Miltiad (; ) — Afina dövlət xadimi, Yunan-İran müharibələri (e.ə. 500 – e.ə. 449-cu illər) zamanı sərkərdə, Frakiya Xersonesosun tiranı (təxminən e.ə. 520—e.ə. 493-cü illər), sərkərdə Kimonun atası.
Miltiad qədim zadəgan nəslindən idi. E.ə. 524-cü ildə Afinada arxont-eponim seçilmişdir, hardasa e.ə. 520-ci ildən sonra böyük Miltiadın varisi kimi Frakiya Xersonesosun tiranı olmuşdur. E.ə. 513-cü ildə İran hökümdarı I Daranın vassalı olmaq məcburiyyətində qaldı və onu skiflər üzərinə yürüşdə müşayiət etdi, orada Miltiada digər yunanlarla birlikdə farsların Dunay çayında tikdiyi körpünü mühafizə etmək tapşırıldı. İoniya üsyanı zamanı Miltiad Xersonesosu tərk etməli oldu və Afinaya qayıtdı. Afinada o, Frakiyada tiranlıq etməkdə ittiham olundu, lakin sonra bəraət qazandı.
Məhkəmədən sonra Miltiad Afinanın ən nüfuzlu siyasətçilərindən biri oldu.Aristotel. Afina politiyası. 28. 2 E.ə. 490-cı ildə Miltiad strateqlər kollegiyasına seçildi. Həmin ildə Dara Afinanın fəthi üçün Egey dənizinə ekspedisiya göndərdi Fars taktikası ilə tanış olan Miltiad hərbi şuranı razı saldı ki, farslarla döyüş açıq çöldə baş versin. Başqa strateqlərin könüllü razılaşmaları sayəsində o, qoşunlar üzərində baş komandanlığı əlinə keçirtdi. Miltiad qoşunun mövqeyesinin bütün üstünlüklərindən istifadə etdi və güclü basqınla farsları sarsıdaraq, Marafon döyüşündə onlar üzərində qələbə qazandı. Növbəti ildə Miltiad Kiklad adaları üzərinə yürüşə başlamağı təklif etdi. Onun başçılığı altında afinalılar Paros adasını mühasirəyə aldılar, amma blokada uğursuzluqla bitdi. Miltiadın özü yaralandı və heç bir nəticəyə nail olmadan Afinaya qayıtdı. O, "xalqı aldatmaqda" ittiham olundu və 50 talant cərimə cəzasına məhkum edildi. Hadisələrdən az sonra Paros adasının dövrəyə alınması zamanı əldə etdiyi yaralarından vəfat etdi.
Əsas mənbələr left|thumb|300x300px|Herodotun büstü Miltiadın həyatından bəhs edən əsas mənbə Herodotun "Tarix" əsəridi. Herodot Miltiadın mənşəyi, onun yaxın qohumları və əcdadlarının əməlləri, onun Afina və Xersonesosda yaşadığı ilk dövrlərini təsvir eləmişdir, daha ətraflı isə onun karyerasının son mərhələsi haqqında yazmışdır, bu dövr isə Miltiadıən n şöhrətli vaxtları sayılır. Bununla belə Herodotun əsərində Miltiad haqqında vahid və səlis təhkiyə verilməyib. Herodunot başqa əsərlərindolduğu i kimi "Tarix"də də Miltiad barədə yazarkən, başlıca məqsədi əsas mövzudan kənar məsələnin işıqlandırılması idi.
Daha sonrakı mənbələrdə olan məlumatların əksəriyyəti birbaşa və ya dolayısı ilə Herodota istinad edir. Bununla belə bu mənbələrdə onun bioqrafiyasının bəzi yeni detallarına rast gəlmək olar. Lakin onların həqiqiliyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Vaxt keçdikcə Miltiadın obrazı daha çox mifologizasiyaya məruz qalırdı. Onun obrazı təbliğat mübarizəsinin mövzusu, hər hansı tendensiyaların rəmzi edilirdi, bu da ona olan obyektiv münasibətin əmələgəlməsində yardım etmirdi.
E.ə. I əsrdə yaşamış Roma bioqrafı Korneli Nepotun "Böyük əcnəbi sərkərdələr" haqqında yazdığı topluda Miltiadın bioqrafiyası da yer alır. Bu tərcümeyi-halın informativ dəyəri çox azdı və tam etibarlı hesab edilmir. Orada yalnız Herodotun "Tarix" əsərindən götürülən məlumatlar və müəllifin əsassız ehtimalları göstərilib. Əsərdə xeyli qarışıqlıq və məntiqsizlik yer alıb. Belə ki Nepot Kiçik və Böyük Miltadları qarışdırır və onları bir şəxs kimi göstərir. Plutarxın Miltiadın həyatı barədə yazıb-yazmadığı məlum deyil. Onun tərəfindən yazılan 71 bioqrafiyaların yalnız 50-si salamat qalıb. İstənilən halda əgər hətta Plutarx onun tərcümeyi-halını yazsa da, o əsər müasir dövrə çatmayıb.
Afina həyatının birinci dövrü. Mənşəyi Kimonun oğlu Lakiadlı Miltiad e.ə. VI əsrin ortalarında Afina şəhərində anadan olmuşdur. Onun doğum tarixi dəqiq məlum deyil. Onun anadan olduğu tarixi adətən şərti olaraq e.ə. 550-ci ili hesab edirlər. Hərçənd çox güman ki, Miltiad e.ə. 554-cü ildən gec olmayaraq doğulmuşdur, çünki o, e.ə. 524/523-cü illərdə arxont-eponim vəzifəsini tuturdu, bu vəzifəni isə otuz yaşına çatmış şəxslər tuta bilərdilər.
Miltiad adlı-sanlı Filaidlər zadəgan nəslindən idi. Bu nəslin nümayəndələri öz mənşəyini Zevsin oğlu Eakdan gəldiyini hesab edirdilər. Eakın nəvəsi Ayaks Salamin adasının hökümdarı idi. Ayaksın oğlu və ya nəvəsi Filey Attikaya köçmüşdür və Filaidlər nəslinin banisi olmuşdur.Herodot VI. 35Plutarx. Solon. 10Pavsani. I. 35. 2 Bu nəslin nümayəndələri hələ qədim dövrdən Afinanın tanınmış siyasi xadimlərindən idilər.
Filaidlər nəslinin iki ən böyük nümayəndələri Miltiadın atası və əmisi idilər. Miltiadın əmisinin adı elə Miltiad idi, o, Kipselin oğlu idi və adətən onu Böyük Miltiad adlandırılar. O, e.ə. VI əsrin ortalarında Afinanın ən nüfuzlu siyasi rəhbərlərindən biri idi. Pisistratidlərin tiranlığı başlayanda Böyük Miltiad zərər çəkməsə də vəziyyətdən narazı idi. Buna görə də Dolonklar qəbiləsinin onların başçısı olmaq təklifini istifadə edərək o, e.ə. təxminən 560-cı ildə Frakiya Xersonesosuna yola düşdü. Miltiad Filaidlər sülaləsindən olmuş Frakiya Xersonesosun ilk tiranı oldu. Eyni zamanda o, Afina vətəndaşlığından imtina etmirdi və afinalılarla əlaqə saxlayırdı. Ola bilsin ki, o, Pisistratidlərin razılığı ilə tiran oldu, çünki Pisistratidlər Egey dənizinin şimal hissəsində afinalıların nəzarəti olmasını istəyirdilər. Yarımadanın sahibi strateji cəhətdən vacib olan Hellespontos boğazı üzərində nəzarəti təmin edirdi.
Böyük Miltiadın ögey qardaşı Stesaqorun oğlu Kimon idi. O, siyasətlə fəal məşğul olmurdu, amma araba yarışlarında uğurlu çıxış edərək üçqat olimpiya çempionu olmuşdur. Lakin Pisistratidlər onun təsirindən çəkinirdilər və Kimon bir müddət sürgünə göndərilmişdir, amma sonra qayıtmışdır. O, e.ə. 524-cü ildə Hipparx və Hippiasın əmri ilə qətlə yetirilmişdir.Herodot. VI. 103
Kimonun Stesaqor və Miltiad adlı iki oğlu var idi Stesaqor övladı olmayan əmisi Böyük Miltiadın varisi oldu və onun təxminən e.ə. 525-ci ildə vəfatından sonra Frakiya Xersonesosun tiranı oldu. Onun hakimiyyəti uzun çəkmədi və Lampsakla müharibədə təxminən e.ə. 520-ci ildə öldü.
