Kültigin və ya Köl Tigin () — İkinci Göytürk xaqanlığı başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs.

Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın və İlbilgə xatunun oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. Aşina sülaləsi mənsubudur.

Etimologiyası Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir.Türk Dilinin Beş Min İli, səh.10, Səlahi Dikər

Həyatı Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi.

İltəris xaqanın zamanında Bilgə və Kültigin baş vəzir Tonyukukun ən yaxın köməkçiləri idilər. Hətta onlar hakimiyyətə gəldikdə də Qapağan xaqanın dövründə nüfuzu düşmüş Tonyukuku yenidən baş vəzir etdilər. Və dövləti idarə etməyə yaxından kömək göstərirdi. Bilgə və Kültigin dövlətin ən ağır işlərini görmüş, Çin ordusunu məğlubiyyətə uğratmaqda böyük rol oynamışdılar.50 minlik Çin ordusunu məğlub etdikdən sonra Çin ordusunun generalı Onqu 16 yaşlı Kültigin əsir almışdı. Bu kimi uğurları və davranışları ilə xalq tərəfindən sevilmişdirlər.

Ölümü 731-ci ildə Kültigin Doğuz oğuzlarla döyüşdə həlak oldu. Bilgə xaqan onun şərəfinə böyük abidə ucaltdı. Buradakı yazıda deyilirdi:

Bu abidə, Baykal gölünün cənubunda yerləşən Koşo Çaydam gölü yaxınlığındadır. Mərmər üstündə Göytürk yazısı ilə "Kültigin qoyun ilində 17-ci gündə uçdu" deyə yazılıb.

Qardaşı Bilgə xaqan türk xalqının düşmənləri tərəfindən 734-cü ildə zəhərlənərək öldürüldü. Bilgə xaqanın və Kültiginin etdikləri Orxon abidələrində yazılıb.

Kültigin Abidəsi Kültigin abidəsi, Kül Tigin'in böyük qardaşı və Göktürklerin xaqanı Bilgə Xağan tərəfindən, 732-ci ildə, qardaşı adına, qardaşının xidmətlərindən ötəri ona duyduğu minnəti göstərmək məqsədiylə, tikilmişdir. Bu kitabədə Bilgə xağan danışır.Erdem, KONUR,"Orhun Yazıtlarında Sosyal ve Siyasi Mesajlar ", Edebiyat ve Sanat Akademisi

Həmçinin bax Orxon abidələri

Şərqi Göytürk xaqanlığı

Bilgə xaqan

İstinadlar

Kateqoriya:Şərqi Göytürk xaqanları

Kateqoriya:684-cü ildə doğulanlar

Kateqoriya:731-ci ildə vəfat edənlər

Kateqoriya:Aşina ailəsi Kateqoriya:Orta əsr qoşun başçıları