Fərrux Kərim oğlu Zakirov (; ) — özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru. Yalla qrupunun qurucusu. Özbəkistanın Dövlət mükafatı laureatı. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri. Azərbaycan (2024) Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının xalq artisti..

Həyatı Fərrux Zakirov, 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir. Onun atası Özbəkistan SSR xalq artisti (1939), Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olmuşdur. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olmuşdur. Onlar, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar. Evlənən cütlüyün 5 oğlu və 1 qızı dünyaya gəlir: Batır, Luiza, Naufal, Cəmşid, Fərrux və Rövşən. Uşaqlar, Özbəkistanda sayılıb-seçilən incəsənət xadimlərinin əhatəsində böyüyürlər. Belə bir mühitdə böyüyən uşaqların mədəniyyət və incəsənətə maraqları artır. Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişir.

Ailəsi Ata — Kərim Zakirov (1912–1977), opera müğənnisi (bariton), Özbəkistanın xalq artisti. Qardaş — Batır Zakirov (1936–1985), özbək və sovet müğənnisi, yazıçı, şair, rəssam və aktyor. Respublikada estrada musiqisinin banisi. Özbəkistanın xalq artisti. Qardaş — Cəmşid Zakirov (1949–2012), özbək və sovet teatr və kino aktyoru, teleaparıcı, Özbəkistanın əməkdar artisti. Bacı — Luiza Zakirova, müğənni. Bacısı qızı — Nərgiz Zakirova, Luiza Zakirovanın qızı, müğənni.

Təltifləri

22 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Xalq artisti" fəxri adı ilə təltif edilib.

Filmoqrafiya Filimləriİl:uz:Toʻylar muborak (film)1978:ru:Какие наши годы! (фильм)1980Tangalik bolalar1989Alpamış1999Taqdir2003Munis onam2003Майсара ты супер звезда

Maraqlı faktlar Fərrux Zakirov, 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.

İstinadlar

Xarici keçidlər

Фарух Закиров: "Ялла" — это состояние души" (интервью) Волшебная лампа ЯЛЛАдина (интервью) Интервью газете "Труд", № 179 от 05.10.2002

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Daşkənddə doğulanlar Kateqoriya:SSRİ musiqiçiləri Kateqoriya:Özbəkistan musiqiçiləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Özbəkistan müğənniləri Kateqoriya:Özbəkistan SSR xalq artistləri Kateqoriya:Baritonlar Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Tenorlar Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Başqırdıstanın xalq artistləri