İslam İnqilabı Keşikçiləri Korpusu və ya qısaca SEPAH () — İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu.
Tarixi İslam İnqilabı Keşikçiləri Korpusu İslam inqilabının ilk günlərində, 1979-cu ildə dini lider Ayətullah Xomeyni tərəfindən yaradılmışdır. İran Konstitusiyasına uyğun olaraq, daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və "azğınlığın" qarşısının alınması kimi vəzifələri həyata keçirir.Lalevee, Thierry (September 11, 1984). thumb|300px|İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi bayrağı
İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında ümumilikdə 125,000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur.
İnqilab keşikçiləri geniş iqtisadi fəaliyyətə malikdir və İran Milli Neft Şirkəti və İmam Rza Fondundan sonra ölkənin ən varlı təşkilatlarından biridir. Xalq arasında və xüsusilə İran diasporunda bu quruma mənsub şəxslər üçün farsca "keşikçi" mənasını verən "Pasdaran" ifadəsi işlədilir.
İdeologiyayönümlü hərbi qurum olan İnqilab keşikçiləri İran cəmiyyətinin, demək olar ki, bütün sahələrində geniş rol oynayır. Prezident Mahmud Əhmədinejadın dövründə onun sosial, siyasi, hərbi və iqtisadi təsiri daha da artmış, 2009-cu il prezident seçkiləri və sonrakı iğtişaşların yatırılması zamanı bu rol xüsusilə aydın şəkildə özünü göstərmişdir.
İnqilab keşikçilərinin media orqanı "Sepah News"dur.Picture imperfect 9 March 2013 The Economist
2019-cu ildə ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, 2022-ci ildə Kanada, 2025-ci ildə Paraqvay, Avstraliya, Ekvador və Argentina, 2026-cı ildə Avropa İttifaqı və Ukrayna tərəfindən terror təşkilatı kimi tanınmışdır.
Quruluşu
Bəsic
1979-cu ildə Ayətullah Xomeyninin əmri ilə yaradılmış paramilitar könüllü milis təşkilatıdır. Bu qurum birbaşa ali dini liderə tabedir. Hazırda rəsmi dini mərasimlərin təşkili, sosial xidmətlərin göstərilməsi, ictimai asayişin qorunması və müxalif toplaşmaların qarşısının alınması kimi fəaliyyətlər də daxil olmaqla daxili təhlükəsizlik qüvvələrinə dəstək verən struktur kimi fəaliyyət göstərir.
Qüds qüvvələri
Şah dövrünün müvafiq hərbi strukturlarının varisi kimi təqdim edilən elit Qüds Qüvvələrinin 2000– 000 nəfərlik şəxsi heyətdən ibarət olduğu ehtimal olunur. Bu qurum, əsasən, ölkə xaricində fəaliyyət göstərir.
Aerokosmik Qüvvələr
İnqilab Keşikçiləri Korpusu hava qüvvələridir və daha çox strateji raket qoşunu kimi tanınır. Gələcəkdə İran İslam Respublikasının Hava Qüvvələri ilə birləşdirilməsi ehtimal olunur.
Dəniz Qüvvələri
İnqilab Keşikçiləri Donanması 20 000 nəfərlik şəxsi heyətə və 1 500 döyüş gəmisinə malikdir.Abrahamian, Ervand, s. 175–176 İran İslam Respublikasının Donanmasından ayrı fəaliyyət göstərir."The Consequences of a Strike on Iran: The Iranian Revolutionary Guard Corps Navy" Global Bearings, 15 December 2011.
Baş komandanları SEPAH-ın ilk qeyri-rəsmi komandanı hesab olunur və onun erkən formalaşma mərhələsində müvəqqəti rəhbər kimi fəaliyyət göstərmişdir. isə vəzifəyə İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən təyin edildiyi üçün qurumun ilk rəsmi əməliyyat komandanı sayılır. № Şəkil Komandan Başlanğıc Son – 100px Cavad Mənsuri mart 1979 may 1979 – 100px Mustafa Çəmran yay 1979 yay 1979 – 100px Əkbər Haşimi Rəfsəncani avqust 1979 avqust 1979 – 100px Həsən Ləhuti oktyabr 1979 noyabr 1979 – 100px Polkovnik-leytenantFereydun Kian noyabr 1979 noyabr 1979 – 100px Əli Xamenei 24 noyabr 1979 24 fevral 1980 – 100px Abbas Düzdüzani 1980 1980 1 100px Abbas Ağazamani 2 iyun 1980 27 iyun 1980 2 100px Mürtəza Rezayi 22 iyul 1980 20 sentyabr 1981 3 100px General-mayorMöhsün Rezayi 20 sentyabr 1981 19 sentyabr 1997 4 100px General-mayorYəhya Rəhim Səfəvi 19 sentyabr 1997 10 sentyabr 2007 5 100px General-mayorMəhəmməd Əli Cəfəri 10 sentyabr 2007 21 aprel 2019 6 100px General-mayorHüseyn Səlami 21 aprel 2019 13 iyun 2025 – 100px Briqada generalıƏhməd Vahidi 13 iyun 2025 13 iyun 2025 7 100px General-mayorMəhəmməd Pakpur 13 iyun 2025 28 fevral 2026 8 100px Briqada generalıƏhməd Vahidi 1 mart 2026 Vəzifədədir
İstinadlar
Kateqoriya:İran Silahlı Qüvvələri Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu Kateqoriya:İranda terrorizm Kateqoriya:Antiimperializm Kateqoriya:Əksinqilabçılar Kateqoriya:İranda siyasət