Görünən odur ki, Miltiad uşaqlıq və gənc yaşlarında atası ilə birlikdə mühacirətdə idi və Pisistratın hakimiyyətinin sonunda Afinaya qayıtdı. E.ə. 524-cü ildə tiranlar Hipparx və Hippias Kimonu öldürmək əmrini verdilər, amma onun oğluna qarşı nümayişkaranə şəkildə mərhəmət göstərdilər. Elə həmin ildə Miltiad arxont-eponim seçildi.
Xersonesos tiranlığı thumb|250x250px|Frakiya Xersonesosu və onun ətrafı Təxminən e.ə. 520-ci ildə Frakiya Xersonesosun tiranı Stesaqor vəfat etdi və bu vilayət üzərində nəzarəti itirmək istəməyən Pisistratidlər Miltiadı oraya göndərdilər. Miltiad ondan narazı olanları aradan qaldıraraq, orada hakimiyyəti ələ keçirə bildi və tezliklə Frakiya hökümdarı Olorun qızı Hegesipila ilə evləndi, bu nikah ona Frakiya ilə dostluq münasibətini təmin etdi.Herodot VI. 39
E.ə. 513-cü ildə I Daranın rəhbərlik etdiyi böyük fars ordusu Asiyadan Avropaya keçdi. Skifləri düşmən sayan farslar Frakiyanın yunan şəhərlərini fəth edirdilər. Müqavimətin mümkünsüzlüyünü anlayan bu şəhərlərin hökümdarlarının əksəriyyəti farslardan asılılığı könüllü qəbul edirdilər və skiflərə qarşı yürüşə qoşulurdular.Herodot. IV. 138 Onların arasında Miltiad da yer alırdı, hansı ki bu addımını könüllü və düşünülmüş şəkildə etmişdir. O, Afinaya geri qaça bilmirdi, çünki orada siyasi mübarizə şiddətlənirdi və tiran Hippias onu aradan qaldıra bilərdi.
Dunay üzərində körpü qurub və onun üstündən qoşunu keçirdərək, I Dara yürüşünü şimali Pont çölləri ilə davam etdirdi, keçidin mühafizəsini isə onu müşayiət edən yunan tiranlarına tapşırdı. Herodot və Nepot yazırdılar ki, Miltiad Daranı Skifiyada buraxıb skiflərin körpünü dağıtmaq təklifini qəbul etdi və yunan tiranlarına öz şəhərlərinə qayıtmağı təklif etdi. Herodot. IV. 137Korneli Nepot. Miltiad. 3 Buna qarşı Milet tiranı Histiey çıxdı, onun fikrincə onlar yalnız Daranın sayəsində öz şəhərlərinin tiranı qala bilirlər, farsların məğlub olacağı halda isə demos onları devirərək şəhərlərdəki hakimiyyəti əlinə keçirəcək. Qalan tiranlar Histiey ilə razılaşdılar və Daranı gözlədilər. Çox güman ki, bu hekayəni Herodot öz uydurdu ki, Miltiadı yaxşı tərəfdən göstərsin. Həmçinin, bu hadisənin şübhəli olduğunu o göstərir ki, Dara yürüşdən qayıtdıqdan sonra Miltiadı heç cür cəzalandırmadı.
Skiflər Daranın yürüşünə cavab olaraq Fars dövlətindən asıllı olan ərazilərə soxuldular və Xersonesosa qədər gəlib çatdılar. Miltiad sürgünə qaçmağa məcbur oldu.Herodot. VI. 40 Mühacirətdə keçirdiyi bir neçə ildən sonra o, Xersonesosa qayıtdı və öz hakimiyyətini bərpa etdi. Herodotun yazılarında qarışıqlıq olduğundan bu hadisələrin tarixi dəqiq məlum deyil. Ola bilsin ki, o, sürgündə olduğu zaman Lemnos adasını işğal etdi. Herodot bu hadisə barədə yazsa da, dəqiq nə vaxt baş verdiyini qeyd etmədi.Herodot. VI. 140 Miltiad Lemnosda məskunlaşan pelasqları qovdu və adada afinalılar üçün məskən saldı.Diodor. X. 19. 6 Korneli Nepot. Miltiad. 2 Həm də xüsusi olaraq vurğulanır ki, o, Lemnosa Frakiya Xersonesosundan gəlib. Ola bilsin ki, Lemnos əvvəl artıq zəbt edilmişdir və Herodot Kiçik Miltiadı Böyük Miltiadla səhv salmışdır. Yəqin ki, Miltiad məhz Lemnosda sürgün illərini keçirtmişdir.
