— Yaponiyanın ən böyük nəşriyyatı. Nəşriyyatın nəşr etdirdiyi məhsullara "Nakayoshi", "Afternoon", "Evening" və "Weekly Shonen Magazine" kimi manqa jurnalları, "Gunzo", və "Shūkan Gendai" kimi ədəbi jurnallar və yapon lüğəti "Nihongo Daijiten" aiddir. Nəşriyyatın baş qərargahı Tokio şəhərinin Bunkö xüsusi rayonunda yerləşir."Company Overview ." Kodansha. Retrieved on April 5, 2011. "Address: 12–21, Otowa 2-chome, Bunkyo-ku, Tokyo 112–8001, Japan" Yarandığı gündən bu günə qədər şirkəti Noma ailəsi idarə edir.

Tarixi Kodansha 1909-cu ilin dekabrında Seidzi Noma tərəfindən Dai-Nippon Yūbenkainin (Böyük Yaponiya Natiqlik Cəmiyyəti) spin-offu kimi qurulmuşdur. Nəşriyyatın ilk nəşr etdirdiyi jurnal "Yuben" adlanırdı. Kodansha adı (nəşriyyatın hazırda nəşr etmədiyi "Koda Club" jurnalından götürülüb) ilk dəfə Dai-Nippon Yubenkai ilə birləşdiyi 1911-ci ildə istifadə olunmuşdur. Nəşriyyat bu adı rəsmi olaraq 1958-ci ildə seçmişdir. Nəşriyyat şüarından istifadə edir.

Kodansha Otawa Group-a sahibdir. King Records səsyazma studiyası və "Nikkan Gendai" bulvar qəzetini nəşr edən Kabunsya nəşriyyatı da Kodanshanın tərkib hissəsidir. Kodansha həmçinin The Walt Disney Company ilə yaxın münasibətlərə malikdir, Tokio disneylendinin rəsmi sponsorudur.

Kodansha Yaponiyada ən böyük nəşriyyatdır. 2002-ci ildə Yaponiyadakı iqtisadi tənəzzülə görə Kodansha da böyük zərər görmüşdür. Nəşriyyat nəşriyyat sənayesində geriləmişdir. Bu, Kodansha nəşriyyatının İkinci dünya müharibəsindən sonra ilk belə tənəzzülü idi. Yaponiyanın ikinci ən böyük nəşriyyatı Shogakukan isə nisbətən daha az zərər etmişdir. 2003 maliyyə ilində Kodanshanın gəliri 167 milyon ¥, Shogakukanın gəliri isə 150 milyon ¥ idi, halbuki Kodansha ən yaxşı dövründə Shogakukan nəşriyyatından 50 milyon ¥ qabaqda idi.

Kodansha tərəfindən 1977-ci ildən nüfuzlu Kodansha Manqa Mükafatı verilir (1960–1977-ci illərdə bu mükafat müxtəlif adlarla verilmişdir).

Kodanshanın Tokioda yerləşən baş qərargahında 1925-ci ildə Seidzi Noma tərəfindən əsası qoyulmuş kendo məşq zalı — Noma dodzo yerləşir. Bu zal 2007-ci ilin noyabrında uçurulmuşdur, lakin yaxınlıqdakı binada yeni zal istifadəyə verilmişdir.

2011-ci ilin aprelinin sonunda şirkət ingilis dilli nəşriyyat evi olan Kodansha International ilə yaxınlaşdığını açıqlamışdır.Kamiya, Setsuko and Mizuho Aoki, "Kodansha International to close doors ", Japan Times, 4 March 2011, p. 1. Kodanshanın ABŞ-də da filialı mövcuddur və Kodansha Comics USA adlanır.

Kodansha USA Kentaro Tsuquminin başçılığı altında yeni manqalar nəşr etməyə başlamışdır. 2012-ci ilin sentyabrında "The Spirit of Aikido" adlı manqa nəşr etmişdir.Kisshomaru Ueshiba " ", Kodansha USA, Inc.,Sept. 4, 2012. ISBN 9781568364094 Kodansha USA-nın bir çox keçmiş manqası yenidən çapdan çıxmışdır.

Kodansha 2016-cı ildə Ichijinsha nəşriyyatını satın almışdır.

Digər qurumlarla münasibətlər Kodansha nəşriyyatı Yaponiyadakı müxtəlif yayım kompaniyaları əlaqə saxlayır. Nəşriyyat Kabunsya ilə Nippon Cultural Broadcasting ilə əməkdaşlıq edir. 2005-ci ildə Nippon Broadcasting System-ə görə Fuji TV ilə Livedoor arasında gedən rəqabətdə Kodansha Fuji TV-ni dəstəkləmişdir.

NHK Kodansha Yaponiya ictimai televiziyası olan Nippon Hoso Kyokai (NHK) ilə əməkdaşlıq edir. Kodansha tərəfindən nəşr olunmuş manqaların çoxu haqqında animelər hazırlanmışdır.

Mükafatlar Yapon fondu: Yapon Fondu Xüsusi Mükafatı, 1994.

Nəşr etdiyi jurnallar

Manqa jurnalları Aşağıda 2012-ci ilin məlumatına görə Kodanshanın nəşr etdiyi manqa jurnallarının siyahısı verilmişdir.

Kişilər üçün JurnalAuditoriyaİl(lər)FəaliyyətDövrilik Shonen Magazine Wonder Şonenfəaliyyətsiz Monthly Manga Shonen Şonen 1947–1955fəaliyyətsiz Weekly Shonen Magazine Şonen 1959 fəaliyyətdə Bessatsu Shonen Magazine Şonen 1964–1974fəaliyyətsiz Monthly Shonen Magazine Şonen 1975fəaliyyətdə Weekly Young Magazine Seynen 1981fəaliyyətdə Monthly Young Magazine Seynenfəaliyyətdə Comic Bom Bom Kodomo 1981–2007fəaliyyətsiz Weekly Morning Seynen 1982fəaliyyətdə həftəlik Magazine Special Şonen 1983fəaliyyətdə aylıq Monthly Afternoon Seynen 1986fəaliyyətdə aylıq Young Magazine Uppers Seynen 1998–2004fəaliyyətdə Monthly Magazine Z Seynen 1999–2009fəaliyyətsiz aylıq Evening Seynen 2001fəaliyyətdə iki həftəlik Monthly Shonen Sirius Şonen 2005fəaliyyətdə aylıq Morning 2 Seynen 2006fəaliyyətdə aylıq Monthly Shōnen Rival Şonen 2008–2014fəaliyyətsiz Good! Afternoon Seynen 2008fəaliyyətdə iki aylıq Bessatsu Shonen Magazine Şonen 2009fəaliyyətdə aylıq

Qadınlar üçün JurnalAuditoriyaİl(lər)FəaliyyətDövrilik Nakayoshi Şoco 1954fəaliyyətdə aylıq Shojo Club Şocofəaliyyətsiz Shojo Friend Şoco 1962–1996 fəaliyyətsiz Bessatsu Friend Şoco 1965fəaliyyətdə aylıq Betsufure Şocofəaliyyətdə rüblük Mimi Şoco 1975–1996fəaliyyətsiz Be Love Dzösey 1980fəaliyyətdə iki həftəlik Kiss Dzösey 1992fəaliyyətdə iki həftəlik Dessert Şoco 1996fəaliyyətdə aylıq Aria Şoco 2010fəaliyyətdə aylıq Nakayoshi Lovely Şocofəaliyyətdə illik 5 say The Dessert ŞocofəaliyyətdəKiss Plus Dzöseyfəaliyyətdə iki aylıq

Ədəbi jurnallar Gunzo, aylıq ədəbi jurnal Mephisto, detektiv hekayələri Faust

İstinadlar

Xarici keçidlər

Kodansha Rəsmi saytı Kodansha ingilis Kodansha USA Kodansha Comics USA

Kateqoriya:Kodansha Kateqoriya:Yaponiya nəşriyyatları Kateqoriya:Yaponiya brendləri Kateqoriya:1909-cu ildə yarananlar Kateqoriya:Tokio şirkətləri