Manaf Məcid oğlu Dadaşov () — azərbaycanlı aktyor.
Həyatı Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil almışdır. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyordur. Teatrdakı ilk rolu rejissor Nicat Kazımovun quruluşunda Ərəb xalq nağılı olan "Ələddinin sehrli çırağı" tamaşasında carçıı obrazı olub.
Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olmuşdur. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilmişdir.
9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aktyor Məcid Dadaşovun oğludur.
Əsas rolları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı Xeyir və Şər (N.Gəncəvi) — şah Ana qaz (R.Rza) — qonşu Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi Hacı Qara (M.F.Axundov) — Əsgər bəy Ezop (Q.Fiqeyredo) — həbəş Cənnətin üç alması (N.Kazımov) — Şirməmməd İki tonqal (A.Həsənoğlu) — Tərlan Güc birlikdədir (R.Tohidoğlu) — Nazim; vəzir Pəri Cadu (Ə.Haqverdiyev) — çoban Şeyx Sənan (H.Cavid) — dəliqanlı Şelkunçik (E.T.A.Hofman) — ata Oliver Tvistin macəraları (Ç.Dikkens) — polis Mən səni sevirəm (M.S.S) — Marlen Romeo və Cülyetta (U.Şekspir) — Merkusio Qoca kloun (M.Vişnek) — Manaf Şahzadə Xəzrin nağılı (K.Ağabalayev, N.Kazımov) — Basat Buratinonun macəraları (A.Tolstoy) — Duremar Konnemarada bir kəllə (M.Makdonax) — Martin Hənlon
YUĞ teatrı Günlərin bir günündə (İbrahim İbrahimli)
Akademik Milli Dram Teatrı Kölgə (Y.Şvarts) — maliyyə naziri
Filmoqrafiya Yol yoldaşları (film, 2003) Əlvida, cənub şəhəri (film, 2006) Hökmdarın taleyi (film, 2008) Üfüqü ötənlər (film, 2011) Sirr (serial, 2012) Həkimlər (teleserial,2012) Bir ovuc torpaq (teleserial,2013) Bir ailəm var (teleserial, 2013) Məriz (film, 2015) Xüsusi təyinatlı İbad (film, 2016) Sən olmasaydın ( teleserial, 2016) Nar bağı (film, 2017) İkinci güllə (film, 2017) Ümidlər puç olanda ( film,2018) Könül yarası ( teleserial, 2018) Son iclas (film, 2018) Dalan (film, 2019) Qarabağ. Birinci film “Bir topa adam” ( film, 2021) Doğma torpaq (film,2021) S.Ə.S. “Cındır adamlar” ( 2-ci bölüm) (serial, 2021) Əqrəb mövsümü (teleserial, 2022) Gündəlik (teleserial, 2023) Tağıyev. Neft (2024) Tağıyev. Çar (film, 2025) Cənnət yuxusu (film, 2025) Tağıyev. Məktəb (film, 2026)
İstinadlar
Xarici keçidlər Manaf Dadaşovun “Müasir düşüncə” layihəsində “Xüsusi təyinatlı İbad” filmi təqdim olundu “Sarı gəlin” tamaşası İmran Axundov. İstedadla zəhmət birləşəndə...
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları