Viktor Robertoviç Tsoy (; ) — sovet rok musiqiçisi, koreya (ata) və rus (ana) mənşəli şair, rəssam, "Kino" rok-qrupunun yaradıcısı və rəhbəri. Bir neçə filmdə aktyor kimi rol alıb.
Bioqrafiya Viktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreyamənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlmişdir. 1974–1977-ci illərdə incəsənət məktəbinə getmişdir. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində ağacoyma sənəti üzrə oxumuşdur. Gəncliyində Vladimir Vısotski, Mixail Boyarski və Brüs Linin fanatı olmuşdur. Sonralar onun imicində Brüs Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netsuke adlanan yapon fiqurlarını düzəldirdi.
Yaradıcılığı 1970-ci illərin sonu, 1980-ci illərin başlanğıcında həvəskar rok qrupu olan "Piliqrim"-in üzvü Aleksey Rıbin və "Palata № 6" qrupunun bas-gitaristi Viktor Tsoy arasında davamlı danışıqlar başladı. Onlar Mayk Naumenko (Zoopark) və ya Andrey Panovun (Svin) mənzillərində görüşərək "Автоматические удовлетворители" pank qrupunun ərsəyə gətirmək üçün hazırlıqlar həyata keçirirdilər.
Ölümü Viktor Tsoy 15 avqust 1990-cı il 12:28 radələrində avtomobil qəzasında həlak olub. Qəza Latviyada Sloka-Talsi yolunun 35-ci kilometrliyində rəsmi versiyaya görə sükan arxasında yatıb və özünə məxsus Moskviç-2141-də İkarus markalı avtobusla toqquşub. Tsoy 19 avqust 1990-cı ildə Boqoslovskoe məzarlığında dəfn edilib. Ölümün səbəbləri haqqında başqa versiyalar da vardır. Belə ki, "Sledstvie veli…" sənədli filmlərini hazırlayanlar təxmin edirlər ki, Tsoy sərt döngəni dönərkən maqnitofonundakı kasetin üzünü dəyişməyə çalışıb ki, bu da fikrinin yayınmasına və nəticədə qəzaya səbəb olub.thumb|"Rusiya estradasının populyar müğənniləri" seriyasından Viktor Tsoya həsr olunmuş poçt markası, 2 rubl (1999)
Diskoqrafiya 1982 — "45" 1983 — "46" 1984 — "Начальник Камчатки" 1985 — "Это не любовь" 1986 — "Ночь" 1988 — "Группа крови" 1989 — "Звезда по имени Солнце" 1989 — "Последний герой" 1990 — "Чёрный альбом"
Filmoqrafiya 1986 — "Ya-Xxa" () (sənədli video). Rejissor Raşid Nuqmanov 1986 — Tətilin sonu (). Rejissor Sergey Lısenko 1987 — Rok (sənədli kadrlar). Rejissor Aleksey Uçitel 1988 — "Assa". Rejissor Sergey Solovyov 1988 — "İynə" (). Rejissor Raşid Nuqmanov 1992 — "Sonuncu qəhrəman" (). Rejissor Aleksey Uçitel
İstinadlar
Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:SSRİ kişi müğənniləri Kateqoriya:Rusiyanın kişi müğənniləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:XX əsr şairləri Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Pasifistlər Kateqoriya:Perestroyka mədəniyyətdə və incəsənətdə Kateqoriya:Yol qəzasında vəfat edən musiqiçilər Kateqoriya:XX əsr rəssamları