Günay Ağakişiyeva — 12 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda Avropa Çempionatının bürünc mükafatçısıdır.

Karyerası

Günay Ağakişiyeva ilk uğurunu 2005-ci ildə qazanmışdır. O Bakıda Gənclərin Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazanmışdır. Günay Ağakişiyeva daha sonra isə böyüklərin yarışında uğurlar qazanmışdır. O 2013-cü ildə İndoneziyanın Palembang şəhərində İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olmuşdur. Bu uğurdan 1 il sonra isə yenə də Bakıda Avropa Çempionatında medal qazanmışdır. Bu dəfə o böyüklərin Avropa Çempionatında bürünc medal qazanmışdır.

2015-ci ilin iyun ayında Günay Ağakişiyeva özünün ən ciddi yarışında iştirak etdi. O Bakıda 2015 Avropa Oyunlarında qüvvəsini sınadı. Bu yarışda Günay Ağakişiyevadan medal gözləyənlər çox idi. Amma Günay Ağakişiyeva ilk görüşündəcə mübarizəni dayandırdı. O 1/8 finalda Serbiyalı Draqana Qladoviçə 4-8 hesabı ilə məğıub oldu.

Uğurları

Avropa Çempionatı - 2014 link=|20x20px

Gənclərin Avropa Çempionatı - 2005 link=|20x20px

İsveş Open - 2008 link=|20x20px

Azərbaycan Open - 2008 link=|20x20px

Fransa Open - 2010 link=|20x20px

Rusiya Open - 2011link=|20x20px

İsveçrə Open - 2012 link=|20x20px

Misir Open - 2013 link=|20x20px

Almaniya Open - 2013 link=|20x20px

Bəhreyn Open - 2014 link=|20x20px

Ukrayna Open - 2015 link=|20x20px

İstinadlar

Kateqoriya:2013 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları