Buru () — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir.
Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
İnzibati cəhətdən ada Moluku vilayətinə daxildir. Vilayət də öz növbəsində iki dairəyə ayrılır – Buru və Cənubi Buru. Buru dairəsi 2008-ci ildə təşkil edilmişdir. Buna baxmayaraq onun inzibati strukturu 2011-ci ildə hələ təşkil edilməmişdir. İnzibati mərkəzləri müvafiq olaraq Namlea (Buru) və Namrole (Cənubi Buru) şəhərləridir. Bu şəhərlər həmçinin adanın ən iri yaşayış məntəqələridir.
Ada bir çox xüsusiyyətləri baxımından zənginlikləri ilə seçilir. Bioloji növlərin çoxu endemik canlılardır. Ərazisinin bir hissəsini qoruqlar və yasaqlıqlar təşkil edir.
1960-cı illərin ortalarından 1970-ci illərin sonlarına qədər siyasi məhbusların saxlanıldığı düşərgə olmuşdur. Əsasən Suxartonun rəqibləri burada saxlanılmışdır. Buru məhbusları arasında, həbsdə ikən əsərlərinin böyük bir hissəsini yazan indoneziyalı yazıçı Pramudya Ananta Tur da vardı.
Fiziki-coğrafi xüsusiyyətləri
Coğrafi yerləşməsi thumb|left|270px|Coğrafi yerləşməsi Ada Sakit okeana daxil olan Seram dənizi () ilə şimaldan, Banda dənizi () ilə isə cənubdan və qərbdən əhatələnir. Şərqdən Manipa boğazı vasitəsilə () Seram (), Ambon () və bir necə kiçik adalardan ayrılır. Sahəsi 9505 km² təşkil edən ada, bu göstərici ilə Molukk adaları () arasında Halmahera () və Seramdan sonra üçüncüdür.
Şərqdən qərbə doğru uzanmış quruluşu dairəvi düz formaya çox yaxındır. Şərqdən qərbə maksimal uzunluğu 130 km, şimaldan cənuba isə 90 km təşkil edir. Sahilləri elə də girintili-çıxıntılı deyildir. Sahilində yerləşən yeganə körfəz Kaelidir ki, o da adanın şimal-şərqində yerləşir.
thumb|right|270px|Kaeli körfəzi adanın şimal-şərqində yerləşir. Buru adasının sahillərinə yaxın çoxlu sayda kiçik adalar vardır. Yaxınlıqda yerləşən və yaşayışı olan ada Ambelaudur (). Onun sahəsi 306 km² təşkil edir. Buru adasından 20 kilometr cənub-şərqdə yerləşir. Bununla yanaşı burada Foqni (yaşayışı olmayan adalar arasında ən irisi) (), Oki () və Tomaxu () adaları da vardır.
Relyefi, faydalı qazıntıları Relyefi əsasən dağlıqdır. Xüsusi ilə mərkəzi və qərb hissələri bu baxımından seçilir. Adanın ən hündür nöqtəsi 2736 metrАтлас мира. — М.: Федеральная служба геодезии и картографии России, 2003. — С. 143. olan Kapalamadan () dağıdır (adının müxtəlif variantları: "Kepala Madam", ; "Kepalat Mada", ; "Qheqan", ). Düzənliklər əsasən ensiz zolaq şəkildə sahil boyunca uzanır. Üstəlik Aro çayı sahili boyunca geniş ovalıq əmələ gətirir (Aro ovalığı). Çay Kaeli körfəzinə tökülür.
Geoloji quruluşu baxımından çöküntü daşları və metamorfik dag suxurlarından ibarətdir. Əsasən kaynozoy suxurları üstünlük təşkil etsə də bir hissəsi neogen dövrünə aiddir. Adanın şimal hissələrində metaforik suxurlar üstünlük təşkil edirБольшая советская энциклопедия. — М., 1969–1978. — Т. 4. — С. 138.. Ən əsası şist və feldspatdanm ibarət olan qumdaşından ibarətdir.
Ərazisinin müxtəlif yerlərində müxtəlif növ suxurlara rast gəlinir. Xüsusi ilə Allyuvial çöküntülər üstünlük təşkil edir.
Buru seysmik baxımdan aktiv zonada yerləşir. Ada və onun şelf zolağında davamlı olaraq yeraltı təkanlar baş verir. Xüsusi ilə 2006-cı ilin fevral ayının 14-də adanın şərqində maqnitudası rixter şkalası üzrə 6,4 bal gücündə zəlzələ baş vermişdir. Ardından baş vermiş güclü sunami nəticəsində 6 yaşayış məntəqəsi ciddi zərər görmüşdür. Xüsusilə adanın şərq qutaracağında yerləşən Pale kəndi () daha çox zərər çəkmişdir. Nəticədə üç nəfər ölmüş və 166 ev zərər görmüşdür.
Buru faydalı qazıntılar baxımından elə də zəngin deyildir. Əsas faydalı qazıntısı isə əhəng daşıdır. Buna baxmayaraq 2009-cu ildə aparılan araşdırmalar nəticəsində adanın şelf zolağında zəngin neft və təbii qaz ehtiyatları aşkarlanmışdır.
Su ehtiyatları thumb|left| Namlea yaxınlığında yerləşən Kaeli körfəzi. 1949)-cu il. Adanın ən iri çayları – Apo ( (uzunluğu 80 km), Geren (), Nibe (). Onların su rejimi yağıntılar mövsümündən asılı olaraq dəyişir. Yağıntıların maksimal olduğu dövrü çaylarda gursululuğun artması ilə üst-üstə düşür. Qeyd etmək lazımdır ki, İndoneziya və qərbdə mənbələrində Buru çaylarının adları yerli dillərdə işlədilən "çay" – "vae" () sözünün transliterasiyası nəticəsində fərqli formada deyilir. Buna misal olaraq Apo "Vaeapo" (), Qeren "Vaeqeren" () və s. göstərmək olar.
Adanın mərkəzində 767 metr hündürlükdə şirinsulu Rana () gölü vardır. Bu göl Maluku vilayətinin ən iri gölüdür və sahəsi 11,5 kvadrat kilometrdir.
İqlimi Ekvatorial-musson iqlimə malikdir. Molukk adalarına xas olan rütubətli iqlim hakimdir. Yağışlar mövsümü oktyabrdan aprel"Karakteristik Wilayah" (in Indonesian). Official site of Buru Regency. 27 yanvar 2010. aylarına qədər davam edir. Ən çox yağıntı bir qayda olaraq dekabr–fevral ayları düşür.
Adanın elə də iri olmasına baxmayaraq dağlara qalxdıqca iqlim tipləri bir-birini əvəz edir. Belə ki, dağlara doğru hava nisbətən rütubətli və sərin olur. Düzənliklərdə isə bunun əksini görmək olar. Əgər dağlarda temperatur 26 °CGreat Soviet Encyclopedia 4. Moscow. 1969–1978. p. 138.-dirsə düzənliklərdə bu nisbətən yüksək olur. Ərazidən asılı olaraq yağıntının miqdarında fərqlər vardır:
Şimal rayonları — 1400–1800 mm; Mərkəz rayonları — 1800–2000 mm; Cənub rayonları — 2000–2500 mm; Dağlıq rayonlar (Hündürlüyü 500 metrə catan ərazilərdə) — 3000–4000 mm.
Canlılar aləmi
Fauna thumb|right|270px|Buru raketquyruq tutuquşu Adanın flora və faunası Avstraliya və Asiya biocoğrafi zolağında yerləşir. Bu baxımdan bir çox cəhətdən unikaldır və fəal beynəlxalq tədqiqat mövzusuna çevrilir. Yerli tropik meşələrin ekosistemi xüsusilə özünəməxsusluğu ilə seçilir. Burada yayılmış heyvan və bitkilərin böyük əksəriyyəti endemik olması ilə fərqlənir.
Ada yaşayan 25 növ məməlidən 4 ya Buru adasında və ya adanın yaxınlığında yerləşən kiçik adalarda müşahidə edilir – babirusanın yerli yarımnövü () və iriqanadlar üç növü ().
Adada 178 növ quş müşahidə edilir ki, bunlarında 10-u endemikdir – Buru raketquyruq tutuquşu (), İridimdik qarasifət tutuquşu (), Mavisifət bəzənmiş lori (), qəhvəyi liximer (), ada qırxpudlu tırtılyeyən () zolaqlısinə cəngəllikmilçəkovlayanı (), kürənsinə ağgöz (), sarı buru ağgözü (), və .
Flora Ada ərazisinin 60%-i rütubətli tropik meşələrlə, 20%-i isə kol bitkiləri ilə örtülüdür. Adanın şimalı isə iri ağac və kol massivlərindən məhrumdur. Bu ərazilər əsasən kənd təsərrüfatı məqsədilə istifadə edilir. Meşələrin qırılması hələ XX əsrin əvvəllərində Niderland müstəmləkə idarəçilərinin sifarişi ilə qarğıdalı və digər bitkilərin əkin sahələrini artırmaq üçün həyata keçirilmişdi, ancaq meşələrin qırılması 1960–1970-ci illərdə daha geniş miqyas alır. thumb|left|270px|Buru adasında əkin sahəsi. XX əsrin əvvəlləri. Ada ərazisində yerləşən bitki örtüyünün böyük hissəsini təbii masivvlər tutur. İnsan tərəfindən əkilən ağaclar isə ümumi meşələrin cəmi 0,5%-i təşkil edir. Ərazidə yayılmış bitkilərin böyük qismi Dipterocarpaceae sinfinə daxildir – Anisoptera thurifera, Hopea gregaria, Hopea iriana, Hopea novoguineensis, Shorea assamica, Shorea montigena, Shorea selanica, Vatica rassak. Adanın şimalında qorunmuş qarışıq meşələrdə Shorea cinsinə aid bitkilər, yüksək dağlıq ərazilərdə isə Dacrydium novo-guineense yayılmışdır. Manqrov meşələri əsasən çay mənsəbində müşahidə olunur. Bu isə ada ərazisinin cəmi 1%-i təşkil edir.
Ətraf mühit fəaliyyəti Buru təbiətini qorumaq məqsədilə sistematik tədbirlər, İndoneziya hökuməti tərəfindən 1980-ci illərdən bəri həyata keçirilir. 1985-ci ildə adada iki qoruq təşkil edilmişdir: Masbait () və Masarate (). Masbait adanın şərqində yerləşir. Sahəsi 5.875 hektardır (1999-cu ilə qədər – 6.250 hektar). Masarate isə adanın cənub-şərqində və 1.598 hektar əraziyə sahibdir. Ətraf mühitin mühafizəsi üzrə müvafiq proqramların həyata keçirilməsi, logistik problemlərdən dolayı çox çətindir. Belə ki, 2010-cu ilin ortalarına görə Masaret qoruğunun sərhədlərinin demorkasiyası baş tutmamışdır. Bu səbəbdən bioloji növlər hərtərəfli qeydiyata alınması həyata keçirilməmişdır.
Bununla yanaşı Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi həmçinin iki qoruğun təşkilini də məsləhət görmüşdür – adanın mərkəzi və qərb hissələrində 1.380 kvadrat kilometr (Kapalamadan dağı və ətraf əraziləri) və şərq hissəsində 50 kvadrat kilometrlik ərazi (Apo çayının mənsəbi). 2010-cu ilin əvvəlinə olan məlumata əsasən bu ərazilərdə yasaqlıqlar təşkil edilmişdir. Burada ancaq ayrıca bitki növləri mühafizə olunur.
Tarix
Müstəmləkəçiliyə qədərki dövr thumb|270px|Mixək — Buru tarixində əhəmiyyətli rol oynayan ədviyyat thumb|270px|Mixək ağacı Buru haqqında ilk məlumatlar 1365-ci ilə Macapahit imperiyasına () aid olan Naqarakertaqamalarda () verilirШауб А. К. "Нагаракертагама" как источник по истории раннего Маджапахита (1293–1365). — М., 1992. — С. 24, 38.. Ada "Xutan Kadali" () adı ilə Macapahitə tabe olmasını bildirən mahnıların bəndində qeyd olunur.
XVI–XVII əsrlərdə Ternate sultanlığının təsir dairəsində olsa da, vassallıq simbolik xartakter daşıyırdı. Həmin dövrdə adalıların portuqaliyalı müstəmləkəçilərə tabe olmağına dair bir sıra məlumatlar vardır. Eyni zamanda Buru adasına tez-tez portuqaliyalılara aid ticarət gəmiləri ilə bahəm hərbi gəmiləri də yan alırdı. Üstəlik Buru adasına və onun yaxınlarında yerləşən digər Maluku adalarında təkcə portuqallar deyil, digərləri də təsir göstərirdilər. Makasarlar adada güclü istehkan təşkil etmiş və əhalini ədviyyat becərməyə məcbur edirdilər (ən əsası mixək).
Müstəmləkə dövrü Malay arxipelaqının şərqindəki ədviyyatların istehsalında və ticarətində Niderlanda rəqib olan Makasarların fəaliyyətindən narahat olan Niderland Ost-Hind Şirkəti 1648-ci ildə Buruya hərbi ekspedisiya göndərir. Hollandiyalılar Makasarları adadan qovur, istehkamlarını dağıdır və eyni zamanda üç mindən çox mixək ağacını məhv edirlər. Müstəmləkəçilərin bu addımı adada möhkəmlənmək imkanları olmadığından atmışdılar. Çünki düşünürdülər ki, onların gedişindən sonra Makasarlar yenidən adaya qayıdıb istehsalı bərpa edəcəklər.
Sonrakı illərdə hollandlar adaya bir neçə ekspedisiyanın göndərir. Bu ekspedisiyanın nəticəsində NOHŞ-in ehtiyacları yerinə yetirməkdən imtina edən bütün əsas sahilyanı kəndlərin ağsaqqallarını tutulur. 1658-ci ilin oktyabr ayında əsir ağsaqqallarla adada yaşanan sosial-iqtisadi vəziyyətin xüsusiyyətlərini müəyyən edən uzun müddətli müqavilə imzalanmışdır. Yerli liderlər öz kəndlilərinin əksəriyyətini istehkamlarla əhatə olunmuş, Kaeli körfəzinin cənub sahilindəki kiçik bir əraziyə köçürməyə vəd verirlər. Onlar əvvəlcə hollandlar üçün hərbi istehkamların inşasında iştirak edirlər. Sonradan isə mixək ağaclarının əkilməsinə cəlb olunurlar. Əvəzində ağsaqqallar azadlığa qovuşur, ənənəvi imtiyazların qorunmasına təminat alırdılar. Anlaşmaya əsasən hollandlar immiqrantlar arasında missionerlik işini həyata keçirməkdən imtina etdiyini təsdiqlədilər. Şimali Moluklardan bölgəyə gətirilən islam dinin təbliğinə isə icazə verilir. thumb|left|270px|Kaeli ərazisində hollandlara aid qalanın qalıqları