Tünzalə Rafiqqızı (tam adı:Tünzalə Rafiq qızı Zeynalova ; 29 sentyabr, 1978, Hacallı, Bərdə rayonu, Azərbaycan SSR) — Azərbaycan jurnalisti, ANS TV-nin aparıcısı, şairə
Həyatı Zeynalova Tünzalə Rafiq qızı.29 sentyabr 1978-ci ildə Bərdə rayonunda anadan olub. 1985–1995-ci illərdə Bərdə şəhərində orta məktəbdə oxuyubTünzalə Rafiqqızı.
Təhsili 1995–1999-cu illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində təhsil alıb. 1999–2001-ci illərdə BDU-nun magistraturasını bitirib. İkici ali təhsilini İqtisad Uuniversitetində "maliyyə işi" ixtisası üzrə oxuyub.
Jurnalistlik Fəaliyyəti Jurnalistlik fəaliyyətinə 1995-ci ildən başlayıb. Müxtəlif media sturukturlarında çalışıb.Bundan başqa Maliyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib. İkinci dərəcəli dövlət qulluqçüsudur. Buna baxmayaraq, jurnalistikaya marağı onu yenidən 2012-ci ildə mediaya qaytarıb. O vaxtdan ANS-də redaktor, xüsusi müxbir, yerli və xarici bürolarla iş üzrə şöbənin rəhbəri işləyib. Hazırda "Hesab vaxtı" verilişinin aparıcı-müxbiridir.
İstinadlar
Xarici keçidlər ANS-in müxbiri
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bərdə rayonunda doğulanlar