Üsamə () — 2003-cü ildə çıxan Əfqanıstan filmi.

İstehsalı

Siddiq Barmak Pakistanın Pişəvər şəhərində olduğu zaman qəzetdə oxuduğu əhvəlatdan təsirlənmişdi. Qəzetdə yazıldığına görə, bir qız məktəbə getmək üçün oğlan kimi geyinirdi və bu Taliban tərəfindən aşkar edilmişdi. Barmak buna Taliban dövründə Əfqanıstanda yaşayanlardan eşitdiyi əhvəlatlarından elementlər əlavə edərək, filmin ssenarisini yazmışdı.

Film Kabildə 2002-ci ilin iyunundan 2003-cü ilin martınadək 46 min dollar büdcə ilə çəkilib. Bütün rolları rejissorun Kabil küçələrindən seçdiyi qeyri-peşəkarlar ifa edib. Filmdəki dialoqların çoxu onların impovizasiyalarıdır.

Həmçinin bax

Baça poş

İstinadlar

Kateqoriya:2003-cü ilin filmləri Kateqoriya:Əfqanıstan haqqında filmlər Kateqoriya:Farsca filmlər Kateqoriya:Taliban haqqında əsərlər Kateqoriya:2003-cü ilin Yaponiya filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:Yaponiyanın dram filmləri Kateqoriya:Din haqqında filmlər Kateqoriya:2003-cü ilin İrlandiya filmləri