Carcaris — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 12 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdar. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"fidə Cərcəyis kəndi adında qeyd edilmişdirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.175.
15 mart 1972-ci ildə yaradılan Alagöz (Araqadz) rayonunun tabeliyinə verilmişdir. Toponim Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində "vəl əvəzində xırmanda istifadə edilən dəmir dişli kənd təsərrüfatı aləti mənasında işlənən carcar sözünəAzərbaycan dilinin dialektoloji lüğəti, bircildlik, Bakı, "Azərb. SSR Elmlər Akademiyası", 1964. s.455 -is topoformantının artırılması ilə düzəlmişdir. Bu döyüm aləti əsasən düzən yerlər üçün xarakterik olmuş və iş prosesində vəldən əvvəl işlədilmişdirГ. Дж. Джавадов. Об орудиях молотьбы "джарджар" в Азербайджана,Доклады АН Азерб. ССР,т. XXXII, № 1976, c. 101–106. Toponim peşə, sənət mənasında işlənən carcaris sözü əsasında formalaşmışdır.
Əhalisi İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri