Şücaəddin Əhməd xan ibn Məhəmməd xan () — Turfanın, Çalışın (1635–1668), Məmləkəti-Moğoliyyənin və Yarkənd xanlığının hakimi.

Həyatı Şücaəddin Əhməd xan ibn Məhəmməd xan 1570-ci ildə Çalışda anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət Şah xanın əsirliyində yaşamışdı. 1590–1596-cı illərdə sultan titulu ilə Aksu və Uç şəhərlərinin hakimi olmuşdu. 1596–1610-cu illərdə Qaşqar və Yengihisar şəhərlərinə başçılıq etmişdi.

Tarixçi Şah Mahmud ibn Fazil Çuras qeyd edir ki, "Şah Şücaəddin Əhməd xan müdrik, dözümlü, təmkinli bir hökmdar idi". 1618-ci ildə eşikağası Əbul-Məaninin və Sarıkol hakimi Məhəmmədqasım bəyin sui-qəsdi nəticəsində öldürülmüşdü. Qəsdçilər onun əmisi oğlu II Qürreyş xanı hakimiyyətə dəvət etmişdilər.

İstinadlar

Ədəbiyyat Şah Mahmud ibn Fazil Çuras, Xronika, Moskva, "Nauka", 1976.

Həmçinin bax Yarkənd xanlığı

Kateqoriya:Yarkənd xanları Kateqoriya:Tuğluqteymurlular Kateqoriya:Şərqi Türküstan tarixi Kateqoriya:XVI əsr Asiya hökmdarları