Leyla Qurbanova (31 oktyabr 1998) — Azərbaycanı təmsil edən güləşçi.
Həyatı Leyla Qurbanova 1998-ci il oktyabrın 31-də anadan olub.
Güləşçi Günay Qurbanovanın böyük bacısıdır.
Karyerası Leyla Qurbanova 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Leyla Qurbanova qrup mərhələsinin birinci görüşündə Kanada nümayəndəsi Tianna Kennett ilə üz-üzə gəldi. Həmin görüşdə Leyla Qurbanova rəqibinə 8:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Olena Kremzer oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Leyla Qurbanova qalib gəldi — 2:1. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Salvador nümayəndəsi Mayra Apariho oldu. Bu görüşdə də qalib gələn tərəf Leyla Qurbanova oldu — 5:0. Bununla da Leyla Qurbanova qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Yaponiya nümayəndəsi Mayu Muhaida oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Qurbanova rəqibinə 4:10 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Yeniyetmələrin Olimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları