Valeh Məhərrəmli (Mirzəqərənfil) () — şair, tərçüməci və jurnalist, "Səs" qəzetinin baş redaktor müavini. 2011-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Həyatı Valeh Cəbrayıl oğlu Məhərrəmli 15 fevral 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. O, 1991-ci ildə "Səs" qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub.

Valeh Məhərrəmli 2 aprel 2025-ci ildə vəfat edib.

Tərcümələri Raymond Moudin-"Ölümdən sonrakı həyat" Mişel Nostradamusu-"Peyğəmbərlik"(kitab) Alan Kardekin-"Ruhlar kitabı","Ölülərin Tibet kitabı","Bardo Tyodol" "Emanuel Svendenborqu-"Cənnət, ruhlar aləmi və cəhənnəm", yəhudilərin mistik kitabı olan "Kabbala","Betti Şaynın iki hissəli "Mənim medium həyatım" Papyus-"Ağ və qara magiya", M. A. Orlov-"İnsanın ruhunu şeytana satması haqqında rəvayətlər" "Uçan boşqablar"a, meditasiyaya, mistikaya, təbii və qeyri-təbii möcüzələrə aid onlarla kitabın qəzet variantında tərcüməsini dərc etdirmişdir.

Şeirləri "Kimə qalacaq", "Gecələr yuxuda kəndə gedirəm", "Ayıq yuxum", "Qocalar evinə ana atmayın", "Manqurtlar", "Əhval-ruhiyyə", "Sınama məni", "Uşaqlıq xatirələri", "Həyatımdan sətirlər", "Söz xəzinəm" və s.

Mükafatları Azərbaycan Respublikasının Əməkdar jurnalisti"Səs" qəzetinin əməkdaşlarına "Əməkdar Jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Tərəqqi" medalıAzərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Əmək veteranı" medalı —

İstinadlar