Dəstcan (; ) — İranda, Mərkəzi ostanında, Fərahan şəhristanının Mərkəz bəxşinin Fərməhin dehestanında kənd. Ərak şəhərindən 70 km, Fərməhin şəhərindən isə 25 km şimal–qərbdə, dəniz səviyyəsindən təqribən 1860–1870 metr hündürlükdə yerləşir. Adı tarixi məxəzlərdə ilk dəfə X əsrdə, "Dəsgan" kimi qeyd edilmişdir. Sakinləri indi də kəndi bu adla adlandırırlar.

İran ordusu Qərargahının Coğrafiya İdarəsi () tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (; ) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (; Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Birinci ostanda, Ərak şəhristanının Fərməhin bəxşinin Yuxarı Fərahan dehestanına daxil olan Dəstcan kəndinin türkcə – farsca danışan və şiə olan əhalisi 607 nəfərdən ibarət idi.فرهنگ جغرافیایی ملی ترکان ایران زمین. جلد ۱. نویسنده: ژنرال دکتر محمود پناهیان تبریزی. عراق, شهر و ناشر نامشخص است, مرداد ۱۳۵۱ (۱۹۷۲ میلادی), صفحه ۲۶۷. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 377 ailədə 664 nəfəri kişilər və 576 nəfəri qadınlar olmaqla cəmi 1.240 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir ki, onlardan əsas nəsillər Fərəcli, Əkbərli, Əsgərli, Mirzəxanlı, Cavadlı, Minaxanlı, Çırağəli, Hacıabbaslı soylarıdır. Türkcə danışırlar və şiə müsəlmandırlar.

Şərhlər

İstinadlar

Xarici keçidlər Dostkənd kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində. Miqyas 1 sm–də 2 km (1: 200 000)

Kateqoriya:Fərahan şəhristanının yaşayış məntəqələri