Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir.
Skolioz thumb|401x401px|Skoliozda Koob bucağının ölçülməsi Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3%, 6–14 -yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir. Yeniyetməlik dövrünün idiopatik skoliozu ən çox 10–14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir
Simptomlar Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:
Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir. Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilir. Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır. Deformasiyanın qabarıq tərəfində "qabırğa donqarlığının" əmələ gəlməsi. Bir qol digərindən uzun görünür. Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi.Diaqnoz Rentgenoqrammalara əsasən həkimlər skoliotik deformasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcəyə bölürlər:
1-ci dərəcəli–0–10° dərəcə 2-ci dərəcəli–11–30° dərəcə 3-cü dərəcəli–31–60° dərəcə 4-cü dərəcəli–>61 dərəcə
Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.
Növləri:
İdiopatik skolioz
Erkən uşaqlıq dövrü: 3 yaşadək olan uşaqlar-3 yaşa qədər onurğa sütununun sol tərəfə əyilməsi, oğlanlarda daha çox təsadüf olunur. Uşaqlıq dövrü: 3–9 yaşa
qədər olan uşaqlar.
Yeniyetməlik (cinsi yetkinlik) dövrü: 10–18 yaşa qədər olan yeniyetmələr–bu dövrdə xəstəlik daha çox qızlarda rast gəlinir.
Anadangəlmə skolioz
İnkişaf pozğunluğuthumb|Torakal və Lumbal skolioz|350x350px• Seqmentasiya pozğunluğu
Neyromuskulyar skolioz
Neyropatik Miopatik
Neyrofibroma səbəbli skolioz
Şiş, artrit, infeksion xəstəliklər, maddələr mübadil
əsinin pozulması və s. səbəblərdən yaranan skoliozlar.
əyilmə istiqamətinə görə növləri:
Torakal skolioz zamanı 90% halda sağ tərəfə əyilmə baş verir. Lumbal skolioz zamanı 70% halda sol tərəfə əyilmə baş verir. Torako-lumbal skolioz zamanı 80% halda sağ tərəfə əyilmə baş verir. Kombinə olunmuş skolioz zamanı hər iki-sağ və sol tərəfələrə əyilmə baş verir.
Müalicə əsasən iki üsuldan ibarətdir: konservativ üsul, cərrahi üsul. əksər hallarda (təqribən 90%) skoliozu xüsusi müalicə etməyə ehtiyac olmur, yalnız profilaktika kifayət edir.left|thumb|Qıç və qol uzantıları. İdman hərəkətləri. Onurğa sütunu 20°-dən az əyilərsə xəstəliyinso gedişatından yalnız profilaktika aparmaq kifayət edir. Xüsusi müalicəyə ehtiyac olmur, 6 ayda bir dəfə və ya ildə bir dəfə yalnız rentgen müayinəsi edərək vəziyyətə nəzarət etmək lazımdır.
Korset
Onurğa sütunu təqribən 20–40° əyilərsə korset geyinmək lazımdır. Korseti sümük sisteminin inkişaf dövrü bitənə qədər təqribən 15–16 yaşına qədər geyinmək olar. Korsetin funksiyası skoliozun daha da kəskinləşməsinin qarşısını almaq və ya onu müəyyən həddə saxlamaqdır. Korsetlə skoliozu düzəltmək qeyri-mümkündür. Yəni, əgər onurğa sütununun 30°-li əyilməsi vəziyyətində korset geyilərsə, əyilmiş bucağın dərəcəsi heç də 20° və ya 10° azalmır, korsetdən sadəcə 30°-dən də çox əyilmənin qarşısını almaq məqsədilə istifadə olunur. Korsetdən istifadə edərkən skoliozun dərəcəsinin 30°-dən 20°-ə qədər azalması qeyd edilə bilər. Lakin bu, korsetdən istifadə edilən müddətdə belə görünür. əgər korsetdən istifadə dayandırılarsa, 1–2 ildən sonra onurğa sütunu öz əvvəlki vəziyyətinə qayıdır.
