Arken muzeyi (danimarka dilində:Arken) — Danimarkanın paytaxtı Kopenhagendən 20 km cənubda İsxoy kommunasında yerləşən müasir incəsənət muzeyi
Tarix Arken muzeyi 15 mart 1996-cı ildə açılmışdır. Muzeyin binası Danimarka arxitektoru Seren Robert Lunn tərəfindən layihələşdirilmişdir. Muzeydə müasir Danimarka, Skandinaviya və zarici sənətkarların əsərləri nümayiş etdirilir. Onların arasında Asqer Yorn, Jan Arp, Tal R, Per Kirkenyu, Damien Xirst və digər rəssamların əsərləri mühüm yer tutur. 2008-ci ildə muzeyin binası xeyli genişləndirilmişdir.
Xarici keçid Muzeyin saytı
Kateqoriya:Danimarka muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:1996-cı ildə yarananlar Kateqoriya:Əlifba sırasına görə muzeylər