Məkkə şərifliyi () və yaxud Hicaz şərifliyiRandall Baker (1979). King Husain and the Kingdom of Hejaz. The Oleander Press. p. 2. — 968-ci ildən 1813-cü ilə qədər Ərəbistan yarımadasında mövcud olmuş dövlət. 1517-ci ildən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil olmuş, ancaq müstəqilliyini tam itirməmişdi. Osmanlı imperiyasının tərkibində olan Osmanlı Ərəbistanı torpaqlarında öz muxtariyyətlərini qoruyub saxlamışdılar. Məkkə şərifliyi bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi Həsən bin Əlinin nəsliGerhard Böwering; Patricia Crone; Mahan Mirza (2011). The Princeton Encyclopedia of Islamic Political Thought. Princeton University Press. p. 190. tərəfindən idarə edilirdi.
Tarixi 1517-ci ildə bölgə Osmanlılar tərəfindən işğal edilir. Ancaq, Osmanlılar şəriflərin hakimiyyətinə toxunmadılar. Osmanlı İmperiyasının zəifləməsi ilə Hicaz, Nəcd və Ərəbistanın digər bölgələrində Vəhhabilər müstəqilləşməyə meyil göstərdilər. Misir hakimi Qavalalı Mehmed Ali Paşanın oğlu Əhməd Tosun Paşa 1813-cü ildə Hicaza təşkil etdiyi hücumda vəhhabiləri məğlub edir və bölgəni Osmanlılar adına idarə edir. 1845-ci ildə Osmanlı hökuməti Hicaz şərifliyini ləğv etdirir. Yerinə Hicaz vilayəti təşkil edilir. 1916-cı ildə Hüseyn bin Əlinin başçılığında ərəblərin üsyanı nəticəsində bölgə müstəqillik qazandı və Hicaz krallığı yaradılırFrancis E. Peters (1994). Mecca: A Literary History of the Muslim Holy Land. Princeton University Press. p. 397.
Məkkə şərifləri 1517–1566 -Şərif Əli 1566–1601 — Şərif Qalib 1797–1803 — Qavalalı Mehmed Ali Paşa 1908–1916 — şərif Hüseyin ibn Əli
Həmçinin bax Osmanlı Ərəbistanı Hicaz vilayəti Hicaz krallığı
Qeydlər
İstinadlar
Kateqoriya:1813-cü ildə ləğv olunanlar Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:1517-ci ildə yarananlar Kateqoriya:Hicaz tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Məkkə