Alemanlar — bir çox German qəbiləsinin bir araya gələrək qurduqları savaşçı topluluğun adı.

Qotlar və slavyanlar tərəfindən Brandenburqdan qovulduqdan sonra III əsrin əvvəllərində Main çayı üzərində göründülər. Öncə Karakalla (213), sonra III əsr imperatorları, daha sonra da Valerius Constantius tərəfindən (301) Roma imperiyası torpaqlarından püskürdülüncə IV əsrin ortalarına qədər Reyn çayının sağ sahilində Main ile Konstanz gölü arasına yerləşib qaldılar. İşğal etdikləri yer Vürtemberq, Bade və Alman İsveçrəsini əhatə edirdi. V əsrin ortalarında burada bir krallıq qurdular. Sonraları Reyni keçərək Köln ilə Konstanz arasında Alsacedə yerləşməyə çalışdılar ancaq öncə Julianus (Strasbourg, 357) və Valentinianus, sonra da Attilanın Hun basqını sırasında Aetius tərəfindən (453) Reynin ötəsinə atıldılar. Cənubi-qərbdə burqundlar ilə şimal-qərbdə franklar ilə çarpışdılar. 496-cı ildə krallıqları franklar tərəfindən işğal edildi.

Qəbilə ittifaqının hökmdarları Carloman 744–747 Drogo 747–748 Pepin the Short 748–768 I Karloman 768–771 Charles the Bald 829–840 Louis the German 843–864 Charles the Fat 864–880 Louis the Younger 880–882 Charles the Fat 882–888 Bernard 888–892

İstinadlar

Xarici keçidlər

The Agri Decumates The Alemanni The Military Orientation of the Roman Emperors Septimius Severus to Gallienus (146–268 °C. E.) Brauchtum und Masken Alemannic Fastnacht

Kateqoriya:Qədim german tayfaları Kateqoriya:Etnik qruplar Kateqoriya:Qədim xalqlar Kateqoriya:German qəbilələri Kateqoriya:Bavariya tarixi Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri