Heşin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.61. Fikrimizcə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə adı çəkilən Meşin kəndi iləİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.57 Heşin kəndi eyni kəndlərdir.
Toponimi Toponim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən keşheş — İbrahim Bayramova görə sözünəМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.273, türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözününДревнетюркский словарь, Л., "Наука", 1969. s.209Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.234 birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi 1727-ci ilə aid mənbədə Heşin kəndində 3 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur. Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 160–161. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 116 nəfər, 1926-cı ildə 136 nəfər, 1931-ci ildə 164 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə kənd sakinləri — azərbaycanlılar 1948–49-cu illərdə zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Azərbaycanda Geşan (Şuşa qəzası) kənd adı ilə səsləşir. Mə'nası mə'lum deyil.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri