Boyanka Kostova () — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet, 3 dəfə Dünya Çempionatının, 8 dəfə isə Avropa Çempionatının qalibi.
Karyerası Boyanka Kostova 2009-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 15 yaşında Avropa Çempionatlarında debüt edən Boyanka Kostova ümumi nəticədə 180 Kg. (78+102) nəticə göstərdi. Bu nəticələrə əsasən Boyanka Kostova Avropa Çempionatını 15 idmançı sırasında beşinci pillədə başa vurdu. Həmin il Boyanka Kostova Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birdən qaldırmada gümüş medala, təkanla qaldırmada qızıl medala sahib oldu, ümumi nəticədə isə turniri 186 Kg. (81+105) nəticə ilə qızıl medalla başa vurdu.
2010-cu ilin aprelində Boyanka Kostova Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırmada bürünc medala, təkanla qaldırmada isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 199 Kg. (87+112) nəticə ilə Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Boyanka Kostova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Birdən qaldırma turnirini üçüncü pillədə başa vuran Boyanka Kostova təkanla qaldırma turnirində hər üç cəhdində uğursuz oldu və gənclər arasında Dünya Çempionatını nəticəsiz başa vurdu.
Boyanka Kostova 2010-cu ilin avqustunda Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Boyanka Kostova ümumi nəticədə turniri 192 Kg. (85+107) nəticə ilə qızıl medalla başa vurdu.
2011-ci ildə Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAAF) tərəfindən Boyanka Kostova Azərbaycan yığmasının heyətinə cəlb edildi. Həmin ilin noyabrında Boyanka Kostova Azərbaycanı Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatında təmsil etdi. Boyanka Kostova ümumi nəticədə 200 Kg. (92+108) nəticə ilə turniri 8-ci pillədə başa vurdu.
Boyanka Kostova 2012-ci ilin aprelində Antalya şəhərində baş tutan Avropa Çempionatında birdən qaldırmada gümüş, təkanla qaldırmada qızıl medallara sahib oldu. Ümumi nəticədə isə Boyanka Kostova 215 Kg. (98+117) nəticə ilə Avropa Çempionatının qalibi oldu. Həmin ilin avqustunda Boyanka Kostova Azərbaycanı Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Boyanka Kostova birdən qaldırma turnirində birinci cəhdində 100 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində Boyanka Kostova 103 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində isə Boyanka Kostova 105 kiloqramlıq ştanqın öhdəsindən gəldi və birdən qaldırma turnirini 105-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma mərhələsində Boyanka Kostova birinci cəhdində 124 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Növbəti cəhdində həmin ştanqı qaldırmağı bacaran Boyanka Kostova üçüncü cəhdində 128 kiloqramlıq ştanq sifariş verdi. Həmin ştanqı da qaldırmağı bacaran Boyanka Kostova təkanla qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Boyanka Kostova 233 (105+128) nəticə ilə London Olimpiadasını beşinci pillədə başa vurdu. Bununla belə bir neçə il sonra Boyanka Kostovanın həmin nəticələri dopinqdən istifadə etdiyinə görə ləğv edildi.
2014-cü ilin noyabrında Boyanka Kostova Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Boyanka Kostova turniri 200 Kg. (91+109) nəticə ilə başa vurdu və Dünya Çempionatında yeddinci pillənin sahibi oldu. Həmin ilin noyabrında Boyanka Kostova həm də Kiprin Limasol şəhərində baş tutan U-23 Avropa Çempionatında mübarizə apardı. Birdə qaldırma turnirində qızıl, təkanla qaldırma turnirində isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 203 Kg. (93+110) nəticə ilə U-23 Avropa Çempionatının qalibi oldu.
Karyerası ərzində Boyanka Kostovanın ən uğurlu mövsümü 2015-ci ildə oldu. Boyanka Kostova apreldə Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırma və təkanla qaldırma turnirlərində qızıl medallara sahib olan Boyanka Kostova ümumi nəticədə 246 Kg. (109+137) nəticə göstərdi və növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Həmin ilin noyabrda isə Boyanka Kostova Birləşmiş Ştatların Hyuston şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Birdən qaldırma və təkanla qaldırma turnirlərini qızıl medallarla başa vuran Boyanka Kostova ümumi nəticədə 252 Kg. (112+140) nəticə ilə Dünya Çempionatının qalibi oldu.
Boyanka Kostova 2016-cı ilin aprelində Norveçin Forde şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırma və təkanla qaldırma turnirlərində qızıl medallara sahib olan Boyanka Kostova ümumi nəticədə 235 Kg. (105+130) nəticə ilə üçüncü dəfə Avropa Çempionatının qalibi oldu. 2015-ci il Dünya Çempionatı və 2016-cı il Avropa Çempionatının nəticələrinə əsasən Boyanka Kostova olimpiya lisenziyasına sahib oldu. Amma Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAAF) adı dopinq qalmaqalında hallandığına görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən Azərbaycan yığmasının 2 olimpiya lisenziyası ləğv edildi. Bununla da Boyanka Kostova 2016-cı ildə olimpiada da mübarizə apara bilmədi.
Bir müddət Dünya və Avropa Çempionatlarında çıxış eləməyən Boyanka Kostova 2021-ci ilin aprelində Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırma və təkanla qaldırma turnirlərində qızıl medallara sahib olan Boyanka Kostova ümumi nəticədə 211 Kg. (95+116) nəticə ilə dördüncü dəfə Avropa Çempionatının qalibi oldu. Amma bir müddət sonra ondan götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi sabəbilə Boyanka Kostova qızıl medaldan məhrum edildi və 8 il müddətinə cəzalandırıldı.
Boyanka Kostova 2022-ci ildə Bolqarıstanın Plovdiv şəhərində qadağan olunan dərman preparatlarının satışında ittiham olunaraq həbs edildi.
Nəticələri İlTurnirEv sahibiBirdən qaldırmaTəkanla qaldırmaÜmumiYerNəticəNəticə2009Avropa Çempionatı Rumıniya7578805.951001025.1805.Yeniyetmələrin Dünya Çempionatı Tailand7679812.981031051.1861.2010Avropa Çempionatı Belarus8285873.1031071122.1992.Gənclərin Dünya Çempionatı Bolqarıstan8082843.99100101N/AYeniyetmələrin Olimpiya Oyunları Sinqapur7882851.98981071.1921.2011Dünya Çempionatı Fransa8892966.10811511513.2008.2012Avropa Çempionatı Türkiyə9598982.1141171201.2151.Olimpiya Oyunları Birləşmiş Krallıq1001031053.1241241287.2335.2014Dünya Çempionatı Qazaxıstan8589916.1051091098.2007.U23 Avropa Çempionatı Kipr8891932.1051101101.2031.2015Avropa Çempionatı Gürcüstan1001051091.1251321371.2461.Dünya Çempionatı ABŞ1091091121.1361401401.2521.2016Avropa Çempionatı Norveç951001051.120130—1.2351.2021Avropa Çempionatı RusiyaDQ
İstinadlar
Kateqoriya:Bolqarıstanın qadın ağır atletləri Kateqoriya:Azərbaycanın qadın ağır atletləri Kateqoriya:Azərbaycanın olimpiya ağır atletləri Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Ağır atletika üzrə dünya çempionları Kateqoriya:Ağır atletika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Ağır atletika üzrə Avropa çempionları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar