Gülablı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Rayon mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, Gülab, Gülabdı formalarında da qeyd edilirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.4. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.110, Qafqazın 5 verstlik xəritəsində Gülablı kimiПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.70 qeydə alınmışdır.

Toponimi Toponim gülablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur.

Əhalisi XIX əsrin 70-ci illərində kəndə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə kəndin əhalisi erməni idi. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Gülabudur. Azərbaycanda Gülablı dağı və Gülablı kəndi (Ağdam rayonu) adları ilə mənşəcə eyni olsa da mə'nası mə'lum deyil.

Həmçinin bax Abaran Gülablı

İstinadlar

Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri