Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotkaСихотэ-Алинский заповедник. Н. Г. Васильев, Е. Н. Матюшкин, Ю. В. Купцов. // Заповедники СССР. Заповедники Дальнего Востока СССР / Отв. ред.: В. Е. Соколов, Е. Е. Сыроечковский. — М.: Мысль, 1985. — 319с., ил. — С. 188. () — itlər fəsiləsinə aid yırtıcı növü.
Xarici görünüşü Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır. thumb|left Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur. Albinizm müşahidə edilir thumb|left|Nyctereutes procyonoides növünün ayaq izləri
Yayılması Onların təbii arealı Hind-Çin yarımadası, Çin, Yaponiya və Koreya yarımadasının meşə və daş meşə zonalarıdır. Rusiyada isə əsasən uzaq şərqdə Amur vilayəti ərazisində müşahidə edilir. 1927–1957 illər ərzində ovçuluq məqsədi ilə 10 min Yenotabənzər it SSRİ-nin 76 vilayətinə buraxılmışdır. Asiya hissədə onlar yaşaya bilmədilər ancaq SSRİ-nin Avropa hisdəsində asanlıqla yayıldılar. Hətta SSRİ sərhədlərini keçərək Finlandiya, Çexiya, Rumıniya, Polşa və Almaniya ərazisinə yayılmışlar. 2013-cü ildə İsveç hökuməti yenotabənzər itlərin sayının azaldılması istiqamətində tədbirlər görür.
Həyat tərzi və qidalanması Əsasən rütubətli meşə zolağında yaşayırlar. Yerləşim yerləri nadir hallarda yol kənarlarında və ya kəndlərin yaxınlığında olur. Onlar əsasən alayoranlıq və gecə həyatı sürürlər. Bəzi hallarda meşə daxilində yerləşən su tutarlarında və dəniz kənarı sularda görünürlər. Ov məqsədi ilə gün ərzində 7–10 kmyol qət edə bilirlər. Təhlükə zamanı itlər fəsiləsinə daxil olan canlılardan fərqli olaraq onlar dalaşmaq əvəzinə özlərini ölülüyə vururlar. Çox vaxt bu onları xilas edir.
Onlar istər ət istərsə ot yeyəndirlər. Yayda gəmiricilər, quşlar və onların yumurtaları, qurbağalar, böçəklərlə qidalanırlar. Payız ayları isə taxıl bitkiləri və giləmeyvələrlə qidalanırlar. Qışlamadan öncə çəkilərini iki kq artırırlar. Qış yuxusu dekabr-yanvardan fevral-marta qədər davam edir. Qış zamanı çəkiləri 25 % azalır.
Onların əsas düşmənləri canavarlar və vaşaqlardır. Onlarda quduz xəstəliyi geniş yayılmışdır.
Sosial quruluşu və çoxalması Çüt şəkildə yaşayırlar. Çütlüklər oktyabr-noyabr ayları formalaşır. Boğazlıq müddəti 60 gün davam edir. Əsasən 6–8 maksimum isə 14–16 bala verirlər. Balaların yetişdirilməsində hər iki valideyn iştirak edir.
Yetkinlik yaşına 8–10 ayında çatırlar. Ömürləri 3–4 il davam edir.
Yarımnövləri Nyctereutes procyonoides koreensis Nyctereutes procyonoides orestes Nyctereutes procyonoides ussuriensis Nyctereutes procyonoides viverrinus
İncəsənətdə Yenotabənzər itlər (Tanuki ) yapon mifologiyasının əsas persanajlarındandır.
İstinadlar
Mənbə Rusiyanın onurğalı heyvanları Kateqoriya:Yaponiya məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Xordalılar Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Asiya faunası Kateqoriya:Şərqi Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar