Fərat çapağanı () — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ.

Təsviri Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir.Fərat çapağanı

Həyat tərzi Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar.

Yayılması Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).

Kateqoriyası və statusu Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır.

Məhdudlaşdırıcı amillər Şoran torpaqlarının meliorasiyası və istifadə edilməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir. Şirvan Milli Parkında qorunur.Azərbaycanın Qırmızı kitabının I nəşri

Qorunması üçün məsləhət görülmüş tədbirlər Şirvan Milli Parkı ərazisində böcəklərin tutulmasını qadağan etmək lazımdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Sərtqanadlılar