Cərrahi Üsul
Onurğa sütunu təqribən 40–50° əyilərsə orqanizmin inkişaf səviyyəsindən asılı olaraq cərrahi əməliyyata da ehtiyac duyula bilər. Cərrahi əməliyyat kiçik yaşlı uşaqlarda və orqanizm hələ inkişaf etdikdə aparılır. Lakin orqanizmin inkişafı dayanarsa (15–16 yaşdan çox), cərrahi əməliyyata ehtiyac yoxdur. Onurğa sütununda əyilmə 50°-dən çox olan halda cərrahi müdaxiləyə ehtiyac var. Bel nahiyəsinde əyilmə 50°-dən çox olanda, orqanizmin inkişafı dayanaraq artıq yetkinləşərsə də, davamlı olaraq onurğa sütununun bel hissəsində əyilmə gedə bildiyinə görə onurğa sütunu cərrahi yolla düzəldilməlidir. Skoliozun cərrahi müalicəsindən sonra, belin hərəkəti qeyri-təbii olur. Buna görə də 50°-dən çox olan skolioz zamanı belə, proses kəskin olmazsa, cərrahi əməliyyat məsləhət görülmür.əyilmiş beli diametri təqribən 7mm olan mil vasitəsilə düzəldirlər. həmin mil xüsusi səbəb olmadan bədəndən çıxarılmır. Mil vasitəsilə onurğa sütunu düzəldilir, sümük transplantasiyası ilə onurğa sütununun uzanmasının qarşısı alınır. Cərrahi üsulla müalicədən sonra onurğa sütununda təxminən 60–70% düzəlmə qeyd edilir. Lakin cərrahi əməliyyat olunmaq o demək deyil ki , tamamilə normal, düz onurğa sütunu əldə etmək olur. Yəni, əgər 50°-li skolioz cərrahi əməliyyat edilibsə, onurğa sütunun da təqribən 60–70% düzəlmə olur və bu da təqribən 30° təşkil edir. Qalan təqribən 15°-20° isə düzəlmir və davamlı olaraq öz əyilmiş vəziyyətində qalır. Az yaşlı orqanizmdə və əyilmə dərəcəsi kəskinolmayan pasientlərdə əməliyyatla yaxşı effekt əldə olunur. Lakin pasientin yaşı çox və proses kəskin olarsa əməliyyatla az effekt əldə olunur.
Statistik Göstəricilər
Skoliozun 10–16 yaş dövrü ərzində aşkar olma halları 2–4% təşkil edir. Skoliozun 10°-dən aşağı olanların arasında qadın və kişilərin sayı bərabərdir. 30°-dən yuxarı olan skolioz halları kişilərə nisbətən qadınlarda 10 dəfə çox rast gəlinir. Kişilərdən fərqli olaraq, qadınlarda skozun inkişaf sürəti yüksək olduğundan onların fəal müalicəyə daha çox ehtiyacı vardır. 30°-dən yüksək skoliozu olanlar xəstələrin ümumi sayının 0,2%-ni, 40°-dən yüksək olanlar isə təxminən 0,1%-ni təşkil edir. Skolioz 40–50° olan insanlarda deformasiya 10–15°-dək arta bilər. Skolioz 50° olanda isə əyrilik hər il 1–2° artır. Azərbaycanda təxminən hər min nəfərdən 10-u skoliozdan əziyyət çəkir. Üstəlik xəstəlik adətən vaxtında təyin olunmur və insanın bədəni əyilir və donqarlıq əmələ gəlir. İndiyədək onurğanın az əyriliyi Azərbaycanda əməliyyat olunsada daha böyük əyriliklərdə xəstələr əməliyyat üçün xarici ölkələrə göndərilirlər.
Sümüklərin deformasiyası vaxtında əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq özünü göstərməyə başlayır.
Kifoz Kifoz insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri – onurğanın döş nahiyəsindən önə doğru əyilməsi. Kifozun əlamətləri: Donqar durmaq, yüngül kürək ağrılar, onurğada tutulmalar və ya ağrı, yorğunluq
Kifozun təyini:
önə əyilmə testi vasitəsilə kifozu təyin etmək mümkündür. Önə əyildildən sonra yandan onurğaya baxılır. əgər kifoz vatsa kürəyin üst hissəsi şiş görünür. Eyni zamanda rentgen vasitəsilə də kifozu təyin etmək və onun dərəcəsinidə öyrənmək olar.
Müalicə
əyrilik dərəcəsi 50° və ya daha çox olan uşaqlarda böyümə ilə əlaqədar bu dərəcə arta bilər. Ağrı ortaya çıxdıqda ağrı kəsicilərdən istifadə oluna bilər. Bu zaman xəstələr çox hərəkət etməməlidirlər. Uşaqlarda korset müalicəsi ilə xəstəliyin irəliləməsinin önünə keçilir. Böyümə periyodunun sonuna qədər korset müalicəsinə davam edilir. əgər əyrilik 75°-dən çox olarsa cərrahi müalicədən istifadə olunur. Cərrahi əməliyyat vasitəsilə əyrilik tamamilə düzələ bilir.
