Elşad İlyas oğlu Əhmədov — AMEA Zoologiya İnstitutu, Elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent.

Həyatı Elşad İlyas oğlu Əhmədov 10 fevral 1969-cu ildə Azərbaycan Respublikası Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuşdur. 1987-ci ildə ildə Sabirabad rayon Qaratoğay kənd orta məktəbi, 1995-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi olarakən, son iki ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun protozoologiya şöbəsinin parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışmış, 1995–1998-ci illərdə parazitologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 2000-ci ildə "Ev toyuqlarının eymeriozu (E.tenella) və müalicəsində bəzi parazitoloji və zülal mübadiləsi göstəricilərinin öyrənilməsi" mövzusunda namizədlik, 2014-cü ildə 2429.01 parazitologiya ixtisası üzrə "Ev toyuqlarının eymeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birlikdə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2003-cü ildə dosent elmi adı almışdır. 2008-ci ildən hal-hazıra qədər AMEA Zoologiya institutunda "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyasının müdiridir. O zamanda AMEA Zoologiya institutunda fəaliyyət göstərən D.01.071 dissertasiya şurasını elmi katibi, "AMEA Zoologiya institutunun əsərləri"nin və "Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri"nin redaksiya heyətinin üzvüdür.

Elmi fəaliyyəti Elmi fəaliyyətə 1995-ci ildən baş laborant vəzifəsindən başlayan Elşad İlyas oğlu Əhmədov 2008-ci ildən hal hazıra qədər AMEA Zoologiya institutunda Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiridir. Onun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, parazit-sahib münasibətlərinin öyrənilməsinə həsr edilmişdir. Şəxsi tədqiqatları nəticəsində eimeriozlar zamanı zülal mübadiləsində baş verən bəzi biokimyəvi proseslərin mahiyyəti aydınlaşdırılmış, antieymerioz preparatların effektivliyinin qiymətləndirilməsində zülal göstəricilərindən istifadə etməyi təklif etmişdir. Onun tərəfindən ilk dəfə kompleks parazitoloji və biokimyəvi metodları tətbiq etməklə təbabətdə bu vaxta qədər işlədilməmiş aminturşuların alkil törəmələrinin antieymerioz təsirə malik olduğu müəyyənləşdirilmişdir. Sahib heyvanların orqanizminin biokimyəvi göstəricilərinə, yaşamalarına, çəki artımına, parazitin reproduktivliyinə əsasən amin turşu törəmələrinin quşların eimeriozu ilə mübarizədə perspektiv dərman preparatı ola biləcəyi əsaslandırılmışdır. Qanda ümumi zülalın və bir neçə zülal fraksiyasının miqdarına görə eimeriyalara qarşı işlədilən preparatların effektliyinin qiymətləndirilməsi metodu hazırlanmışdır. Ev toyuqlarının eimeriozu (E.tenella) və onun baykoks və acı yovşan ilə müalicəsi zamanı amin turşu mübadiləsində və fermentlərin fəallığında baş verən dəyişkənliklər müəyyənləşdirilmış, parazit-sahib münasibətlərinin biokimyəvi mahiyyətinin bəzi məsələləri nəzəri cəhətdən əsaslandırılmışdır. İlk dəfə baykoks ilə acı yovşanın kombinasiyasının ev toyuqlarının eymeriozunun müalicəsində tətbiqi sxemləri təklif edilmişdir. E. İ. Əhmədovun 81 elmi əsəri çapdan çıxmış və 1 patentə müəlliflik şəhadətnaməsi almışdır.

Mükafatları 2007-ci ildə AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşdur

Kitabları və monoqrafiyaları

Elmi əsərləri Aхмедов Э. И. Белковый и аминокислотный состав ооцист эймерий и цист саркоспоридий./Елчиев Я. Я., Мадатов Р. И., Алиева Ф. З.// Тезисы докладов 2-го совещ. Паразитол. общества при РАН, Санкт-Петербург, 1996, с.34. Ahmadov E. İ. Koksidilerin (Apicomplexa, Coccidia) biokimyasal karakerkistiği./Yolçiyev Y. Y., Medetov R. İ., Aliyeva F. Z.// XІІІ Ulusal bioloji konqresi. Molekular Bioloji ve Genetik Seksiyonu, İstanbul, 1997. səh. 519–526 Əhmədov E. İ. Eymeriyalarla (Eimeria tenella) yoluxdurulmuş ev toyuqlarının qaraciyərində zülalların miqdarının dəyişməsi. /Yolçiyev Y. Y. // Heyvanlar aləminin öyrənilməsi və qorunması. Akademik M. Ə. Musayevin 75-illiyinə həsr olunmuş elmi konf. mater., Elm, Bakı, 1997. səh. 43–48. Əhmədov E. İ. Ev toyuqlarının eymeriozu (E. tenella) və müalicəsi zamanı qanın bəzi hematoloji göstəricilərinin dəyişməsi. /Yolçiyev Y. Y. // 3-cü Respublika biokimya konf. materialları. Bakı, 1997, səh. 24–25 Əhmədov E. İ. Aminturşu törəmələrinin protozoy xəstəliklərinin müalicə və profilaktikasında istifadə edilə bilməsi perspektivləri. /Əliyeva F. Z., Yolçiyev Y. Y. // Azərbaycanda ali əczaçılıq təhsilinin 60 illiyinə həsr edilmiş yubley konfransın materialları- Bakı, 1999. səh. 194–197. Əhmədov E. İ. Ev toyuqlarının eymeriozu (Eimeria tenella) və müalicəsi zamanı cücələrin çəki artımının dəyişliməsi. /Yolçiyev Y. Y. // Bilgi dərgisi. Kimya, biologiya, tibb. Bakı, 2000, № 4. səh. 91–93. Əhmədov E. İ. Sintetik aminturşu törəmələrin ev toyuqlarının eymeriozu zamanı qaraciyərdə zülalların miqdarına təsiri // Azərbaysan Elmlər Akademiyası aspirantlarının elmi konfransının materialları. may 1999-cu il. "Elm" nəşriyyatı. Bakı –2000. s. 61–62. Əhmədov E. İ. İlan zəhərlərinin təcrübi tədqiqinin əsas aspektləri./Topçieva Ş. Ə. // Bilgi dərgisi, Kimya, Tibb, Biologiya. Bakı 2001, № 2, 38–42. Aхмедов Э. И. Влияние неспесфических средств лечения на выживаемость животных отравленных ядом гюрзы. /Топчиева Ш. А., Алиев Ф. Ш. // Bilgi dərgisi. Kimya, biologiya, tibb. Bakı, 2000, № 4. səh. 48–53. Əhmədov E. İ. Aminturşuların bəzi alkil törəmələrinin eymeriyaların reproduktivliyinə və oosistaların xarici mühitdə inkişafına təsiri. /Musayev M. Ə., Yolçiyev Y. Y., Əliyeva F. Z. Babayev E. F. // XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması, akademik M. Ə. Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materiaları, Bakı, Elm, 2001, səh. 34–36. Əhmədov E. İ., Xıdırov C. Bəzi karbamatların Eimeria tenella (Apicomplexa, Coccidia) oosistalarına in vitro XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması. /Əliyeva F. Z., Yolçiyev Y. Y., akademik M. Ə. Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materiaları, Bakı, Elm, 2001, səh. 42–44.təsiri // Əhmədov E. İ. Eymeriyalarla (Eimeria tenella) yoluxdurulmuş və N-amidopropilqlisinlə müalicə edilmiş toyuq cücələrinin qaraciyərində zülalların miqdarının dəyişməsi. / Yolçiyev Y. Y. // XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması, akademik M. Ə. Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materiaları, Bakı, Elm, 2001, səh. 61–64. Əhmədov E. İ. Bakterisid və antiparazitar təsir göstərən "REOR-49" N-sianetil ,/-ditiobis (-amino-propion turşusunun) monoetil efiri. /Yolçiyev Y. Y., Babayev E. F., Əliyeva F. Z. // Azərbayjan Respublikası Dövlət Elm və Texnika Komitəsi, İ 20010100, № 991001372, qeydiyyat tarixi 04.07.2001-ci il. Əhmədov E. İ. Qlisin və metioninin alkil törəmələrinin eymerialarla yoluxdurulmuş toyuq cücələrinin qan zərdabı zülallarına təsiri. /Musayev M. Ə., Yolçiyev Y. Y. // AMEA Xəbərləri, biol. elm seriyası 2001, № 4–6, səh 84–91 Əhmədov E. İ. Aminturşu törəmələri ilə müalisə edilmiş ev toyuqlarının qaraciyərində ümumi zülalın miqdarının dəyişilməsi // Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin  Konfransı. Tezislər toplusu, 28–29 mart, Bakı, Elm, 2001, s.19–20 Əhmədov E. İ. Koksidi və koksidiozların biokimyası. /Musayev M. Ə., Yolçiyev Y. Y., Məmmədova F. Z. // Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun yaradılmasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransın materialları, Bakı, Nərgiz-R, 2002, səh.306–312. Əhmədov E. İ. Eimeria cinsindən (Apicomplexa, Coccidia) olan parazitlərin oosistalarının zülal tərkibi. /Yolçiyev Y. Y. // Azərbaycan Zooloqlar Cğmiyyəti. I qurutayın materialları, Bakı, Elm, 2003, s. 29–35. Əhmədov E. İ.. Metionin alkil törəmələrinin E.tenella ilə yoluxdurulmuş toyuq cücələrinin qaraciyər zülallarına təsiri // AMEA Zoologiya Institutunun XXVIII Əsərləri, 2006-cı il, Bakı, Elm, s.175–181 Əhmədov E. İ. Yerli toyuq cinsləri eymeriozunun patogenezi (Apicomplexa, Coccidia, E.tenella). /Məmmədova F. Z. Məmmədova S. M. // AMEA Zoologiya Institutunun XXVIII Əsərləri, 2006-cı il, Bakı, Elm, s.170–175 Əhmədov E. İ. Eimeria tenella (Apicomplexa, Coccidia) parazitinin yerli toyuq cinslərindən olan cücələrin qan zərdabı zülallarına təsiri. / Musayev M. Ə., Yolçiyev Y. Y., Mədətov E. İ. // AMEA Zoologiya institutunun əsərləri, 28-ci cild, 2006, s.651–660. Ахмедов Э. И. Биотехнологический способ получения экологически чистого яда гюрзы vipera lebetina obtuse культивированием ядовитой железы змеи. /Топчиева Ш. А. // Четвертая Международная конференция Из серии "Наука и Бизнес" Нанобио- и другие новые и перспективные биотехнологии, Пушино, Москва, 2007, с.138–139 Ahmadov E. Ecology factor and physicochemical protertis of Vipera Lebetina obtusa’s venom. /Topchiyeva Sh., Abiyev H. // International Conference on Struktural Analisis of Advanced Materials, September 2–6, 2007, Patras (Greece). Book of Abstracts. p.189 Ahmadov E. Ecological and geochemical aspects of variation of the elementary ingredients of the Vipera lebetina Obtusa"s venom. /Topchiyeva Sh., Abiyev H., et al. // International Conference on Struktural Analisis of Advanced Materials, September 2–6, 2007, Patras (Greece). Book of Abstracts. p.190 Əhmədov E. İ. E.tenella ilə yoluxdurmanın yerli cinsdən olan toyuq cücələrinin qaraciyərində və qan zərda-bında immunoqlobulinlərin miqdarına təsiri // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri I cild. Bakı, Elm, 2008, s. 12–17. Əhmədov E. İ. E.tenella (Apicomplexa Coccidia) parazitinin yerli toyuq cinsindən olan çil-çil cücələrin qaraciyər zülallarına təsiri // AMEA Naxçıvan bölməsi, Xəbərlər, təbiət və texniki elmlər seriyası, № 4, Naxçıvan 2009, s.174–179 Ахмедов Э. И. Влияние N– алкилпроизводных и α – аминокислот на некоторые биохимические показатели сыворотки крови и печении цыплят, зараженных Eimeria tenella. /Мамедова Ф. З. // Bakı Dövlət Universitetinin 90 illik yublileyinə həsr olunmuş "Biologiyada Elmi naliyyərtlər" mövzusunda Respublika Elmi Konfransının materialları, Bakı, 2009, s.369 Ахмедов Э. И. . Изменение количества общего белка в крови и печени цыплят и утят в зависимости от возраста. /Лапшина Я. Ю. // Azərbaycan Zooloqlar Cəmiyyəti" 2-ci cild . Bakı, Elm 2010-cu il. s. 53–56 Əhmədov E. İ. Ev donuzlarının yaş və mövsümdən asılı olaraq eymeriyalarla yoluxmasının dinamikası. /Məmmədova M. Ə., Əliyeva F. Q., Məmmədova S. M // Azərbaycan Zooloqlar Cəmiyyəti" 2-ci cild . Bakı, Elm 2010-cu il. s.65–70 Əhmədov E. İ. Активность некоторых ферментов в ооцистах E.acervulina (Apicomplexa, Coccidia). /Məmmədova F. Z. // Azərbaycan Zooloqlar Cəmiyyəti" 2-ci cild . Bakı, Elm 2010, s. 61–65. Əhmədov E. İ. E.tenella (Apicomplexa Coccidia) parazitinin yerli toyuq cinsindən olan cücələrin qaraciyər zülallarına təsiri // Azərbaycan Milli EA "Xəbərləri" Biologiya elmləri seriyası, 2010, cild. 65, № 1–2. s.137–140. Əhmdov E. İ. Eksperimental koksidioz (Eimeria tenella) zamanı cücələrin qan zərdabının zülal fraksiyaları // Azərbaycan Zooloqlar Cəmiyyəti 2-ci cild. Bakı, Elm 2010, s. 22–27. Ahmadov E. I. The activity of phosphatase in the jejunum of coccidiosis (Apicomplexa, Eimeriidae, Eimeria tenella). /Topchiyeva Sh. A. // Proceeding of the WSEAS International Conference / Recent Researches in Chemistry, Biology, Environment and Culture. Montreux, Switzerland, December 29–31, 2011, p.115–118 Əhmədov E. İ. Artemisia absinthium-un yerli cinsdən olan çil-çil toyuq cücələrinin eksperimental koksidiozu çəki artimina təsiri // Azərbaycan Zooloqlar Cəmiyyəti" 3-cü cild . Bakı, Elm 2011, s. 64–72.