"Cessika Cons" ( və ya ) — 2015-ci ildə Netflix tərəfindən yaradılmış ABŞ veb teleserialı. Serial Marvel Comics tərəfindən yaradılmış Cessika Cons super qəhrəmanından bəhs edir. "Cessika Cons" Marvel Studios-un Marvel film kainatı proqramına daxildir, bu kainata daxil olan digər filmlərlə əlaqəlidir. Serial həmçinin Müdafiəçilər miniseriyasının ikinci teleserialıdır (digəri "Daredevil"dir). Serial Marvel Television, ABC Studios və Tall Girls Productions tərəfindən istehsal olunur. Serialın şouranneri Melissa Rozenberqdir.

Cessika Cons rolunda aktrisa Kristen Ritter çıxış edir. Cessika Cons super qəhrəmandır, lakin bu işi buraxıb detektivlik ilə məşğul olmağa başlayır. Serialın digər rollarında Mayk Kolter, Reyçel Teylor, Uil Traval, Erin Moriarti, Eka Darvill, Kerri-Enn Moss və Devid Tennant çıxış edir. Serialın ilkin versiyası 2010-cu ildə Melissa Rozenberq tərəfindən hazırlanmışdır. 2013-cü ildə Rozenberq layihə üzərində yenidən işləməyə başlamış və layihə "AKA Cessika Cons" adı ilə Netflix-ə daxil olmuşdur. 2014-cü ilin dekabrında Kristen Cessika rolu üçün seçilmişdir. 2015-ci ilin fevralından avqustun sonlarına qədər serialın çəkilişləri davam etmişdir.

Serialın bütün seriyaları 20 noyabr 2015-ci ildə Netflix-də yayımlanmışdır. "Cessika Cons" böyük bəyənmə qazanmışdır. Serilda bəyəni görən ünsurlar Kristen və Tennantın performansları, seksual yanaşma, zorakıçılıq və hücum mövzuları olmuşdur.

Hekayə Serialda Cessika Consun super qəhrəmanlığı buraxıb özəl detektiv olmasından, baş düşməni Bənövşəyi adamı dayandırmaq üçün göstərdiyi cəhdlərdən, Lyuk Keyc ilə macəralarından bəhs olunur.

Rollarda

Seriyalar {| class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:black" ! style="background: #461447;" | № ! style="background: #461447;"| Seriya adıİngiliscə adı ! style="background: #461447;"| Rejissor ! style="background: #461447;"| Ssenari müəllifi ! style="background: #461447;"| İlk efir tarixi

İstinadlar

Həmçinin bax

Kateqoriya:ABŞ teleserialları Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Neonuar teleserialları Kateqoriya:2015-ci ilin teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:LGBT-əlaqəli ABŞ teleserialları Kateqoriya:Pibodi mükafatı qazanan televiziya proqramları Kateqoriya:ABC Studios teleserialları Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar Kateqoriya:Nyu-York ştatında çəkilmiş teleseriallar Kateqoriya:Transgender-əlaqəli teleseriallar Kateqoriya:Netflixin televiziya dramları