Lordoz Lordoz Onurğa sütununun Deformasiyası nəticəsində yaranır. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını dəstəkləmək və şok zərbələrini əmmək üçün təbii olaraq qıvrımlara sahibdir. Lordoz bel yəni lumbal bölgədəki təbii qövs normalın üzerində olduğunda yaranır. Bu vəziyyət onurğada həddindən artıq təzyiqə səbəb olub ağrılara yol açır. Lordozu olan insanlarda ümumiyyətlə beldə görnən şəkildə bir qövs olur. Onlara yandan baxdıqda bel C şəklində görünür. Lordozun olub-olmadığını yoxlamaq üçün ən asan yol sərt bir yerə kürəyi üstə yatmaq. əlinizi sıx bir şəkildə belinizin altına sürüşdürməniz lazımdır. əgər lordozunuz varsa əlinizlə beliniz arasında əlavə boşluq olacaq.
SəbəbləriLordoz əsasən uşaqlıqda hər hansı səbəb olmadan yaranır. Pis duruş, köklük, osteoparoz, kifoz və.s
Müalicə
Lordotik əyrilik önə doğru əyildikdə öz-özünə düzəlirsə müalicə olunmur. Ancaq önə doğru eyildikdə lordotik əyrilik davam edirsə müalicə olunmalıdır.
Eyni zamanda bunlardan hansısa baş verərsə müalicə olunmalıdır: Ağrı, əzələ spazmları, üyüşmə, bağırsaqlarla əlaqədar problemlər. Lordoz müalicəsi əyriliyin şiddətindən asılıdır. Müalicə seçimləri arasında bunlar vardır:
Ağrı və şişliyi azaltmaq üçün dərmanlar. Fiziki müalicə Yoqa Kilo itkisi Cərrahi əməliyyat
Osteoparoz Osteoparoz(yunanca: osteo — sümük, poros — dəlik deməkdir) skeletin metabolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Sümük toxumasının həcminin azalması ilə müşayiət olunur. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar. Osteoparoz çox geniş yalılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə rast gəlinir. Bunun səbəbi klimaksın başlaması ilə qadınların əksəriyyətinin orqanizmində kalsium mübadiləsinin pozulmasıdır. Məsələ burasındadır ki, qadın cinsi hormonları olan estrogenlər digər təsirlərindən savayı, sümük toxumasının sıxlığına və möhkəmliyinə də təsir edir. Yaş artımı ilə əlaqədar olaraq qanda estogenlərin miqdarı azaldığı üçün sümüklər nisbətən kövrək olurlar. Bu isə gələcəkdə bədən formasının dəyişməsinə səbəb olur (qadının beli əyilir və s.), sınaqların baş verməsi təhlükəsini artırır. Osteoparoz prosesinə onurğa sütunu daha çox məruz qalır. Fəqərələrdə çoxlu sayda kiçicik sınıqlar əmələ gəlir. Daxilindən zədələnməyə məruz qalmış fəqərə onurğa sütununa olan təzyiqə davam gətirməyərək sınır. Onurğa sütununun bu dəyişikliyə uğraması tədricən boyun qısalmasına və onurğanın əyilməsinə səbəb olur. Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir. Belə ki, bu zaman tənəffüsün çətinləşməsi, onurğa beynindən çıxaraq qabırğaların arası ilə gedən sinirlərin sıxılmasaı nəticəsində belin aşağı hissəsində və ürək nahiyəsində baş verən ağrılar, mədə-bağırsaq sisteminin pozulması və digər bu kimi əlamətlər yaşanmış olur. Osteoparoz zamanı yaşlı qadınlarda baş verən sınıqlar arasında daha çox təsadüf edilən və daha qorxulu olanı — bud sümüyü boynunun sınaqlarıdır.
Yaranma səbəbi
Osteoparoza və osteoprniyaya yol açan bir sıra hallar vardır: Bədən çəkisinin azalması; Cinsi hormonların az olması; Oturaq həyat tərzi (2 aydan çox yataq rejimi, əlillər üçün kreslodan istifadə); Siqaret, alkoqol və narkotik vasitələrindən istifadə; D vitamini çatışmazlığı Kalsium mübadiləsinin pozulması; Qalxanvari ətraf vəzin xəstəlikləri Risk faktorları
əfsuslar olsun ki, Heç bir insan osteoparoz xəstəliyindən sğortalanmayıb. Mütəxəssislər osteoparoz xəstəliyinə meyilli olan insanların 3 risk qrupunu ayırd edirlər. Bu qrup insanlar vaxtında həkimə müraciət edib müayinədən keçməli və müalicə olunmalıdırlar.
thumb|Osteoparoz xəstəsinin duruşuYaşın 50-dən artıq olması; Qadın cinsinə mənsub olmaq;