Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur.Hüseynov, F. Bilik Fondu milli ekran əsərlərini təbliğ edir: Layihə çərçivəsində bu dəfə "Yarımçıq xatirələr" bədii filmi nümayiş olundu: [Elxan Cəfərovun çəkdiyi eyniadlı film haqqında] //Mədəniyyət.- 2017.- 25 yanvar.- S.4.
Məzmun Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır.
Film haqqında Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur.Azəri, L. Qələbə Günündə "Yarımçıq xatirələr": "Bu film sübut edir ki, vaxtilə faşizmə qalib gələn dost ölkələr yaradıcılıq sahəsində də birgə layihələr həyata keçirə bilərlər": [Nizami Kino Mərkəzində Elxan Cəfərovun hazırladığı tammetrajlı bədii filmin təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib] //Mədəniyyət.- 2015.- 13 may.- S.8. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir. Gülzar Qurbanova 28 dekabr 2015-ci ildə "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. Filmin çəkilişinə Müdafiə və Daxili İşlər nazirlikləri dəstək göstərib. Filmdə erməni obrazlarını gürcü aktyorları canlandırmışdır. Film Belarusfilm kinostudiyasının texniki dəstəyi ilə çəkilib. Film Belarusun Brest, Minsk şəhərlərində, Vileyka qəsəbəsində, eyni zamanda Azərbaycanda lentə alınıb. "Bizim kino günləri"ndə filmə baxış keçirilmişdir.Lalə. "Bizim kino günləri"ndə "Yarımçıq xatirələr"ə baxış: Layihə çərçivəsində yeni filmlərin təqdimat-müzakirəsi davam edir: [eyniadlı layihənin həyata keçirilməsi haqqında] //Mədəniyyət.- 2015.- 2 dekabr.- S.5. Film 2023-cü ildə "On5sıfır7" Film Həftəsində iştirak edib.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri : Konstantin Vorobyov, Yavər RzayevQuruluşçu rejissor : Elxan CəfərovQuruluşçu operator : Nadir MehdiyevProdüser : Müşfiq HətəmovQuruluşçu rəssamlar : Rafiq Nəsirov, Vadim ŞafranskiBəstəkar : Polad BülbüloğluSəs operatoru : Tariyel HəsənzadəSəs rejissoru : Mehman NadirovMontaj : Elşad Rəhimov Rejissorlar : Tatyana Xvaley, Çingiz HəsənovRedaktorlar : Ramiz Rövşən, Yusif Şeyxovİcraçı prodüser : Azər QuliyevDialoqların müəllifi : Ramiz FətəliyevGeyim üzrə rəssamlar : Darya Romanova, Elfira HüseynovaMaliyyə meneceri : Emil İbrahimovXətt prodüserləri : Aydın Hacıyev, Yuri İvanov
Rollarda Bəhruz Vaqifoğlu — Azər (Gənc)Qurban İsmayılov — Azər (Yaşlı)Mixail Kaminskiy — VanyaGeorgi Tsaava — ArtavazdGülzar Qurbanova — JannaAndrey Milyuxin — StankeviçZurab Nijaradze — RantikŞamil Süleymanov — SəmədVeronika Plyaşkeviç — NadyaAleksandr Pavlov - Sergeyİvan Matskeviç — PolkovnikKərim Pokaçakov — YakutRza Rzayev — CavanşirQeogi Murdjikneli — SamvelAnatoli QuryevOtar MikeladzeAleksandr IlinSergey ŞiroçinYevgeni Baxar Nikolay RyabıçinDmitriy Qlazaçev Viktor VasilyevRövşən Ağayev — Azərbaycan döyüşçüsüFaiq Məmmədov — Azərbaycan döyüşçüsüCavanşir Hadıyev — Azərbaycan döyüşçüsü
Filmi səsləndirənlər:
Vüsal Murtuzəliyev — Azər (Gənc) (Bəhruz Vaqifoğlu) (titrlərdə yoxdur)
Rəşid Səməndər — Cavanşir (Rza Rzayev) (titrlərdə yoxdur)
Mehriban Zəki — Janna (Gülzar Qurbanova) (titrlərdə yoxdur)
Şövqi Hüseynov — Rantik (Zurab Nijaradze) (titrlərdə yoxdur)
Qorxmaz Əlilicanzadə — Samvel (Qeoqi Murdjikneli) (titrlərdə yoxdur)
Elxan Cəfərov — Vanya (Mixail Kaminskiy) (titrlərdə yoxdur)
Tərcüməni səsləndirənlər:
Almaz Amanova
Elşən Rüstəmov
Rövşən Məmmədli
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə Rəsmi treyler Bu filmdə "böyük qardaş" Rusiyaya mesaj var
İstinadlar
Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Bədii filmlər Kateqoriya:Belarusda çəkilən filmlər Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Azərbaycanın dram filmləri