thumb|300px|"Bütün dövlətlərin kitabı"na əsasən Şirvan bayrağı Şirvanşahlar bayrağı — Şirvanşahlar dövlətinin bayraqları haqqında dəqiq məlumat yoxdur.
Bədr Şirvaninin məlumatı Şirvanşah İbrahimin və onun oğlu I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur:"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-memarlıq Qoruq-Muzeyi - Şirvanşahlar tarixindən
"Bütün dövlətlərin kitabı" 1385-ci ilə aid anonim Kastiliyalı müəllifin kitabı olan "Bütün dövlətlərin kitabı" () Şirvan bayrağından bəhs edir. Kitabın 1350-60-cı illərdə yazıldığı güman edilir. Kitabın 4 əlyazması günümüzə gəlib çatmışdır. Qısaca "Z", "N", "R" və "S" kimi kodlanan bu nüsxələrin sonuncusu və ən genişi "S" nüsxəsidir. Həmçinin "Libro" da adlanır. 1874-cü ildə tapılmış, 1877-ci ildə Madriddə Markos Ximenez de la Espada tərəfindən yenidən yayımlanmışdır. 109 və 250-ci səhifələrdə Şirvandan "Sara dövləti" kimi bəhs edilir, paytaxtı Bakı göstərilir və İran ölkəsinin (Elxanilər) bir hissəsi olduğu qeyd olunur.El Libro del Conosçimiento de todos los rregnos et tierras e señoríos que son por el mundo et de las señales et armas que han cada tierra y señorío por sy y de los reyes y señores que los proueen, escrito por un franciscano español á mediados del siglo XIV (Marcos Jiménez de la Espada, 1877, Madrid) Mənbədə həmçinin Şirvan dövlətinin bayrağı da göstərilir. Bu bayraq ağ fon üzərində qırmızı hilal və hilalın sağ tərəfində bir qolu qırıq açar şəklindədir.Yenə oradaEl Libro del Conoscimiento de todos los Regnos, Fundación José Antonio de Castro, 2005, Cild 1, səh 347-404 Bəzi tədqiqatçıların fikrincə Qızıl Orda bayrağının bir formasıdır.Yuka Kadoi - On the Timurid Flag - Beiträge zur Islamischen Kunst und
Archäologie herausgegegebenvon der Ernst-Herzfeld-Gesellschaft, 2010, səh. 149
XV və XII əsr bayraqları Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin direktoru Rəna Rzayevanın verdiyi məlumata görə Şirvanşahlar dövlətinin iki bayrağı məlumdur. Biri qızılı rəngli xara qumaşdandır:
İstinadlar
Kateqoriya:Şirvanşahlar dövləti Kateqoriya:Tarixi bayraqlar