E.ə. 499-cu ildə İoniya üsyanı başladı. İoniya yunanları fars hökmranlığına qarşı üsyan qaldırdılar. Afinalılar və Eretriyalılar onların köməyinə 25 gəmi göndərmişdilər. Sonradan afinalılar gəmilərini geri çəksələr də, Dara onlardan qisas almaq qərarına gəldi. Farslar təşəbbüsə yiyələnməyə bacarıb üsyanı yatırmağa başladılar. Miltiadın üsyanda hər hansı iştirakı barədə heç nə məlum deyil. Çox güman ki, o, gözləyirdi və fəal hərəkət etmirdi. Lakin o, afinalı idi və Dara onun sadiqliyinə şübhə edirdi. E.ə. 493-cü ildə fars donanması Kiçik Asiyanın qərb sahili boyunca Xersonesos tərəfə hərəkət edirdi, həmçinin yolda qiyamçı şəhərləri zəbt edirdi. Miltiad qaçmağa məcbur oldu.
O, 5 triyera götürdü və ona qızıl yığaraq Kardiya şəhərini tərk etdi. O, Xersonesosun ətrafından keçəndə Finikiya gəmiləri ilə rastlaşdı. Gəmilərdən dördü görünmədən keçdi, biri isə farsların əlinə düşdü. O gəmidə Miltiadın böyük oğlu Metioh var idi. Dara Metiohu xeyirxahlıqla qəbul etdi, hətta ona mülk bağışladı. Miltiad İmbrosa çatdı, oradan isə gəmisini Afinaya yönəltdi.Herodot. VI. 41
Afina həyatının ikinci dövrü
Qayıdışı Miltiad təxminən otuzillik fasilədən sonra doğma şəhərinə qayıtdı. Afina onun olmadığı vaxt ərzində çox dəyişmişdir: Hippias qovulmuşdur və tiraniya aradan qaldırılmışdır, bundan əlavə Klisfenin islahatları həyata keçirilmişdir və demokratiya hökm sürürdü. Polisdə demos güc yığırdı. İndi şəhərdə hökmranlıq artıq təkçə aristokratiyanın əlində deyil idi, zadəganlar bütün xalqın fikri ilə hesablaşmalı olurlardu. Bundan başqa, Miltadın həmən düşmənləri yarandı, çünki bəziləri onu siyasi rəqib kimi görürdülər.
Qayıdandan dərhal sonra ona qarşı Xersonesosda tiranlıq etmək ittihamını irəli sürdülər. Afinada hələ arxaik dövrdən tiraniyaya qarşı qanun var idi,Aristotel. Afina politiyası. 16. 10 hansı ki görünür Miltiadın məhkəmə təqibi üçün hüquqi əsası oldu.Herodot. VI. 104 Ona qarşı ittihamı kim tərəfindən irəli sürüldüyü məlum deyil. Bu o vaxtı arxont-eponim vəzifəsini tutan Femistokl ola bilərdi və ya Alkmeonidlər adlı siyasi dəstəyə rəhbərlik edən Ksantipp. Miltiad məhkəmədə öz hökümdarlığının Afinanın xeyrinə olduğunu sübut edərək bəraət qazandı.
Məhkəmədən sonra Miltiad Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrilir. O, bir neçə dəfə strateq seçilir. Onun belə sürətlə yüksəlməsinin səbəbləri onun mənşəyi, Xersonesosdan böyük sərvətlərin gətirməsi və dövlət fəaliyyəti təcrübəsi olmasında idi. Eyni zamanda o, demokratiyaya xüsusi rəğbəti göstərmirdi və tiran idi, bu da afinalılar tərəfindən mənfi qarşılanırdı.