Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır.
Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir. Tarixi left|180px|thumb|Şimal Toroağı Arxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılırПо праву истории // Московский журнал, 2001.. Bu adı verilməsində müxtəlif fikirlər vardırОстрова раздора .Tayvay — İmorator II Nikolay Torpağı .. İl əvvəl elə düşünülürdü ki, arxipelaq bir adadan ibarətdir.
11 yanvar 1926-ci ildə SSRİ hökuməti tərəfindən verilən №186 sənədə əsasən adalar "İmorator II Nikolay Torpağı" adı "Şimal Torpağı" olaraq dəyişdirilir. Arxipelaqa daxil olan Malıy Taymır və Starodomski adaları adlandırılır. Sonradan 1931—1933 illərdə aparılan son ekspedisiya zamanı arxipelaqa daxil olan adalar sovet adları ilə adlandırılır: Piover, Komsomoleç, Bolşevik, Oktyabr İnqilabı, Şmitd. 1 dekabr 2006-ci ildə Taymır muxtar diyarının mərkəzi orqanı tərəfindən Şimal Torpağı arxipelaqının əvvəlki adların bərpası haqqında qərar qəbul edilir. Şimal Torpağı-İmorator II Nikolay Torpağı, Malıy Taymır-Aliksey Sesareviç, Oktyabr İnqilabı Müqəddəs Aleksandr, Bolşevik adası-Müqəddəs Olqa, Komsomoles adası-Müqəddəs Marii, Pioner adası -Müqəddəs Tatyana və Domaşnıy adası-Müqəddəs-Anastasiya.
Bir müddət sonra Krasnoyarsk diyarı ilə Taymır muxtar dairəsinin birləşməsindən sonra diyarın qanunverici orqanı bu layihəni qəbul etmədilər. Yerləşməsi Şimal Topağı Şimal Buzlu okeanın mərkəzində yerləşir. Qərvfən onun sahillərini Kara dənizi, şərqdən isə Laptevlər dənizi yuyur. Arxipelaq materikdən Vilkiç boğazı vastəsi ilə ayrılır. Boğazın uzunluğu 130 km təşkil edir.
Relyefi 47 % (17,5 min km²) ərasisi buzla örtülüdür. 14 % ərazidə xüsus ilə sahil xətti buzlaqlarla əhatələnib. Bu buzlaqların hündürlüyü 30 metri keçirKapustin-Arctica Antarctica philatelia.. Bütün arxioekaqda cəmi 20 iri buzlaq vardır. Arxipelaqın ən hündür nöqtəsi Oktyabr İnqilabı adasında 965 m, Bolşevik adasında 935 m, Komsomoles adasında 781 m, Pioner adasında 382 m vı Şmidt adasında 315 m təşkil edir. Aysberqləri elə də böyük olmasa da 1953-ci ildə uzunluğu 12 km, eni 4 km aysberq aşkarlanmışdır.
Arxipelaqda geniş göl və çay şəbəkəsi vardır. Burada doqquz çayın uzunluğu 20 km keçir. Ozernaya 64 km, Uşakov isə 58 km uzunluğuna malikdir (Komsomoles). Bolşevik adasında isə Tora çayı 50 km, Skalistıy çayı 45 km təşkil edir. Çaylatın fərinliyi 1 metr olur. Sentyabrdan iyul ayına qədər çaylar buzla örtülü olur.
Göllərinin çoxu 3 km² ərazidən böyük olmur. Bolşevik adasında isə Spartakov gölü 60 km²-dir. İqlimi İqlimi arktikdir. Ota illik temoeraturu −14 °CŞimal Torpağı. II .. Ən aşağı temperatur −47 °S təşkil etmişdir. Güclü küləklərin güçü 40 m/s olmuşdurКуропатка полярная — сайт о жизни на арх-ге Северная Земля.. Yayda teperaturu +6,2 °S, orta temperatur yanvarda −28 dən −30 °S, iyulda isə 0 dən 2 °SŞimal Torpağı .. İl ərzində 200–500 mm yağıntı düşür. 15 dərinlikdə çox illiik qrunt buzlağı yerləşir.
Flora və faunası İlin böyük qismi buzla örtülü olan adalarda bitki örtüyü zəif inkişaf etmişdir. Bolşevik adasında ərazinin cəmi 10 % tundradır. Burada nadir hallarda Mamırlar və Şibyələr, Çiçəkli bitkilər — Tülküquyruq, Oreomecon radicata, Daşdələn, Yastıqotu
Heyvanlar aləmi baxımından nisbətən zəngindir. Quşlardan qütb bayquşu, çovdarçıkimilər, adi şimal sərçəsi, ağ qağayıВолков А. Е., Придатко В. И. Материалы по биологии белой чайки (Pagophila eburnea) на Архипелаге Северная Земля / Арктические тундры Таймыра и островов Карского моря. — М.: РАН/ИПЭЭ, 1994. — Т. 1. — С. 207—222., çəhrayı qağayı, moryanka və susüpürənlər, qaqa, qaqar ağ kəklik, gümüşü qağayı və şanaquyruq qağayı rast gəlinir. Məməlilərdən ağ ayı, şimal maralı, tülkü, canavar, lemminq və başqaları yaşayır. Sahillərində halqaşəkilli suiti, Qrenlandiya suitisi, ağ balina, morj, Laptev morju (Odobenus rosmarus laptevi)) və adi saqqallı suiti.
İri adaları Bolşevik adası Komsomoles adası Krupskoy adası Oktyabr İnqilabı adası Starokadomski adası Şmidt adası Pioner adası Malıy Taymır Naydyonış adası
İstinadlar
Ədəbiyyat Саватюгин Л.М., Дорожкина М.В. Архипелаг Северная Земля: История, имена и названия. — СПб.: Наука, 2010. — ISBN 978-5-02-025389-6
Mənbə Şimal Torpağı Сайт о жизни на Северной Земле 1993г.
Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Şimal Torpağı Kateqoriya:Laptevlər dənizinin yaşayış olmayan adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq