Qalisiya Atlantik Adaları Milli Parkı (; ) — İspaniyanın muxtar birliklərindən biri olan Qalisiyada yerləşən yeganə milli park. Həmçinin Qalisiyanın ilk milli parkıdır. Qalisiya Atlantik adaları Siyas arxipelaqından, eləcə də, Ons, Salvora və Korteqada adalarından ibarətdir. Milli park sahəsinin 1.200 hektarı quru, 7.200 hektarı su ərazisidir. Qoruq ərazisi İspaniyanın ən çox ziyarət olunan 10-cu milli parkıdır. İspaniyada qurulmuş 13-cü milli parkdır.
Flora və fauna thumbnail|left|Siyas adalarının Ferro dağından görünüşü. Milli parkda dəniz və dəfnə meşəsi ekosistemləri mövcuddur. Burada 200-dən çox dəniz yosunu növü aşkarlanmışdır. Milli parkda xeyli balıqqulağı, mərcan və əsmə növü qeydə alınmışdır. Bundan başqa, Qalisiya Atlantik Adaları Milli Parkında qağayı, maxorka, qaqarka, kayra və delfin görmək mümkündür.
Tarixi Burada Dəmir dövrünə qədər uzanan insan fəaliyyəti izləri aşkarlanmışdır. Həmçinin Qədim Roma dövrünə aid olan keramikalar tapılmışdır. Orta əsrlərdə adalar dini məqsədlər üçün istifadə olunmuşdur, kilsə buraya sahiblik etmişdir. Zadəganlar adaların sahillərində qəfil hücumlar üçün bazalar qurmuşdular. XVIII əsrə qədər adalarda insanlar məskunlaşmışdılar, lakin quldur basqınlarına görə adalar tərk edilmişdir.
1980-ci ildə Siyas adaları təbiət parkı elan edilmişdir. Siyas adaları həmçinin quşlar üçün Xüsusi Qoruq Ərazisi idi. 13 iyun 2002-ci ildə Qalisiya Atlantik Adaları Milli Parkı qurulmuşdur, Amma 6 aydan sonra "Prestige" neft tankerinin qəzası nəticəsində milli parkın sahilləri neftə bulanmışdır. Təkcə Korteqada adası ziyan görməmişdir. Gələcəkdə milli park ərazisinə Loberiras və Sisarqas adalarının daxil edilməsi planlaşdırılır.
Qalereya
Xarici keçidlər İspaniya Ətraf Mühit Nazirliyinin saytında
Kateqoriya:İspaniya milli parkları Kateqoriya:Qalisiyanın qorunan təbiət əraziləri Kateqoriya:2002-ci ildə yaradılmış qoruq əraziləri