Rai ( raï) — 1930-cu illərin başlığında Əlcəzairin Vahran (Oran) şəhərində yayılmış musiqi növü. Rai ərəb xalq musiqisinin, berberlər xalqının mahnılarının və bəzi fransız, ispan və afrika musiqi ənənələrinin birləşməsindən yaranıb.

Bu növdə oxuyan müğənnilərə "çeb" (shabab yəni cavan) deyilər. Bu musiqi növü ilk növbədə yoxsul əhalinin arasında daha populyarlaşır və Əlcəzairin bir neçə şəhərlərinə yayılır. Ənənəvi rai ifaçıları kişilər olub, lakin XX əsrin sonunda qadın oxuyucularda peyda olmağa başlayır. Rai mahnıların mətnləri müxtəlif sosial məsələlərə tez-tez toxunurdular, o cümlədən anti müstəmləkə xarakteri daşıyırdılar və çox vaxt idarə rejimlərini tənqid edirdilər.Gross, Joan, David McMurray, and Ted Swedenburg. «Arab Noise and Ramadan Nights: Raï, Rap, and Franco-Maghrebi Identities.» Diaspora 3:1 (1994): 3- 39. Reprinted in The Anthropology of Globalization: A Reader, ed. by Jonathan Xavier and Renato Rosaldo,.

Yarandığı vaxtdan musiqi əvvəlcə fransız müstəmləkənin, sonra isə Əlcəzair hökumətinin senzurasının sərt təzyiq altında idi. Rai qarşı mənfi münasibətin yox olması və onun Əlcəzairdən başqa ölkələrə yayılması yalnız 1990-cı illərdə mümkün oldu.

İstinadlar Kateqoriya:Musiqi janrları Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Afrika musiqisi Kateqoriya:Bədəvilər Kateqoriya:Etnik musiqi Kateqoriya:Əlcəzair mədəniyyəti Kateqoriya:Ərəb musiqisi Kateqoriya:Musiqi səhnələri Kateqoriya:Pop musiqisi janrları Kateqoriya:Qeyri-maddi mədəni irs Kateqoriya:Vəhran