Amerikalılar teleserialının I mövsümü 30 yanvar 2013-cü ildə yayıma başlamış və 1 may 2013-cü ildə yayım tamamlanmışdı. Mövsüm 13 seriyadan ibarət olub, hər seriya təxminən 45 dəqiqə çəkmişdi. Serial çərşənbə günləri saat 10-da FX kanalında yayımlanmışdı. Co Uayzberq tərəfindən yaradılan serial DreamWorks Television tərəfindən istehsal edilmişdi.

Hadisələr 1980-ci illərin əvvəlində Soyuq Müharibə dövründə Vaşinqtonda yaşayan KQB agentləri olan Elizabet və Flip Cenninqs və onların qonşusu FTB agenti Stan Biman haqqındadır.

Rollarda

Əsas rollarda

Aktyorun (aktrisanın) adı Personajın adı Seriya sayı Qeyd Keri Rassell Elizabet Cenninqs 13 KQB agenti Metyu Ris Flip Cenninqs 13 KQB agenti Noa Emmeriç Stan Biman 13 FTB agenti Holli Teylor Peyc Cenninqs 13 Flip və Elizabetin qızı Keydriç Sellati Henri Cenninqs 11 Flip və Elizabetin oğlu Maksimiliano Hernandez Kris Amador 8 FTB agenti

Köməkçi rollarda

Aktyorun (aktrisanın) adı Personajın adı Seriya sayı Qeyd Riçard Tomas Frenk Qaad 13 FTB nəzarətçisi Annet Mahendru Nina Sergeyevna 12 Sovet səfirliyinin işçisi Marqo Martindeyl Klaudiya 10 KQB nəzarətçisi Suzan Misner Sandra Biman 10 Stanın həyat yoldaşı Alison Rayt Marta Hanson 10 Qaadın katibəsi Lev Qorn Arkadi İvanoviç Zotov 9 Sovet səfirliyində rezident Piter Von Berq Vasili Nikolayeviç 4 Sovet səfirliyində rezident Derek Lyuk Qriqori 3 Elizabetin KQB-yə cəlb etdiyi şəxs Req Rocers Çarlz Dulut 2 jurnalist və KQB müxbiri Cillian Aleksi Anneliz 1 Flipin müxbiri

İstehsal Konsepsiya Amerikalılar keçmiş Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq tərəfindən yaradılıb. Baxmayaraq ki, serial casusluq xarakterlidir, Uayzberq evlilik mövzusunu əsas hədəfdə saxlayıb. Hekayə əsasən Cenninqslərin şəxsi və peşəkar həyatına yönəlsə də, bəzən hekayəyə real həyat hadisələri də daxil edilir. Yaradıcısı daha çox evlilik haqqında serial kimi xarakterizə edir. "Amerikalılar evliliyin tam özəyində durur. Beynəlxalq əlaqələr insan münasibətləri üçün sadəcə alleqoriyadır. Evlilikdə və uşaqlarla mübarizə aparmaq bəzən ölüm dirim məsələsidir. Flip və Elizabet üçün bu tez-tez yaşanır." Baş rejissor Coel Filds serialı müxtəlif səviyyəli gerçəkliklərlə işləmək kimi təsvir edir : Elizabet və Flipin uydurma evliliyi və Soyuq Müharibə dövründə real həyatın personajları əhatə etməsi.

MKİ-də işləməsini səhv kimi qəbul etsə də, Uayzberqin bu təcrübəsi serialda hekayələrin təkmilləşdirməsinə, real həyat hadisələrinə əsaslanmasına və təlim müddətində öyrəndiklərinin əlaqələndirməsinə kömək edib. Ailəsi ilə birlikdə ölkədən xaricdə xidmət edən agentlərdən eşitdiyi hekayələr Uayzberqi heyran etmişdi. O bir şəxsin deyil, ailənin cəsus olduğu konsepsiyanı televiziyaya gətirməklə maraqlanırdı. MKİ-nin ona təsadüfən cəsuslar haqqında serial yaratmağa necə ideya verdiyini o belə izah edir : "Mən poliqraf testinə girdikdə onlar mənə belə bir sual verdilər ki, Siz daha sonra kəşfiyyat kollektivi haqqında məlumat toplayaraq yazıçı olmaq məqsədilə MKİ-də işə başlamaq istəyirsiniz?. Bu mənim heç ağılma gəlməmişdi. Mən MKİ-yə sadəcə cəsus olmaq istəydiyim üçün işə düzəlirdim. Onlar sualı təkrarladıqda mən düşündüm ki, testi keçə bilməyəcəm."

Uayzberq pilot mətnini yazarkən Qanunsuzlar Proqramından ilham almışdı. Onun tədqiqat materialları Vasili Mitroxinin Soyuq Müharibə dövrüna aid qeydləri və MKİ-dəki köhnə iş yoldaşları ilə olan söhbətləri olmuşdu. Baxmayarq ki, Qanunsuzlar Proqramı müasir dövrə aiddir və ən pik nöqtəsinə 2010-cu ildə çatmışdı, o bunun 1980-ci illərin əvvələri kimi göstərmişdi. Uayzberq bunun "müasir dünyaya tətbiqi gözəl ideya kimi görünmədiyini" deyir və əlavə edir ""Həmin dövrdə (2010-cu ildə) insanlar bundan şok olmuşdular və Rusiya ilə artıq düşmən kimi görünmədiklərini əsas gətirərək bu skandaldan imtina edirdilər. Bunun də əlacı serialı Soyuq Müharibə dövrünə geri qaytarmaq idi. İlk əvvəl mən 70-ci illərə müraciət etmək istədim, çünki o dövrün saç dəbi və musiqisini sevirdim. Amma Ronald Reyqanın şeytan imperiyası haqqında qışqırdığı 80-ci illərdən daha yaxşı bir seçim olduğunu düşünə bilərdiniz?"

İnkişaf An Ordinary Spy əsərini oxuduqdan sonra Qrem Yost Uayzberqin cəsus janrında seriallar üçün də senari yazdığını öyrənir. Bu senariləri oxuduqdan sonra onun həddən artıq gözəl olduğunu kəşf edir. Bu isə ona serialı inkişaf etdirməkdə motivasiya olur. Pilot seriyanın çəkilişinə 2012-ci ilin may ayında başlanılmış, iyun ayının ortasında tamamlanmışdı. I mövsümün çəkilişlərinə 2012-ci ilin noyabr ayında Nyu York şəhərində başlanılmışdı. Filmin yaradıcı heyəti əsasən Vaşinqtona bənzər yerləri seçmişdilər. Çəkilişlərin ilk dövründə Sendi qasırğası səbəbi ilə meydana gələn daşqınlar gecikməyə səbəb olmuşdu.

Aktyorların seçimi Uayzberqin öz dediyinə görə, kastinqlər başlamadan əvvəl serialın ulduzunun kim olacağı haqqında heç birfikri yox idi. FX-in rəhbəri Con Landqraf Keri Rasselin serialda rol təklif etmək haqqında düşünürdü. DreamWorks şirkətinin kastinq müdiri Lesli Feldman Metyu Risin oyununu görmüş və onu Uayzberqə tövsiyə etmişdi. Rassel və Ris bir necə il əvvəl qonaqlıqda tanış olsalar da bir-birlərini yaxşı tanımırdılar. Onları seriala cəlb edən rollarının bir-birilə olan əlaqəsi idi. Ris deyir :"Bir çox çətin riskə girərək həyatlarını inanılmaz qədər qəribə yaşayan iki insan var, evlilikləri təmamilə yalandır və ilk seriyanın sonunda onlar sanki bir-birlərini yenidən tanıyırlar."

Rassel pilot mətnini "maraqlı" olaraq xarakterizə edərək deyir: "Bu prosessual üsuldan çox uzaqdır. Və mən bunu istədiyimi bilmirdim. Mən heç nə etmək istəmirdim.(Gülür) Amma bunun haqqında düşünmədən dayana bilmirdim. Onu oxudum və anlamağa çalışdım, çünki bu çox aydın deyildi. Hələ də mənə aydın deyil. Amma burda bir çox səviyyələr var." Ris öz rolu barədə deyir : "Onun çox yönlü və çox istiqamətli olması onun üçün hədiyyə idi. Və siz onunla tanış olduqda o, həyatında bütün hər şeyin dəyişdiyi nöqtədə idi. Siz hər şeyi görürsünüz. Siz kunq-fu, emosional səhnələr və maskalanmağı görürsünüz. Bu bir aktyor üçün tam paketdir. Bu xəyaldır." Noa Emeriç əvvəllər serialdakı rol haqqında tərəddütdə idi. O izah edir : "Həqiqət budur ki, mən ən əvvəldən düşünürdüm ki, silah və döş nişanı gəzdirəcəyim bir serialda oynamaq istəmirdim. Mən silah və döş nişanları ilə işimi bitirdim. Mən artıq bunu istəmirəm. İlk dəfə senarini oxuyanda fikirləşdim : "Bəli, bu çox maraqlı və yaxşıdır, lakin mən FTB agenti olmaq istəmirəm." Emeriç ailəsi və evliliyindən də cavabdeh olduğunu gördü. "Bu, həqiqətən maraqlı idi və həqiqətən ağıllı və qeyri-adi idi və tamamilə yeni idi."

Seriyalar

Seriyanömrəsi Mövsümnömrəsi Adı Rejissor(lar) Ssenarist(lər) İlk efir tarixi İstehsal kodu ABŞ-da izlənmə sayı(milyon)

Mükafatlar və nominasiyalar İl Mükafat Kateqoriya Nominasiya Nəticə 2013 3-cü Tənqidçilərin Seçimi Televiziya Mükafatı Ən yaxşı dram serialıAmerikalılar Dram serialında ən yaxşı aktyor Metyu Ris Dram serialında ən yaxşı aktrisa Keri Rassell Dram serialında ən yaxşı köməkçi aktyor Noa Emmeriç 29-cu Televiziya Tənqidçiləri Birliyi Mükafatı İlin verilişi Uğurlu Yeni Proqram Uğurlu Müvəffəqiyyət - dram Fərdi Müvəffəqiyyət - dram Metyu Ris

Beynəlxalq yayım Ölkə Kanal Yayım tarixiİlk yayımSonuncu yayım ABŞ FX

Kanada FX Kanada

Polşa Fox Polska

Avstraliya Network Ten

İrlandiya RTÉ2

Belçika BeTV

İtaliya Sky Italia

Fransa Canal+ Séries

Almaniya ProSieben Maxx

İsveç RTS Un

Kvebek Addik TV

İstinadlar

Kateqoriya:Amerikalılar (teleserial)