Birləşmiş Ərəb Əmirlikləri Universiteti () — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əl-Ayn şəhərində, Büreym vahəsində yerləşən dövlət ali təhsil müəssisəsi. Bu ali təhsil müəssisəsi ölkənin ən aparıcı tədris və tədqiqat müəssisəsi hesab olunur.Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. Ölkəsinin Zayed Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir.

Tarixi Ölkənin təhsil sistemində mühüm rola malik olan Birləşmiş Ərəb Əmirlikləri Universitetinin əsası 1976-cı ildə qoyulmuşdur.

Fəaliyyəti Birləşmiş Ərəb Əmirlikləri Universiteti 9 kollecdən ibarətdir: Biznes və İqtisadiyyat Kolleci; Təhsil Kolleci; Mühəndislik Kolleci; Qida və Kənd Təsərrüfatı Kolleci; Humanitar və Sosial Elmlər Kolleci; İnformasiya Texnologiyaları Kolleci; Hüquq Kolleci; Tibb və Sağlamlıq Elmləri Kolleci; Elm Kolleci.

Universitetdə 70 proqram üzrə bakalavr təhsili verilir.

Təhsil müəssisəsinin pedaqoji heyətinin tərkibinə 700 nəfərdən çox işçi daxildir.

Universitetin akademik proqramları işəgötürənlərlə əməkdaşlıq sahəsində xeyli inkişaf etmişdir. Belə ki, bu ali məktəbin məzunlarına ölkədə yüksək tələbat vardır.About UAEU . uaeu.ac.ae

Qadınlar üçün xüsusi bölmə Ölkənin digər ali məktəblərindən fərqli olaraq burada qadınlar üçün xüsusi bölmə fəaliyyət göstərir.Soltanova H.B., Məmmədov C.A.«Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, səh. 58 Bu bölmədə də bütün fakültələr təmsil olunmuşdur. Mühazirələri eyni professor-müəllim heyəti aparır, qızlar onlar üçün ayrılmış xüsusi günlərdə eyni laboratoriyalardan və kitabxanalardan istifadə edirlər. Bu bölmənin tələbələri idman klublarına getmir. Bunun əvəzində isə onlar qadına ailə həyatında lazım ola biləcək peşələrə yiyələnirlər. Universitetdə demək olar ki, körfəzin ölkələrinin hamısından gələn qızlar oxuyur.Soltanova H.B., Məmmədov C.A.«Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, səh. 59

Kitabxanası Universitetin zəngin və müasir kitabxana fondu var. Onun kitabxana şəbəkəsinə Əsas Kitabxana və Milli Tibbi Kitabxana daxildir.UAEU Libraries . uaeu.ac.ae

Reytinqi 2011-2012-ci tədris ilinin yekununa əsasən Birləşmiş Ərəb Əmirlikləri Universiteti QS World University RankingsDünyanın 50 gənc universitetinin reytinqi . muallim.edu.az, 26.04.2013 tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 48-ci pillədə olmuşdur.Dünyanın 50 gənc universitetinin reytinq cədvəli. muallim.edu.az

Tanınmış məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Mənsur bin Zayed əl-Nəhyan, Baş nazir müavini və Birləşmiş Ərəb Əmirlikləri prezidentinin işlər naziri; Saif bin Zayed əl-Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin daxili işlər naziri; Abdullah bin Zayed əl-Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin xarici daxili işlər naziri; Hamdan bin Mübarak əl-Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil daxili işlər naziri.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:BƏƏ universitetləri Kateqoriya:1976-cı ildə yarananlar