Azərbaycan — 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə 10 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər Turan Bayramov (qızıl) və Şahanə Nəzərova (bürünc), cüdoçu Vüqar Talıbov (qızıl), ağır atlet Tarmenxan Babayev (gümüş), taekvondoçu Cavad Ağayev (bürünc) və boksçu Nurlan Səfərov (bürünc) medala sahib oldu.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 35-ci pillədə, medalların sayına görə isə 38-ci pillədə qərarlaşdı.

2018-ci il Buenos-Ayres Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğursuz nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2014-cü illərdə baş tutan olimpiadaların nəticələrindən geri qaldı.

Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu Vüqar Talıbov və güləşçi Turan Bayramov Olimpiadanın qalib oldu.

MedalMedalçıİdman növüYarışTarix25x25pxVüqar TalıbovCüdoOğlanlar, -60 Kq.7 oktyabr25x25pxTuran BayramovGüləşOğlanlar, sərbəst, -65 Kq.14 oktyabr25x25pxTarmenxan BabayevAğır atletikaOğlanlar, -85 Kq.12 oktyabr25x25pxCavad AğayevTaekvondoOğlanlar, -63 Kq.9 oktyabr25x25pxŞahanə NəzərovaGüləşQızlar, sərbəst, 43 Kq.13 oktyabr25x25pxNurlan SəfərovBoksOğlanlar, -60 Kq.18 oktyabr

İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Güləş1012.Cüdo1003.Ağır atletika0104.Taekvondo0015.Boks001

Nəticələri Ağır atletika thumb|298x298px|alt=|Lalə Rzazadə Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında mübarizə aparan birinci qadın ağır atlet olaraq düşdü

DNF — bitirmədi

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərdə Azərbaycanı 2 idmançı təmsil etdi: Tarmenxan Babayev və Lalə Rzazadə. Tarmenxan Babayev 2017-ci ilin aprelində Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının nəticələrinə əsasən Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı. Lalə Rzazadə isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən təqdim olunan dəvətə əsasən Buenos-Ayres Olimpiadasında mübarizə apardı.

Tarmenxan Babayev 2018-ci ilin iyulunda İtaliyada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi olduğu üçün Buenos-Ayres Olimpiadasının favoritlərindən biri hesab olunurdu.

Qızların turnirində mübarizə aparan Lalə Rzazadə birdən qaldırmada əvvəlcə 64 кiloqramlıq, sonra isə 68 кiloqramlıq ştanqın öhdəsindən gələ bilsə də, sonuncu cəhdində 70 кiloqramlıq ştanqı qaldıra bilmədi və bu mərhələni altıncı pillədə başa vurdu. Təjanla qaldırmada isə Lalə Rzazadə birinci cəhdində 76 кiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 80 кiloqramlıq ştanqı qaldıra bilməsə də, üçüncü cəhdində həmin ştanqın öhdəsindən gələ bildi. Bu nəticələrə əsasən Lalə Rzazadə ümumi nəticədə 148 кiloqram nəticə göstərdi və Buenos-Ayres Olimpiadasını altıncı pillədə başa vurdu.

Oğlanların turnirində mübarizə aparan Tarmenxan Babayev isə birdən qaldırma turnirində əvvəlcə 138 кiloqramlıq, sonra isə 142 кiloqramlıq ştanqın öhdəsindən gələ bilsə də, sonuncu cəhdində 146 кiloqramlıq ştanqı qaldıra bilmədi və bu mərhələni 2-ci pillədə başa vurdu. Təjanla qaldırmada isə Tarmenxan Babayev birinci cəhdində 160 кiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 174 кiloqramlıq ştanqı qaldıra bilsə də, üçüncü cəhdində 178 кiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Bu nəticələrə əsasən Tarmenxan Babayev ümumi nəticədə 316 кiloqram nəticə göstərdi və Buenos-Ayres Olimpiadasının gümüş medalına sahib oldu. Tarmenxan Babayev 8 ildən sonra bu idman növündə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. 2010-cu il Sinqapur Olimpiadasında Nicat Rəhimov qızıl medala sahib olmuşdu.

İdmançıYarışBirdən qaldırmaTəkanla qaldırmaÜmumiYerNəticəNəticəOğlanlarTarmenxan Babayev -85 Kq.13814214614216017417817431625x25pxQızlarLalə Rzazadə -58 Kq.64687068768080801486

Bədii gimnastika thumb|300x300px|alt=|Yelizaveta Luzan Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında mübarizə aparan birinci bədii gimnast olaraq düşdü

Q — növbəti mərhələyə adladı

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bədii gimnastların turnirlərdə Azərbaycanı bir idmançı təmsil etdi: Yelizaveta Luzan. Yelizaveta Luzan 2018-ci ilin fevralında Rusiyada baş tutan Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.

Yelizaveta Luzan təsnifat mərhələsinin birinci günündə halqala çıxışında 12.550 balla 26-cı pillədə, topla çıxışında isə 13.425 balla 21-ci pillədə qərarlaşdı. Təsnifat mərhələsinin növbəti günündə isə Yelizaveta Luzan gürzlə çıxışında 14.700 balla 17-ci pillənin, lentlə çıxışında isə 12.750 balla 15-ci pillənin sahibi oldu. Bununla da Yelizaveta Luzan Buenos-Ayres Olimpiadasını ümumi nəticədə 52.725 balla 36 gimnast sırasında 22-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə aparan gimnastların hər biri "ulduz idmançı"ların adına olan qarışıq qruplarda mübarizə apardı. Turnirin nəticələrinə əsasən Yelizaveta Luzanın da təmsil olunduğu Simona Baylzın qrupu Buenos-Ayres Olimpiadasının qalibi oldu.

İdmançıYarışTəsnifat mərhələsiFinal mərhələsiCəmiYer25x25px25x25px25x25px25x25pxCəmiYer25x25px25x25px25x25px25x25pxYelizaveta LuzanFərdi12.55013.42514.00012.75052.72522N/A

Boks

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

thumb|384x384px|alt=|Buenos-Ayres Olimpiadasının bürünc medal uğrunda görüşündə Azərbaycan nümayəndəsi Nurlan Səfərov (qırmızı geyimdə) Misir nümayəndəsi Marvan Mamhud (göy geyimdə) ilə görüşən zaman Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil etdi: Nurlan Səfərov və Nicat Həsənov. 2018-ci ilin aprelində İtaliyadə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının nəticələrinə əsasən Nurlan Səfərov və Nicat Həsənov Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.

Nurlan Səfərov 1/4 final mərhələsində Kanada nümayəndəsi Spenser Vilcox ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nurlan Səfərov 3:2 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Tailand nümayəndəsi Atiçai Foemsap oldu. Həmin görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Nurlan Səfərov, mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Bürünc medal uğrunda görüşdə onun rəqibi Misir nümayəndəsi Marvan Mamduh oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nurlan Səfərov rəqibinə 4:0 hesabı ilə qalib gəldi və Buenos-Ayres Olimpiadasının bürünc medalına sahib oldu.

Nicat Həsənov 1/4 final mərhələsində Amerika Samoası nümayəndəsi Falaniho Tauta ilə üz-üzə gəldi. Həmin görüşdə Nicat Həsənov rəqibi üzərində təmiz qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Mərakeş nümayəndəsi Yassin Eluarz oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə məğlub olan Nicat Həsənov, mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Bürünc medal uğrunda görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Cahongir Rəhmonov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nicat Həsənov rəqibinə 5:5 hesabı ilə məğlub oldu və Buenos-Ayres Olimpiadasını dördüncü pillədə başa vurdu.

İdmançıYarış1/4 final1/2 finalFinal / YerNurlan SəfərovOğlanlar, -60 Kq. Vilcox Qəl. 3:2 Foemsap Məğ. 0:5 Mamduh Qəl. 4:025x25pxNicat HəsənovOğlanlar, -69 Kq. Tauta Qəl. RSC Eluarz Məğ. 1:4 Rəhmonov Məğ. 0:54

Cüdo

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

thumb|296x296px|alt=|Vüqar Talıbov Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qalib olan birinci cüdoçu olaraq düşdü Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil etdi: Vüqar Talıbov və Vüsalə Kərimova.

Qızların turnirində mübarizə aparan Vüsalə Kərimova 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Alexa Georgiyeva ilə üz-üzə gəldi. Həmin görüşdə Vüsalə Kərimova rəqibinə ipponla qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Xorvatiya nümayəndəsi Ana Victoria Puljiz oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüsalə Kərimova rəqibinə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə Vüsalə Kərimova Butan nümayəndəsi Yanqçen Vanqmoya ipponla qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi Kosovo nümayəndəsi Erza Muminoviq oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüsalə Kərimova rəqibinə məğlub oldu və turniri yeddinci pillədə başa vurdu.

Oğlanların turnirində mübarizə aparan Vüqar Talıbov isə 1/8 final mərhələsində Yəmən cüdoçusu Əhəd Al-Saqer ilə üz-üzə gəldi. Həmin görüşdə Vüqar Talıbov rəqibinə ipponla qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Tacikistan cüdoçusu Cəmşid Süleymani oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Talıbov rəqibinə qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə Vüqar Talıbov Dominikan Respublikası cüdoçusu Antonio Tornala da qalib gəldi və final mərhələsinə adladı. Həlledici görüşdə onun rəqibi Rusiya cüdoçusu Abreh Naquçev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Talıbov rəqibinə ipponla qalib gəldi və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi oldu. Vüqar Talıbov həm də Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medala sahib olan birinci Azərbaycan cüdoçusu oldu.

İdmançıYarış1/8 final1/4 final1/2 finalTəsəlliverici qrupFinal / Yer1-ci görüş2-ci görüş3-cü görüşOğlanlarVüqar Talıbov -66 Kq. Al-Saqer Qəl. 10:00 Süleymani Qəl. 01:00 Tornal Qəl. 01:00N/A Naquçev Qəl. 10:0025x25pxQızlarVüsalə Kərimova -44 Kq. Georgiyeva Qəl. 10:00 Puljiz Məğ. 00:01N/A Vanqmo Qəl. 10:00 Muminoviq Məğ. 00:10N/A7

Güləş

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu Q — növbəti mərhələyə adladı

thumb|384x384px|alt=|Buenos-Ayres Olimpiadasının finalı uğrunda görüşdə Azərbaycan nümayəndəsi Turan Bayramov (qırmızı geyimdə) Pakistan nümayəndəsi İnayat Ullah (göy geyimdə) ilə görüşən zaman Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil etdi: Turan Bayramov və Şahanə Nəzərova. 2018-ci ilin mayında KYRM-da baş tutan gənclər arasında Avropa Çempionatının nəticələrinə əsasən Turan Bayramov və Şahanə Nəzərova Buenos-Ayres Olimpiadasına vəsiqə qazandı.

Qızların turnirində çıxış edən Şahanə Nəzərova "B" qrupunda mübarizə apardı. Birinci görüşdə onun rəqibi Braziliya nümayəndəsi Heloisa Martinez oldu. Həmin görüşdə Şahanə Nəzərova rəqibinə 11:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə onun rəqibi Nigeriya nümayəndəsi Kristiana Oqunsanya oldu. Bu görüşdə də Şahanə Nəzərova rəqibinə qalib gəldi — 6:0. Üçüncü görüşdə Şahanə Nəzərova Birləşmiş Ştatlar nümayəndəsi Emili Şilson ilə üz-üzə gəldi və rəqibinə 2:12 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin sonuncu görüşündə isə Şahanə Nəzərova Fransa nümayəndəsi Castin Viqurux ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şahanə Nəzərova rəqibinə 1:0 hesabı ilə qalib gəldi. Bu nəticələrə əsasən Şahanə Nəzərova qrup mərhələsini 2-ci pillədə başa vurdu və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Monqolustan nümayəndəsi Enxluz Batbaatar oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şahanə Nəzərova rəqibinə 7:6 hesabı ilə qalib gəldi və Buenos-Ayres Olimpiadasının bürünc medalına sahib oldu.