaqrebdə həmçinin bir ədəd TMK 900 vaqonu vardır. Bu tramvay "Đuro Đaković" zavodunda 1990-cı ilə istehsal edilmişdir 1994–1998-ci illərdə Zaqreb tramvay şirkəti olan "ZET" 35 köhnə GT6 alması ilə höhnə TMK 101 vaqonları istifadədən çıxarılmışdır. 1994-cü ildə "Končar" şirkəti TMK 2100 tramvaylarını istehsal edirlər. 2003-cü ildə "ZET" şirkəti 70 yeni TMK 2200 tyamvaylar istifadəyə verilir. "ZET" şirkətinin muzeyində М-24 vaqonları vardır.

Maraqlı fakt 7 iyun 2007-ci ildə Zaqrebdə tramvayların paradı olmuşdur. Şəhərdə bu tip paraqlar sakinlər arasında narazılıqlara səbəb olmuşdurGusjenica od 70 tramvaja blokirala promet Zagrebom

Qalereya

İstinadlar

Mənbə "Zaqreb tramvayı"

Kateqoriya:Zaqrebdə nəqliyyat Kateqoriya:Xorvatiyada tramvay nəqliyyatı