Əfəndi — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 9 km cənub-şərqdə, Göyçə gölünün şimal-şərq sahilində yerləşir. Kəndin başqa adı erməni mənbəyində Rəhmankənd, Noraşen kimi də göstərilirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.70. Lakin kəndin qədim və ilkin adı Əfəndikənd olmuşdur. 1930 - cu illərdə Kəvər (Kamo) rayonunun tərkibində olmuşdur.
Kənddə XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var.
Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadədir. Kəndin adı Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Noraşen (Yeni kənd) qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 314 nəfər, 1897-ci ildə 422 nəfər, 1904 - cü ildə 479 nəfər, 1914 - cü ildə 654 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.70-71, 144-145.
1918-ci ildə Kəndin sakinləri ermənilər tərəfindən vəhşicəsinə qovulmuşlar. Ermənilər buraya 1918-20-cı illərdə Türkiyədən köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönüb ermənilərlə bir yerdə yaşamağa məcbur olmuşlar.
Burada 1922-ci ildə ermənilərlə yanaşı 7 nəfər, 1926-cı ildə 5 nəfər, 1931-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.70-71,144-145. 1940-cı illərdə azərbaycanlılar tamamilə deportasiya olunmuşdur.
Əfəndi kəndində 1918-ci ildə 654 nəfər əhalisi olub. Qırğınlar zamanı əhalinin yarıdan çoxu amansızlıqla qılıncdan keçirilib, bədənləri deşik-deşik edilib, gözləri çıxarılıb.Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.
İstinadlar
Kateqoriya:Göyçə kəndləri