Lorinq Hərbi Hava Qüvvələri Bazası— Arustuk qraflığında Laymstoun və Karibu yaxınlığında Men ştatının şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tikilidir. Fəaliyyəti dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Aviasiya Komandanlığının ən böyük bazalarından biri olub. Bu baza 1992-ci ildə yeni yaradılmış Hava Döyüş Komandanlığına köçürülüb.

Bazanın yaradılması ABŞ-nin Ordu Mühəndislər Korpusunun Yeni İngiltərə bölməsi tərəfindən aerodromun tikilməsi üçün verilmiş tapşırığa əsasən 1947-ci ildə başladı. Baza ilkin olaraq, Laymstoun Hərbi Hava Meydanı () adlandırıldı və 1947-ci ildə Hərbi Hava Qüvvələrinin yaradılmasının ardınca Laymstoun Hərbi Hava Qüvvələri Bazası () olaraq, yenidən adlandırıldı. 1954-cü ildə baza Koreya müharibəsi zamanı Fəxri Medal ilə təltif edilən mayor Çarlz Cozef Lorinqin şərəfinə adlandırılıb.

1991-ci ildə Baza Yenidən Qurma və Bağlama Komissiyası () Lorinq bazasının bağlanmasını və bazanın aviasiyası və missiyasının ölkədəki digər bazalarla bölüşdürülməsini məsləhət görüb. Qırx illik fəaliyyətdən sonra baza 1994-cü ilin sentyabrında bağlanıb. Baza Lorinq Ticarət Mərkəzi () kimi Lorinq İnkişaf Orqanı () tərəfindən yenidən tikilib. Aerodrom isə Loring Beynəlxalq Aeroportu () kimi fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər Lorinq Ticarət Mərkəzi LoringAirForceBase.com Loring Hərbi İrs Mərkəzi

Kateqoriya:Men ştatındakı hərbi obyektlər Kateqoriya:Hərbi bazalar