Dinnik gürzəsi (Vipera dinniki) — Əsl gürzələr cinsinə aid ilan növü. Rus zooloqu Nikolay Yakovleviçin şərəfinə adlandırılmışdır (1847–1917).

Görünüşü Dinnik gürzəsi 500–550 mm uzunluğa malik olur. Quyruğu isə 30–80 mm-dir. Bədənin üzəri boz-yaşıl, narıncı, və qəhvəyi rəng calarlarında olur.

Yayılması Dinnik gürzəsi Böyük Qafqazın yüksək dağlıq ərazilərində yayılmışlar. Onlara Rusiya, Gürcüstan və Azərbaycanda yayılmışlar. Azərbaycanda Zaqatala Dövlət Təbiət qoruğu ərazisində rast gəlinə bilər.

Həyat tərzi Dinnik gürzəsi qafqaz gürzəsinfən fərqli olaraq düzən ərazilərdə yayılmışlar. Onlara əsasən 1500 metrdən 3000 m hündürlüyə qədər olan ərazilərdə rast gəlinir. Arealında bəzən 1 h ərazidə 30–40 başa cata bilir. Aktiv dövrü aprelin ortaları mayın əvvələrindən başlayaraq sentyabr-oktyabr aylarına təsadüf edir. Gecə və gündüz aktiv olurlar. +10° aktivlik olur. Aprel-may ayları çütləşmə başlayır. 3–7bala doğur. Balaların uzunluğu 140–180 mm, çəkisi 3 q təşkil edir. Balalar avqustun ortaları sentyabrın əvvələri dünyaya gəlir. Yetkinlinliyə 3 yaşında çatır.

Onlar gəmiricilər, həşaratlar, kərtənkələlər, quşlarla qidalanırlar. Zərərləri çox təhlükəlidir. İnsanları və məməli heyvanları öldürə bilər. Son zamanlar sayları azaldır.

İstinadlar

Kateqoriya:Əsl gürzələr Kateqoriya:1913-cü ildə təsvir edilən sürünənlər Kateqoriya:Həssas növlər Kateqoriya:Avrasiya sürünənləri Kateqoriya:Avropa sürünənləri