Yaponiya imperiyası ( Day Nippon Teykoku, Böyük Yapon İmperiyası) - 3 yanvar 1868-ci ildən 3 may 1947-ci ilə qədər mövcud olmuş dövlət. Hüquqi olaraq bu termini Yaponiyaya 29 noyabr 1890-cı ildən 3 may 1947-ci ilə kimi olan dövrdə tətbiq etmək olar.
Tarixi Siyasi olaraq Yaponiya imperiyasının başlanğıcını 9 noyabr 1867-ci ildə imperator hakimiyyətinin qayıtmasını göstərmək olar. Bu hakimiyyət 2 sentyabr 1945-ci il kapitulyasiyasına kimi davam edib. Bu dövrdə Yaponiya konstitusiyası hakimiyyətin hökumət və dövlət başçısı olan imperatora qaytarılmasını bəyan edirdi. Faktiki olaraq imperiya 1871-ci ildən müharibəsonrası konstitusiyanın qəbul edildiyi 1947-ci ilə kimi davam etdi. Yaponiya imperiyasının tarixini üç yerə bölmək olar: Meyci dövrü (1867-1912), Taysö dövrü (1912-1926) və Söva dövründə (1921-1989) Xiroxito hakimiyyətinin ilk 21 ili.
Həmçinin bax Yaponiya Yaponiya İmperator Ordusu İkinci Dünya müharibəsi Sakit okean cəbhəsi Yaponiya tarixi
İstinadlar
Xarici keçidlər
Ensiklopediya Yaponiya İmperiyası haqqında məlumat
Kateqoriya:Yaponiyanın tarixi dövlətləri Kateqoriya:1868-ci ildə yarananlar Kateqoriya:1947-ci ildə ləğv olunanlar Kateqoriya:Hərbi diktaturalar
Kateqoriya:Asiyanın keçmiş imperiyaları Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Müstəmləkə imperiyaları Kateqoriya:1905-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Birpartiyalı sistem