Azərbaycan klassik musiqisi — klassik musiqinin qollarından biri. XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı.
Tarixi XX əsrin erkən illəri XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Sovet dövründə mədəni-maarif işinin musiqi sahəsində geniş vüsət alması ilə maarifçilik hərəkatı sanki yeni bir təzahür formasında üzə çıxır. Üzeyir Hacıbəyov anlayışınca, məqsəd yalnız Avropa texnikası, janrları və formalarında əsər yazmaqda deyil, bu əsərləri qavrayaraq, yeni musiqini anlaya biləcək, onu əxz edərək mənən zənginləşə biləcək, bununla da inkişafı tələb və təmin edəcək kütləvi mədəni-bədii mühitin – elitar deyil, məhz Azərbaycan xalqının bütün zümrələrini əhatə edə biləcək mühitin və dinləyicinin yetişdirilməsi idi.
Yeni Avropa ənənələrinin yeni milli ənənələr kateqoriyasına keçidi təmin edən Ü.Hacıbəyov məhz sovet quruluşunun potensial imkanlarından çox gözəl və qətiyyətlə istifadə etdi. 1900-cü ildə Bakıda açılmış Yermolayevanın musiqi məktəbi ilə yanaşı azad sənətkar Şefferlinqin musiqi məktəbi, azad sənətkar Semyonovun musiqi məktəbi, azad sənətkar Rozinin musiqi məktəbi fəaliyyət göstərirdi. Onların müdavimləri arasında azərbaycanlıların olması haqqında mövcud ədəbiyyatda heç bir məlumat verilmir. Üzeyir Hacıbəyov bu xüsusda yazırdı:
1920-ci illər thumbnail|Xədicə Qayıbovanın təşkil etdiyi «Şərq musiqi kursları» və ya «Şərq konservatoriyası» isə ənənəvi şərq üslubunda şifahi şəkildə tədris aparırdı.
Azərbaycan musiqi mədəniyyətinin 1920-30-cu illərini əhatə edən mərhələsi üçün musiqişünaslıqda sabitləşmiş tarixi səciyyə vardır. Bu mərhələ iki onilliyə bölünür: 1920-ci illər – «təşkilatçılıq illəri», 1930-cu illər isə birmənalı olaraq çiçəklənmə mərhələsi kimi qəbul olunmuşdur. Bu tarixi qiymətləndirmə sovet tarixşünaslığının ümumi konsepsiyasına tam uyğun idi.
1920-ci ildə Azərbaycanda Azərbaycan Dövlət Simfonik Orkestri, 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası, yeni ifaçılıq kollektivləri, 1926-cı ildə isə ölkədə ilk xor yaradılmışdır. Həmin ildə pianoçu Xədicə Qayıbovanın təşkil etdiyi «Şərq musiqi kursları» və ya «Şərq konservatoriyası» isə ənənəvi şərq üslubunda şifahi şəkildə tədris aparırdı. İlkin mənbələr 1920-ci illərdə kifayət qədər geniş əks-səda doğurmuş tarixi polemikanın ilk ümumiləşdirilməsinin Məmməd Səid Ordubadiyə məxsusluğunu qeyd edir. Məhz O, ilk dəfə «Üzeyir bəyin cərəyanı» və «həqiqi şərq musiqidanlığından dəm vuran və onuyla daima işğal edən tar, kamançaçı və xanəndələrin cərəyanıdır» ifadələrini işlətmiş, hər iki istiqamətin qısa da olsa səciyyəsini vermişdir.M.S.Ordubadi. Biz tələsirik. // Əxbar, Bakı, 1920, 28 iyul
Separat inkişaf nəzəriyyəsinin yaradıcıları Aleksandr Ohanezaşvili və Bakıda hələ əsrin əvvəllərindən fəaliyyət göstərən rus musiqiçiləri – S.Paniyev, Nikolayev, Moroz, M.E. Popov, habelə bir çox muğam ifaçıları idi. A.Ohanezaşvili bu tendensiyanın ən fəal ifadəçisi, hətta ideoloqu adlandırıla bilər.
1920-ci ilin iyun ayında «Əxbar»-ın səhifələrində Aleksandr Ohanezaşvili, bir neçə məqalə ilə çıxış etmiş, onun opponentləri Zülfüqar Hacıbəyov və Məmməd Səid Ordubadi olmuşlar. Xalq Maarif Komissarlığı tərəfindən Konservatoriya nəzdində, A.Ohanezaşvilinin rəhbərliyi ilə Şərq musiqiçiləri İttifaqının yaradılması ideyası Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Müslüm Maqomayev tərəfindən dəstəklənmir, İttifaq rəsmi qeydiyyatdan keçmir. Əsas məsələ milli musiqi alətlərində tətbiq olunacaq sistemin fərqliliyindən gedirdi. A.Ohanezaşvili və onun mövqeyinin tərəfdarlarının fikrincə:
Konservatoriyada açılmış şərq musiqi bölməsində əsas mübahisə və kəskin fikir ayrılıqları da elə prinsipial xarakter daşıyırdı. Ohanezaşvili şərq musiqi alətlərini dəyişdirmədən saxlamaq, qeyri-temperasiya sistemini rəhbər tutaraq tədrisi təşkil etmək, Üzeyir Hacıbəyov isə tar alətində temperasiya sisteminin tətbiqi ilə tədrisin avropa sisteminə uyğunlaşdırmaqla aparılmasını təklif edirdi. Müzakirələr elə miqyas almışdı ki, M.S.Ordubadi bu məsələ ilə əlaqədar 1920-ci ilin iyulunda böyük məqalə ilə çıxış edərək yazırdı:
Z.Hacıbəyovun cavab və aydınlaşdırma məqsədilə yazdığı böyük bir məqalə hadisələrin əsl mahiyyətini üzə çıxarmağa imkan verir. «Şərq musiqi kursuna dair» məqaləsində əsas məsələ kimi milli musiqi alətlərində, habelə muğamların tədrisində not savadı və not dəqiqliyi imkanlarının istifadə olunması əsaslandırılır və bu sahədə xüsusi bir kitabın yazılmasının zəruriliyini bəyan edir:
1920-ci il iyulun 14-də keçirilmiş böyük bir iclasda hər iki mövqelər üzləşir. Ü.Hacıbəyova qarşı etikadan uzaq ittihamlar irəli sürməkdən çəkinməyən A.Ohanezaşvili öz platformasını qəbul etdirə bilmir. 1920-ci illərdə əsas məsələ azərbaycanlıların musiqi təhsilinə cəlb edilməsi idi. 1920-ci illərin əvvəlində Bakıda Konservatoriya açılanda da vəziyyət dəyişmədi. Üzeyir Hacıbəyov bunu görür və yazırdı:
thumbnail|left|Üzeyir Hacıbəyov, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi
Milli musiqi təhsilinin milli xarakter daşıması üçün təhsili rus dili, rus-Avropa modeli çərçivəsindən çıxarıb «Şərq musiqimizdən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq» məcrasına yönəltmək işinin təşəbbüskarı və icraçısı Üzeyir Hacıbəyov oldu. Rus dilini bilməyən gənclər hətta qəzetə müraciət edirlər. «Cocuq şikayəti» adlı məqalədə konservatoriyaya qəbul edilmiş iki qardaş və bir bacı yazırdılar:
Məktuba Xalq Maarif komissarı Dadaş Bünyadzadənin cavab verməsi məsələnin doğrudan da böyük təşviş doğurmasından xəbər verirdi:
1922-ci ildə konservatoriyada şərq bölümü ləğv edildi. Üzeyir Hacıbəyov buna qarşı kəskin etirazını bildirir. O yazırdı:
Üzeyir Hacıbəyov Azərbaycan dilində tədrisin aparılması, azərbaycanlıların da ali musiqi təhsilində bərabərhüquqlu iştirakını təmin etmək üçün bazanın hazırlanması üçün Türk musiqi məktəbinin açılmasına nail olur. Məhz bu məktəbin yetirmələri sonradan konservatoriyaya daxil olaraq ilk ali təhsilli milli kadrlar kimi milli musiqi mədəniyyətinin müxtəlif sahələrində yeni yollarla inkişafı təmin etdilər.
Klassisist kompleks Ü.Hacıbəyov musiqisində üslubun təməlyüklü komponentidir. Hacıbəyov ənənələrini davam etdirən Asəf Zeynallının da üslubu bu istiqamətdə formalaşırdı. Tədqiqatçı Lalə Rzayeva A.Zeynallı üslubunun «klassisist» xarakteri haqda maraqlı müşahidələr irəli sürür. Eyni zamanda məhz bu mərhələdə artıq gənc bəstəkarların yaradıcılıq maraqlarında formalaşmaqda olan dəst-xətlərində milli üslubun aktivinə sonrakı mərhələdə daxil olacaq üslub prioritetləri də işarələnirdi. Qara Qarayevin, Cövdət Hacıyevin, Niyazinin ilk qələm təşəbbüslərində, Asəf Zeynallının əsərlərində dünya musiqi ənənələrinin yeni qatlarının təsiri aydın hiss olunur. Bu istiqamətdə A.Zeynallının əsərləri bu üslub yeniləşməsinin ilk nümunələri – polifoniya, romantizmlə bağlı dil, janr və forma prinsiplərindən bəhrələnmə ilə diqqəti cəlb edir. Q.Qarayevin «Tsarkoye selo heykəli» fortepiano pyesində, sonatinada Prokofyev üslubu, impressionizm cizgiləri, C.Hacıyevin Simfoniyasında Sergey Prokofyev, Dmitri Şostakoviç üslubunun dramatik simfonizm əlamətləri, Niyazinin fortepiano əsərlərində List-Şopen ənənələri və s. misal ola bilər.
1930-cu illər 1930-cu illər Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. 1931-ci ildə ilk notlu Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti edildi. 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı yarandı. 1936-cı ildə rəqs ansamblı və Azərbaycan Dövlət Filarmoniyası cəmləşdirildi. Daha sonra, 1938-ci ildə Musiqili Komediya Teatrı və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, 1939-cu ildə isə Xalq Yaradıcılığı evi yaranmışdır. 1930-cu illərin sonu Avropa musiqisinin aparıcı təmayülləri - neoklassisizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir.
1940-cı illər thumbnail|Qara Qarayev, İkinci dünya müharibəsindən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.
İkinci dünya müharibəsi dövrü qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, Üzeyir Hacıbəyov və Səid Rüstəmovun xalq çalğı alətləri üçün yazılmış əsərlərdə, Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" operasında, Qara Qarayev, Cövdət Hacıyev və Soltan Hacıbəyovun Azərbaycan musiqisində simfonik janrın ilk örnəkləri olan — Birinci simfoniyalarında öz əksini tapmışdır. Niyazinin "Xosrov və Şirin" operası, Üzeyir Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır.
1944-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya Respublikaları musiqisi ongünlüyündə səslənən Qara Qarayevin, Cövdət Hacıyevin və Soltan Hacıbəyovun təxminən eyni vaxtda meydana gələn birinci simfoniyaları ilk Azərbaycan simfoniyaları kimi tarixdə əhəmiyyətli yer tuturlar. Məhz dodekafoniyanın istifadəsi Qara Qarayevin simfoniyasında öz təzahürünü tapıb. 1946-cı ildə Soltan Hacıbəyovun simfonik yaradıcılığında "2-ci simfoniya" — İkinci dünya müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.
1950-ci illər 1950-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. Fikrət Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.
Bu dövrdə Cövdət Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının 1-ci qurultayı keçirilir. 1957-ci ildə ilk Dövlət simli kvarteti yaradılır. SSRİ xalq artistləri Firəngiz Əhmədova, Leyla Vəkilova, əməkdar incəsənət xadimi Çingiz Hacıbəyov və başqaları ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir.
Xor musiqisinin inkişafında Cahangir Cahangirov "Arazın o tayında" vokal-simfonik poemasının, "Füzuli" və “Nəsimi” kantatalarının, "Sabir" və "Hüseyn Cavid-59" əsərləri ilə əhəmiyyətli rol oynamışdır.
1960-cı illər thumb|280px|Soldan sağa: Cahangir Cahangirov, Tofiq Quliyev, Azər Rzayev, Səid Rüstəmov, Soltan Hacıbəyov, Niyazi, Qara Qarayev. 1965-ci il 1960-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.