Kamran Həsənli () — Azərbaycan aktyoru, şoumen, aparıcı, Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri (1992–1993).
Həyatı Kamran Həsənli 11 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb.
Kamran Həsənli 1992–1993-cü illərdə Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub.
6 mart 2023-cü ildə Azərbaycan Yüksəliş Partiyası sədrinin Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub. Partiya buraxılanadək — 23 iyun 2023-cü ilədək bu postu tutub.
Jurnalist fəaliyyəti 2000-ci ildən etibarən televiziya aparıcısı kimi "Musiqili meydan", "Sizin saat" kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub. "Toylar kralı"‚ "Bağlama", "Şənbə Kamran Həsənli ilə", "Günəbaxan", "Bazar səhəri" verlişlərində aparıcı kimi tamaşaçıların görüşünə gəlib. Eyni zamanda ANS TV-də "Axşam-Axşam" verilişinin aparıcısı işləyib.
Filmoqrafiya Qış nağılı 1 Qış nağılı 2
İstinadlar
Kateqoriya:Azərbaycanın dövlət müşavirləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar