Dyoma (; həmçinin Статья в Башкирской энциклопедии ) —Başqırdıstan və Orenburq vilayəti ilə axaraq Ağidel çayına tökülən çay.
Etimalogiya А. А. Kamalovun fərziyyəsinə görə Dyoma sözü başqırdcada Dim sözündən götürülmüş, "çayın dərin yeri"Словарь топонимов Республики Башкортостан. Уфа: Китап, 2002. — 256 с. — С.63.Матвеев А. К. Географические названия Урала: Топонимический словарь. — Екатеринбург: ИД "Сократ", 2008. — 352 с.— С.77. mənasını verir. Çayın digər adı Kuk-idel () olaraq adı çəkilir. Mənası "göy çay" mənasını verir. Bu isə "rəng + çay" sistemi üzrə müşahidə edilən digər adlardan fərqlənir. Belə ki, Başqırdıstan ərazisində Ağ çay və Qara çay adlı çaylar olsa da, səma rənginə uyğun digərinə rast gəlinmir. Bununla belə, digər türkdilli ölkələrin ərazisində, o cümlədən Azərbaycanda bu adlı çay vardırОномастика Востока. Институт востоковедения АН СССР, Институт этнографии имени Н. Н. Миклухо-Маклая, Изд-во "Наука", Глав. ред. восточной лит-ры, 1980, стр. 99
Axını Çay başlanğıcını Obşiy Sırt yüksəkliyindən, Başqırdstanın Fyodorov rayonu Alyomşkin kəndinin 2 km şimal-şərqindən başlayır. Çay sonradan Oreberq vilayəti ərazisinə keçir. Uzunluğu 535 km, hövzəsinin sahəsi 12 800 km² təşkil edir. Mənsəbdə su sərfiyyatı 35 m³/san-dir. Çay sonradan düzənlik ərazisinə keçir. Burada Davlekanovo şəhəri yerləşir.
Oberburq vilayətində çaya 28 axar tökülür. Onların 11 uzunluğu 10 kilometri keçir. Əsas qolları: Balşoy İzyak (496-cı km. uzunluğu 58 km), Tyater (465-ci km, uzunluğu 91 km), Sadak (407-ci km, 74 km)
Çay Belaya çayına sağdan Ufa yaxınlığında yerləşən Dyomski rayonu ərazisində tökülür.
Qolları Bakalka Qaynı Kaziyaz Meneuz Miyaki Sadak Tyater Udryak Uyazı
Mənsəbi Çayın hazırkı mənsəbi insanlar tərəfindən yönləndirilmişdir. XIX əsrin sonlarında Belsko dəmiryolu körpüsünün inşası məqsədilə axının istiqaməti dəyişdirilmişdir.
Köhnə mənsəb körpüdən 6–7 km aralıda, Zaton rayonunun Romanovka kəndi yaxınlığında yerləşirdi. Köhnə mənsəbə gedən yataqda haxırda çoxlu göllər vardır (Axmazlar).
İstinadlar
Mənbə Балков В. А. Водные ресурсы Башкирии. Уфа, 1978. Dyoma Başqırtıstan: Qısa ensiklopediya Başqırt eksiklopediyası Kateqoriya:Rusiya çayları Kateqoriya:Başqırdıstan çayları