Pərvanə Zəngəzurlu () — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-ci ildən Aşıq Pəri Məclisinin rəhbəridir.
Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb.
2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb.
Ailəlidir, 2 övladı var.
Kitabları "Qayıt gəl", "Maarif" nəşriyyatı, Bakı: 2000 "Dağlar yuxuma girir", "Maarif" nəşriyyatı, Bakı: 2002. "Zəngəzur həsrəti", "Maarif" nəşriyyatı, Bakı: 2003. "Tanrım, məni başdan yarat", "Maarif" nəşriyyatı, Bakı: 2005. "Lal haraylar", "Nurlan" nəşriyyatı, Bakı: 2005. "Vətən qürbətdə qaldı", "Nurlan" nəşriyyatı, Bakı: 2006 "Çoxala-çoxala azalan ömrüm", "Şirvan" nəşriyyatı, Bakı: 2009. "Yarı yolda qoyma məni", "Şirvan" nəşriyyatı, Bakı: 2013. "İslam inciləri", "Şirvan" nəşriyyatı, Bakı: 2013. "Həsrət ilə Zəngəzura baxıram", Bakı, "İmza", 2023, 136 səh. ISBN 978-9952-37-322-7
Mükafatları "Xan qızı Natavan". "Qızıl qələm" media mükafatı. "Aşıq Ələsgər – 200" yubiley medalı
İstinadlar "ZƏNGƏZUR HƏSRƏTİ"Nİ ÜRƏYİNDƏ YAŞADAN ŞAİRİN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Azərbaycanın qadın şairləri Kateqoriya:Aşıq Pəri Məclisinin üzvləri Kateqoriya:Zəngəzurda doğulanlar