Fars zolaqlı arısı () — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ.
Təsviri Uzunluğu 18 – 22 mm-dir. Döşün və qarıncığın orta hissəsi qar kimi ağ uzun tüklərlə örtülüdür. Döşün arxa hissəsi, qarıncığın ön və arxa hissəsi isə uzun qara tüklərlə örtülmüşdür. Arxa ətraflardakı "səbətciyin" tükləri ağ, qanadları isə tutqundur.Azərbaycan SSR, Qırmızı Kitabı . 1989. İl
Yayılması Türkiyə, İran, Gürcüstan, Azərbaycanda Naxçıvan MR (Zəngəzur sıra dağlarının yüksəklikləri) rast gəlinir.
Həyat tərzi Zımbırtikan və kəklikotu üstünlük təşkil edən quru yamaclar, bozqır çəmənlərlədə yayılırlar.Azərbaycan Qırmızı Kitabı, II cild, 2013
Sayı Az saylı növdür
Məhdudlaşdırıcı amillər Yuvalarının dağıdılması, çiçəkləyən bitki sahələrinin biçilməsi və mal-qaranın otarılması nəticəsində azaldılması.
Qorunması üçün qəbul edilmiş tədbirlər Azərbaycanın Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Bu arıların tutulması və yuvalarının dağıdılmasının qadağan edilməsi. Çiçəkləyən bitki sahələrinin qorunması.
İstinadlar
Ədəbiyyat Azərbaycan SSR, Qırmızı Kitabı . 1989. İl Azərbaycan Qırmızı Kitabı, II cild, 2013 Алиев Х.А. К фауне и зоогегографии шмелей (Hymenoptera, Apoidae, Bombus) Малого Кавказа на территории Азербайджана \\ Бюлл.Моск.о-ва испытателей природы. Москва, 1984, отд.биол., т. 89, вып.6, с.36.
Xarici keçidlər
Kateqoriya:Eşşəkarıları